Icma.az
close
up
RU
Günün ULDUZ FALI Vəziyyət sizi pərdələnmiş tələyə sala bilər

Günün ULDUZ FALI Vəziyyət sizi pərdələnmiş tələyə sala bilər

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - peşəkar fəaliyyət müstəvisində uğurlara nail ola bilərsiniz. Proqramlaşdırma, informasiya sistemləri, marketinq, dəqiq avadanlıqla bağlı işlərdə daha ciddi nailiyyətlər olacaq. Fərqli istiqamətdə yeni layihəyə başlamaq olar.

Günün ikinci yarısında yaxınlarınız məişət problemini aktiv müzakirə edəcəklər. Onlar sizi də mübahisəyə qatılmağa vadar edəcəklər. Emosiyalar burulğanına düşməyin. Hisslərinizin əsiri olsanız, ciddi ixtilaflar yarana bilər.

Axşam saatlarında xoş sürpriz olacaq.

Buğa - kiçik problemlər və fikir ayrılıqları mənfi emosiyalar yarada bilər. Pis təsir, avadanlığın sıradan çıxması sizi qeyri-adekvat davranışa vadar etməməlidir. İnsan amilini də nəzərə alın. Yaxın ətrafınızdakı insanların əməllərini təhlil edin.

Günün ikinci yarısında tərəfdaşlarla ünsiyyətdə müəyyən çətinliklər yarana bilər.

Qohumlarla təmaslarla mövqeyinizi var qüvvənizlə müdafiə etməyə çalışmayın. Unutmayın ki, ən yaxın adamlarınızın yaşamla bağlı mövqeləri sizdən fərqlənə bilər. İnadkarlıq və aqressiya kəskin mübahisə yarada bilər.

Əkizlər - yaradıcılıq fəaliyyəti ilə məşğul olanları uğur gözləyir. Tərəfdaş və müttəfiqlərinizin qatıldığı tədbirdə iştirak edin. Onlardan dəstək alacaq, yeni ideyaları paylaşmaq şansı əldə edəcəksiniz.

Təcili yola çıxmaq zərurətinin yarandığı situasiya formalaşa bilər. Sükan arxasında ehtiyatlı olun. Problemlər riski artır.

Günün ikinci yarısında dostların sözlərinə qulaq asın. Axşam saatlarını evdə keçirmək olar. Romantik görüşü təxirə salın. Vaxtınızı sevdiyiniz insana həsr edin.

Xərçəng - peşəkar fəaliyyət üçün əlverişli zamandır. Dəyişikliklərlə bağlı tərəddüd etməyin. Əsas gəlir mənbəyinin yenilənməsinə və ya fərqli istiqamətin seçilməsinə ehtiyac var.

İş yerinin və ya məşğuliyyət formasının dəyişdirilməsi ilə məsələni nəzərdən keçirmək olar. Planlarınız barədə addımbaşı danışmayın. Bununla yanaşı, etibar etdiyiniz adamlarla söhbətlərdə yaxşı hesab etdiyiniz ideya barədə də susmayın.

Günün ikinci yarısında yaxınlarınız sizi dəstəkləyəcəklər. Köklü islahatlar üçün maddi yardıma ehtiyacınız var.

Axşam saatlarını sakit şəraitdə keçirin.

Şir - yenilik, müxtəlif emosiyalar və təəssüratlar axtarışı maraqlı ideyalar vəd edir. Çalışdığınız məkanda təəşbbüskar olun, rəqiblərinizi üstələyin. Mövqeyinizin absolyut həqiqət olduğunu israr etsəniz, problemlərlə qarşılaşacaqsınız. Daşınmaz əmlakla bağlı riskli əməliyyatlar aparmayın.

Günün ikinci yarısında sərtlik və aqressivlik yaxınlarınızla münasibətlərdə çətinliklər yarada bilər. Yaşamınızda yeniliyə zərurət duyulur. Dəyişikliklər bəzi mübhəm ünsürlərin üstünə işıq salacaq.

Qız - yaşamın rutin, yeknəsək ritmi sizdə dəyişikliklər istəyi yarada bilər. Daxili impulsa aldanaraq düşünülməmiş addım atmayın. Mümkün problemləri nəzərdən qaçırmayın. Yaxın gələcəkdə baş verə biləcək hadisələrə hazırlaşın.

Günün ikinci yarısında iş yeri və ya fəaliyyət sahəsinin dəyişdirilməsi ilə bağlı maraqlı təkliflər ala bilərsiniz.

Ailə qayğıları və məişətdəki problemlərin qulaqardına vurulması yaxınlarınızın səbr kasasını dolduracaq. Ailədə qarşılıqlı anlaşmaya nail olun. Yoxsa müxtəlif iradlar və ittihamlarla üzləşəcəksiniz.

Tərəzi - dostlardan biri sizə "macəra" hazırlayıb. Ekstremal situasiyadan asanlıqla çıxış yolu tapmaq mümkün deyil. Astagəl, süst olmayın. Ətalətlə davranmayın. Risk etmək olar.

Peşəkar fəaliyyət sahəsində müxtəlif ekspermentlər zamanıdır.

Günün ikinci yarısında yaxınlarınızla münasibətləri daha da yaxşılaşdırın. Pozitiv olun, kobudluq etməyin. Yeni dostlar tapa bilərsiniz.

Axşam saatlarında gəzintiyə çıxın.

Əqrəb - kommersiya, fəaliyyət sahəsində yeniliklər üçün yaxşı zamandır. Qabiliyyətləriniz, bilik və bacarıqlarınızı daha effektiv şəkildə nümayiş etdirin. Məhkəmədə problemlərinizi, hüquqi məsələləri həll etmək olar.

Yaşam bir yerdə durmur. Emosional irəliləyiş də gərəkdir.

Günün ikinci yarısında planlara yenidən baxmaq gərəkdir. Stress və əsəblərin gərilməsi istisna deyil. Dözün, çünki bütün bunlar yeni imkanlar üçün "ödəniş"dir.

Axşam saatlarına yaxın dəyər verdiyiniz insanlarla münasibətləri arxa plana atmayın. Diqqətsizlik və laqeydliklə suçlanmamaq üçün onlarla ünsiyyətdə olun.

Oxatan - situasiya sizdən diqqətlə işləməyi və məqsədə doğru aramla hərəkti tələb edir. Çılğınlıq etməyin, düşünülməmiş qərarlar verməyin. Ehtiyatlı olun. Vəziyyət sizi pərdələnmiş tələyə sala bilər.

Günün ikinci yarısı işdə rəhbərliklə görüş və ya hüquqi mübahisələrin həlli üçün əlverişli deyil.

Şəxsi münasibətlərdə emosional olmayın, əvvəlki səhvləri təkrarlamayın. Axşam saatlarını yaxınlarınıza həsr edin. Bəzi işlər ailə münasibətlərindən üstün deyil.

Oğlaq - qəti qərar qəbul etməzdən əvvəl yanlış yolda olmadığınıza əmin olun. Ani hisslərə əsaslanan addımlar zamanı deyil. Uzunmüddətli layihəni, aldığınız sifarişi, biznesi təhlükəyə atmayın.

Arqumentləriniz səbatlı, addımlarınız məntiqli olmalıdır.

Günün ikinci yarısı üçün romantik görüş planlaşdırmayın. Sevdiyiniz insanla münasibətlərdə problemlər yaratmayın. Səhhətinizə fikir verin. Enerji səviyyənizin aşağı düşməsi xoşagəlməz situasiyaya təkan verə bilər.

Normal istirahət edin.

Dolça - yaxşı tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Sərt sözlər qarşı tərəfdə inciklik yaratmaqla yanaşı, qarşısıalınmaz fəsadlara səbəb ola bilər. Aqressiv və tərs opponentlə üzləşəndə təmkinli olun. Onun prinsipləri sizin mövqelərinizdən köklü şəkildə fərqlənirsə, soyuqqanlı davranın.

Günün ikinci yarısında aktiv olun, maraqlanızı kiməsə qurban verməyin. Ailə həyatında problemlər olmayacaq. Yaxınlarınız sizdən məsləhət istəyəcəklər.

Sevdiyiniz insanla birgə gəzintiyə çıxmaq imkanını əldən verməyin.

Balıqlar - innovasiyalar, yeni texnologiyalarla bağlı işlər uğur vəd edir. Problemlərin özbaşına, sakit şəkildə həllini tapacağını düşünməyin. Yeni avadanlığın öyrənilməsi və ya proqram təminatının araşdırılmasına vaxt sərf edin.

Günün ikinci yarısında işdə mühafizəkar həmkarlar və ya rəhbərliyin iradları ilə qarşılaşa bilərsiniz. Buna rəğmən geri çəkilməyin, bədbinliyə qapılmayın.

Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri güclənəcək. Özünüzü çox yormayın, istirahətə vaxt ayırın. (Milli.Az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://publika.az
archiveBu xəbər 22 Noyabr 2024 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see281

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see281

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see277

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see260

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see250

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see247

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see236

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see231

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see230

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see228

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see219

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see216

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see216

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see213

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see210

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see206

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see206

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see201

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see197

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri