Icma.az
close
up
RU
“Gürcü Arzusu”ndan Aİ nin tənqidi bəyanatına REAKSİYA

“Gürcü Arzusu”ndan Aİ nin tənqidi bəyanatına REAKSİYA

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası Avropa İttifaqı (Aİ) və Avropanın 17 ölkəsinin nümayəndələrinin tənqidi bəyanatına açıqlama ilə cavab verib.

"Ölkə.az" “Report”a istinadla bildirir ki, partiyanın bəyanatında bildirilir ki, Avropada demokratik prinsiplərin və əsas dəyərlərin sürətlə aşındığı dövrdə “dərin dövlət” anlayışı getdikcə daha çox təsir gücünə malik olur. “Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti və Böyük Britaniya qeyri-rəsmi idarəçilik altında fəaliyyət göstərir”, - bəyanatda vurğulanır.

Partiya hesab edir ki, Gürcüstana qarşı son tənqidlər, xüsusən yerli seçkilər ərəfəsində radikal müxalifət təmsilçilərinin həbsinə dair iddialar qərəzlidir. Partiya bildirir ki, həbslər qanuna uyğun həyata keçirilib və hüquqi baxımdan Avropa standartlarına tam uyğundur.

“Gürcü xalqı “dərin dövlətin” agenturasının hakimiyyətə qayıtmasına imkan vermədi. Bunu qəbul edə bilməyən xarici dairələr Gürcüstana qarşı təzyiqləri artırıblar”, - bəyanatda qeyd olunub.

Sənəddə vurğulanır ki, son etiraz aksiyalarında zorakılığa yol verilib və bu aksiyalara xaricdən – o cümlədən ABŞ və Aİ fondlarından maliyyə dəstəyi göstərilib.

Partiya həmçinin Avropanın bəzi ölkələrində, o cümlədən Almaniya, Fransa və Rumıniyada siyasi təqib hallarının baş verdiyini, seçki nəticələrinin ləğv olunduğunu və namizədlərə qarşı cinayət işlərinin açıldığını qeyd edərək, bu cür hallarda Avropanın Gürcüstana “demokratiya dərsi” keçməsinin qəbulolunmaz olduğunu bildirib.

Partiya Avropa İttifaqı ilə ədalətli əməkdaşlığa açıq olduğunu, lakin Gürcüstanın suverenliyinin və xalqın iradəsinin heç bir xarici təzyiqlə dəyişdirilməyəcəyini bəyan edib:

“Biz hər kəslə ədalətli əməkdaşlığa hazırıq. Lakin Gürcüstana Avropa nə qədər lazımdırsa, Avropa İttifaqına da Gürcüstan o qədər lazımdır”, - bəyanatda vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 İyul 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri