Icma.az
close
up
RU
Günün ULDUZ FALI Yanlış seçim riski böyükdür

Günün ULDUZ FALI Yanlış seçim riski böyükdür

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün ilk yarısında ehtiyatlı olun. Nəzərdə tutduğunuz görüşdə diqqətli davranın, qarşı tərəfin mövqeyini nəzərə alın. İşdə irəliləyiş və karyera yüksəlişi üçün münasib zamandır. Fəqət illüziyalara qapılmayın. Emosional davransanız, problemlərlə qarşılaşacaqsınız.

Günün ikinci yarısı peşəkar fəaliyyət və maliyyə məsələləri baxımından pis zaman deyil. İşgüzar intuisiyanız iti olsun. Alış-veriş etmək olar. Bədxərclik etməyin. Əməkdaşlıqla bağlı anlaşmaları müzakirə edəndə sayıqlığı əldən verməyin.

Buğa - münaqişələrdən yan qaçmağa çalışın. Sizi təxribatlara çəkməyə çalışacaqlar. Hisslərə qapılaraq düşünülməmiş addımlar atmayın. Həmkarlarla yanaşı, yaxınlarınızla rəvan münasibətləri qorumağı unutmayın. Üzləşdiyiniz problemi müstəqil çözsəniz, yaxşıdır.

Günün ikinci yarısında yardımçılara və tərəfdaşlara güvənməyin. Onlar, gerçəkdən də, faydalı işlər görmək əvəzinə diqqətinizi yayındıracaqlar. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv olun.

Axşam saatlarında qəfil görüş ola bilər. Əyləncə və ya istirahəti işə qurban vermək məcburiyyətində qalacaqsınız. Sakit, təmkinli olun. Dincəlməyə, şənlənməyə hələ çox imkanlar yaranacaq.

Əkizlər - tələsməyin. Bu gün qarşılaşacağınız problemlərin hamısını həll etmək mümkün deyil. Peşəkar fəaliyyət müstəvisində uğurlara nail olmaq fikriniz varsa, qətiyyətli olun, təxəyyülünüzü işə salın.

Çoxdankı rəqibləri üstələmək üçün bir qədər hiyləgərlik edin. Fəndgir olun.

Günün ikinci yarısında məhsuldar əməkdaşlıq etdiyiniz insanlardan birindən maraqlı işgüzar təklif alacaqsınız.

Şəxsi münasibətlər baxımından əlverişli zamandır. Yaxınlarınızla asanlıqla dil tapacaqsınız. Sevdiyiniz insan xoş sürprizlə sizi sevindirəcək.

Xərçəng - sizdən təcrübəli və nüfuzlu insanlarla toqquşmalardan yayının. Belə situasiyadan asanlıqla çıxmaq müşkül işdir. Üstəlik, münasibətlərdəki gərginlik əhvalınıza çox pis təsir edəcək.

Müstəqil fəaliyyət göstərməyə çalışın.

Günün ikinci yarısında görüş yaxşı nəticə verəcək. Çoxdan bəri maraqlandığınız insanda özünüzlə bağlı müsbət rəy formalaşdırın. Diqqət yetirilməyə layiq insanı kütlədən ayırmağı bacarın.

Şir - parlaq, yaddaqalan gün olacaq. Amma asan və sadə zaman da deyil. Güclü rəqiblə mübarizə maraqlarınızı müdafiə edin. İtkilərə yol verməmək üçün hiyləgər olun. Hadisələrə təsir imkanlarına malik insandan dəstək alacaqsınız.

Günün ikinci yarısında fəal olun, bədxahların planlarını alt-üst edin. Qeyri-adi, emosional saatlardır. Birmənalı olmayan açıqlamanı diqqətlə dinləyin. Şəxsi münasibətlərdəki harmoniyanı bərpə etmək üçün xeyli çalışmalı olacaqsınız.

Qız - fəaliyyət üçün yaxşı zamandır. Genişmiqyaslı, mürəkkəb, məsul işlərə başlaya bilərsiniz. İndiyədək start verməkdən çəkindiyiniz layihəni reallaşdırın.

Fəaliyyət planını tənzimləyin. Ən kiçik məsələlərdə belə, diqqətli olun. Prioritetləri müəyyənləşdirin, müttəfiqləri dürüst seçin. Hər şeyə rəğmən problemlərin sayı artacaq.

Günün ikinci yarısında görüləsi işlər çoxalır. Səhhətinizə fikir verin. Axşam saatlarında normal istirahət edin. Əks halda nasazlıq işlərinizə pəl vura bilər.

Nəzərdə tutulmamış səfər, mühüm xəbərin alınması istisna deyil. Şəxsi həyatınızda dəyişikliklər olacaq.

Tərəzi - uğurlu zamandır. Situasiyadan istifadə edin. Planları gerçəkləşdirmək, məqsədə çatmaq üçün şəraitdəki nüansları dəyərləndirməyi bacarın. Mümkün qədər ehtiyatlı olun. Risk etməyin, avantüralara qatılmayın. Yanlış qərarlar verməyin.

Günün ikinci yarısında maliyyə işlərində qayda yaradın. Qarışıqlığa yol verməyin.

Dəvət olunduğunuz tədbirə axşam saatlarında yayının. Yeni tanışlıq, habelə indiyədək haqqında yaxşı sözlər eşitdiyiniz insanla qarşılaşmağınız istisna deyil.

Xarici görkəminizə fikir verin.

Əqrəb - məhsuldar və maraqlı iş günüdür. Qarşınızda duran məsələlər asan deyil. Amma onların öhdəsindən sürətlə gələcəksiniz. Təxəyyülünüzə həsəd aparmaq olar. Məqsədə çatmağın yeni yollarını arayın. Problemlərin həllində orijinal olun.

Günün ikinci yarısında maliyyə fonu pis deyil. Emosiyalarınıza hakim olun. Axşam saatlarında dostlarınızla görüşün, problemi onlarla müzakirə edin.

Sevdiyiniz insanın istəklərini qulaqardına vurmayın.

Oxatan - yeni işə başlamaq olar. Lakin tələsməyin. Səhər saatlarından etibarən mühüm problemin çözülməsi üçün radikal addımlar atmayın. Günün ilk yarısı gərgin, hadisələrlə zəngin vaxtdır. Sərvaxt davranın.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Ciddi uğurlara nail ola bilərsiniz.

Yaxınlarınız sizi dəstəkləyəcək. Bəzi ideyalarınız qohumlar və dostlara şübhəli təsir bağışlasa da, onlar sizə kömək edəcəklər.

Alış-veriş etmək olar.

Oğlaq - mürəkkəb, qarışıq, hadisələrin intensiv yaşanacağı bir zamandır. Yeni biliklər, faydalı əlaqələr əldə edə bilərsiniz. Diqqət mərkəzində olacaqsınız. Situasiya sizi yora bilər. Yaxın ətrafınızdakı insanlar sizin imkanlarınızı qismən də olsa, anlayacaqlar.

Günün ikinci yarısında maraqlı işgüzar təklif alacaqsınız.

Ağır, yeknəsək, üzücü və yorucu işdən imtina edin. Belə işə razılaşsanız, əhvalınız pozulacaq, səhhətinizdə problemlər yaranacaq.

Axşam saatları yaradıcı fəaliyyət üçün əlverişlidir.

Dolça - bütün işlərin görülməsinə eyni vaxtda başlamayın. Yığılıb qalan problemləri tədricən həll edin. Ehtiyatla, aramla, tələsikliyə yol vermədən irəliləyin. Təxribatlara uymayın, vədlərə inanmayın. Qərarları müstəqil şəkildə qəbul edin. Yalnız öz maraqlarını düşünən insanların sözlərinə şirnikməyin.

Günün ikinci yarısında mövqeyinizi qoruyun. Geri çəkilmək, məğlubiyyətçilik etmək yaxşı heç nə vəd etmir.

Şəxsi münasibətlərdə təşəbbüskar olun. Rəğbət bəslədiyiniz insanla münasibətləri fəallaşdırmaq üçün ilk addımı atın.

Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin.

Balıqlar - vurnuxmaya qatılmayın. Əvvəlcədən hazırlanmış plan çərçivəsində hərəkət edin. Yaxınlarınız işlərinin bir qismini sizə yük etmək istəyəcəklər. Sizə birbaşa dəxli olmayan diskussiyalara qatılmayın. Maraqlı saymadığınız məsələlərin həllinə başlamayın.

Günün ikinci yarısında tamahınızın öhdəsindən gəlin. Yaşlı nəslin nümayəndələrindən biri ilə təmaslarda çətinliklər yaranacaq. Ciddi münaqişəyə yol verməyin, kiçik mübahisələri unudun. Alış-verişdə çox pul xərcləməyin. Yanlış seçim riski böyükdür. (Milli.Az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://publika.az
archiveBu xəbər 11 Noyabr 2024 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see583

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see289

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see268

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see267

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see251

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see251

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see248

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see227

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see220

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see217

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see216

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see212

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see211

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see204

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see195

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see192

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see189

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see177

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see173

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri