Icma.az
close
up
RU
Günvurma halları niyə artıb və qarşısı necə alınmalıdır?

Günvurma halları niyə artıb və qarşısı necə alınmalıdır?

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İsti havalarda gün ərzində 3 litrə yaxın təmiz su qəbul edilməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Abdulla Şıxlınski son günlər günvurma hallarının çoxalmasından danışarkən bildirib. 

Həkim deyir ki, havaların istiləşməsi ilə əlaqədar, xüsusən də uşaqlarda, yaşı 50-dən yuxarı, xroniki xətəlikləri və eyni zamanda müəyyən emosional gərgin vəziyyətdə olan insanlarda tez-tez günvurma baş verir:

"Havanın temperaturu qalxdıqca bədənin mübadilə prosesləri güclənir. Bir tərəfdən xaricdən olan istilik, bir tərəfdən də bədənin özünün istiliyi. Xaricdə olan istilik qaraciyərin funksiyasını intensivləşdirir. Bu zaman qaraciər daha güclü işləyir və eyni zamanda bədənin özünün istiliyini artıran maddələr daha çox yaranır. Bütün orqanizmin biokimyəvi statusu dəyişir. Bu vaxt yuxarıdakı sadaladığım kateqoriyadan olan insanlarda tez–tez günvurma halları baş verir".


Həkim ekspert günvurmanın əlamətlərini də açıqlayıb:

"Qəfil baş gücəllənmə, ürək bulanma, şiddətli baş ağrıları, gözdə ikili görmə, daha ağır hallarda ətraf aləmin qavramasının pozulması və s. Daha ağır hallarda qaytarma, huşun itirilməsi, bədən hərarətinin və kəllədaxili təzyiqin artması kimi əlamətlər ilə özünü biruzə verir. Ona görə də günvurmanın Bakıda, eləcə də Azərbaycanın aran rayonlarında baş vermə ehtimalı daha böyükdür. Günvurmaya həddindən artıq kalorili qidlarla qidalanan insanlarda daha çox rast gəlinir".

Həkim insanları düzgün qida rejiminə əməl etməyə səsləyib:

"İsti günlərdə gün ərzinə bir dəfə yemək yeyilməlidir. İkinci yeməyə ehtiyac yoxdur. Havanın temperaturu yuxarıdırsa, ancaq səhərlər bir dəfə yemək məsləhətdir. Onda da ağır qidalardan çəkinmək lazımdır. Azərbaycanda bəzi adamlar tezdən bozbaşı, plovu qarşısına qoyub doyunca yeyir. Bəziləri isə bu yeməklərlə axşam qidalanır. Qətiyyən olmaz. Yayda balıq yemək ümumiyyətlə olmaz. Yüngül yeməklər - süd mənşəli yeməklər, qatıq, kəsmik, pendir, yarı süd-yarı suda bişirilən sıyıqlar və s. Gün ərzində çoxlu təmiz su qəbul eləmək lazımdır. Həddindən artıq soyuq su içmək ziyandır, çünki bu, qaraciyərin fəaliyyyətini pozur, ödün qaraciyərdən xaric olunmasının qarşısını alır. Belə insanlarda öd qatlaşır və bu da öd daşı xəstəliklərinə səbəb olur. Buna görə suyu sərin vəziyyətdə içmək məsləhət görülür. Soyuq su zərərlidir, şirin içkilərdən də uzaq durun. Bu, qanda şəkərin miqdarını artırır”.

Tibbi ekspert Müşfiq Hüseynov da günvurmadan qorunma yollarını izah edib:


"Klassik qorunma metodları. Günün qızmar vaxtı – saat 1-5 arası maksimum dərəcədə günəş altında olmamaq, lazım gəlməyincə evdən çıxmamaq, bol su qəbulu və yüngül yeməklərlə qidalanmaq məsləhətdir. Saat 07:00-dan sonra küçəyə çıxıla və ya dənizə gedilə bilər. Əsasən yüngül, səbzəli yay yeməkləri olan lobya, badımcan, pomidor və bibərli yeməklərə üstünlük versinlər. Ətli və yağlı yeməklərdən qaçmaq tövsiyə olunur”.

Bahar Rüstəmli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri