Icma.az
close
up
RU
“Gürcü arzusu”ndan Avropaya məktub...

“Gürcü arzusu”ndan Avropaya məktub...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Aİ-nin “demokratiya dərsi”nə ehtiyac yoxdur

Qonşu Gürcüstanla Avropa təsisatları arasında ixtilaflar getdikcə daha da kəskinləşir. Son vaxtlarda Avropa İttifaqının (Aİ) bir sıra rəsmiləri, eləcə də Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Gürcüstanda baş tutan parlament və prezident seçkilərini hədəfə alan silsilə bəyanatlar verərək rəsmi Tbilisini insan və vətəndaş haqlarını pozmaqda, demokratiyadan uzaqlaşmaqda ittiham ediblər. Gürcüstan iqtidarı isə bəhs olunan bəyanatları suveren dövlətin daxili işlərinə əsassız müdaxilə cəhdləri kimi dəyərləndirərək rədd edir.

Hakim partiyadan növbəti etiraz

Bugünlərdə Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası Avropa İttifaqının və Avropanın 17 ölkəsinin nümayəndələrinin növbəti tənqidi bəyanatına kəskin məzmunlu açıqlama ilə cavab verib. Partiyanın Siyasi Şurasının bəyanatında bildirilir ki, Avropada demokratik prinsiplərin və əsas dəyərlərin sürətlə aşındığı dövrdə “dərin dövlət” anlayışı getdikcə daha çox təsir gücünə malik olur. “Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti və Böyük Britaniya qeyri-rəsmi idarəçilik altında fəaliyyət göstərir. Bu idarə altında artıq Avropa bürokratiyasında heç bir mənəvi sərhəd yoxdur”, - deyə bəyanatda vurğulanır.

Partiya hesab edir ki, Gürcüstana qarşı son tənqidlər, xüsusən yerli seçkilər ərəfəsində radikal müxalifət təmsilçilərinin həbsinə dair iddialar qərəzlidir. Partiya bildirir ki, həbslər qanuna uyğun həyata keçirilib və hüquqi baxımdan Avropa standartlarına tam uyğundur. “Gürcü xalqı “dərin dövlətin” agenturasının hakimiyyətə qayıtmasına imkan vermədi. Bunu qəbul edə bilməyən xarici dairələr Gürcüstana qarşı təzyiqləri artırıblar”, - deyə bəyanatda qeyd olunub.

Sənəddə vurğulanır ki, son etiraz aksiyalarında zorakılığa yol verilib və bu aksiyalara xaricdən - o cümlədən ABŞ və Aİ fondlarından maliyyə dəstəyi göstərilib.

Partiya həmçinin Avropanın bəzi ölkələrində siyasi təqib hallarının baş verdiyini, seçki nəticələrinin ləğv olunduğunu və namizədlərə qarşı cinayət işlərinin açıldığını qeyd edərək, bu cür hallarda Avropanın Gürcüstana “demokratiya dərsi” keçməsinin qəbulolunmaz olduğunu bildirib.

Partiya Avropa İttifaqı ilə ədalətli əməkdaşlığa açıq olduğunu, lakin Gürcüstanın suverenliyinin və xalqın iradəsinin heç bir xarici təzyiqlə dəyişdirilməyəcəyini bəyan edib: “Biz hər kəslə ədalətli əməkdaşlığa hazırıq. Lakin Gürcüstana Avropa nə qədər lazımdırsa, Avropa İttifaqına da Gürcüstan o qədər lazımdır”, - deyə bəyanatda vurğulanıb.

Bəs Gürcüstanda reallıqda nə baş verir?

Grücüstanla Avropa təsisatları arasında münasibətlər o dərəcədə kəskinləşib ki, hətta qonşu ölkə Aİ-nin üzvlüyünə namizədliklə bağlı danışıqları 2028-ci ilədək dayandırıb. Eyni zamanda, Avropa İttifaqı Gürcüstana əvvəllər vəd etdiyi bir sıra maliyyə yardımı proqramlarını qeyri-müəyyən müddətə dayandırıb, həmçinin Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin mandatının təsdiqlənməsi üçün şərtlər irəli sürülüb. Bəs sonu görünməyən ixtilafların kökündə hansı amillər dayanır? Reallıqda Gürcüstanda nə baş verir?

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətməyə və öz mövcudluğunu təmin etməyə çalışan Qərb bir vaxtlar vəd etdiyi Gürcüstanın Aİ-yə üzvlüyünü rəsmi Tbilisiyə qarşı bir şantaj vasitəsinə çevirib. Ayrılan qrantların, genişhəcmli maliyyə dəstəyinin, Avropaya vizasız gediş-gəlişin müqabilində Gürcüstandan milli iradədən imtina etmək tələb olunur. Rəsmi Tbilisi siyasətini suverenlik prinsipi əsasında deyil, Brüsseldən gələn tezislər əsasında qurmalıdır. Açıq etiraf edək ki, Avropa təsisatları Gürcüstanda indiyədək yol verilən diqqətsizlikdən, boşluqlardan istifadə etməklə öz məqsədlərinə doğru müəyyən qədər irəliləməyə nail olublar. Belə ki, hazırda cəmiyyətin böyük bir kəsiminin alınan qrantlara görə Qərbin alətinə çevrildiyi Gürcüstanın çox kədərli reallıqlarından biridir.

Məhz kənar güclərin müdaxilələrini azaltmaq məqsədilə ötən il qonşu ölkənin parlamentində hakim partiyanın təqdimatı əsasında “Xarici təsirin şəffaflığı haqqında” Qanun qəbul olundu. “Xarici təsirlərin şəffaflığı haqqında” qanuna əsasən, illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər Gürcüstandakı “xarici gücün maraqlarını güdən təşkilat” kimi reyestrdən keçməlidirlər. Qanuna verilən izahata görə, xarici dövlətlərin maraqlarını güdən təşkilat anlayışını təqdim etmək və müvafiq olaraq bu qurumların qeydiyyatını həyata keçirmək lazımdır. Həmçinin qeyd edilir ki, qanunvericilik aktı yalnız məlumat məqsədinə xidmət edir və xarici maraqların dirijoru kimi tanınacaq təşkilatların fəaliyyətini məhdudlaşdırmayacaq.  Təbii ki, müvafiq qaydada qeydiyyatdan keçməyən QHT-lərə qarşı cəza mexanizmləri, o cümlədən də maliyyə sanksiyaların tətbiqi nəzərdə tutulur.

Bəhs olunan qanun rəsmi Tbilisi ilə Avropa təsisatları arasında körpüləri yandırdı, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Qərb dairələri belə bir qanunun qəbul edilməsini Gürcüstanın yenidən Rusiyaya oriyentasiya götürməsi anlamında dəyərləndirərək rəsmi Tbilisiyə qarşı genişmiqyaslı hücumlara başlayıblar. Gürcüstan rəsmiləri isə ittihamları qəbul etməyərək qanunun sırf milli maraqlar naminə qəbul olunduğunu əsaslandırırlar. Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, oxşar məzmunlu qanun bir sıra Qərb ölkələrində, o cümlədən də Fransada qəbul olunub. Ancaq indiyədək Yelisey Sarayına bununla bağlı hər hansı bir irad tutulmayıb.  Sual yaranır: Niyə eyni məqsəd güdən qanunun qəbul edilməsinə görə bir ölkəyə irad tutulur, digərinə isə gözün üstündə qaşın var deyən tapılmır? Budurmu Avropanın demokratiyası?

Gürcüstan parlamentinin ötən il qəbul etdiyi ailə dəyərlərinin qorunması ilə bağlı qanun Avropa təsisatlarının rəsmi Tbilisiyə münasibətdə səbr kasasını daşdıran son damla oldu.  Brüssel bu qanunu qəbul etməklə Gürcüstanın demokratiyadan uzaqlaşdığını iddia edir. Halbuki qanunda milli dəyərlərin, gürcü xalqının ənənələrinin və ölkədə ailə institutunun qorunmasını özündə ehtiva edən mühüm müddəalar yer alıb.  Gürcüstan nə etməlidir, öz dəyərlərini saxta Avropa demokratiyasına qurbanmı verməlidir?

Qərb dayanmır

Qərb rəsmi Tbilisinin “müstəqillik”, “suverenlik” kimi əsaslandırmalarına məhəl qoymur və dayanmayaraq qonşu ölkəyə münasibətdə təzyiq cəhdlərini davam etdirir. Artıq Aİ Gürcüstanla vizasız rejimin dayandırılması imkanını nəzərdən keçirir.

Bu məsələ Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə müzakirəyə çıxarılıb. Səbəb kimi isə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının “dinc etiraz aksiyalarını boğması” göstərilir. Bu barədə “Politico” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, vizasız rejimin dayandırılması Gürcüstan hökumətinə təzyiq vasitələrindən biridir. Lakin Aİ bir neçə ay ərzində sərt addımlardan çəkinib. Bu, təşkilat daxilində Tbilisi ilə dialoqu dəstəkləyən bəzi üzv dövlətlərin müqaviməti ilə əlaqədar olub.

Qeyd edək ki, Gürcüstanda kütləvi etiraz aksiyaları 2024-cü il noyabrın 28-də başlayıb. Ən gərgin dövr ilk həftə olub. Paytaxt Tbilisidə bəzi etirazçılar polisə qarşı pirotexniki vasitələr işlədiblər. Hüquq-mühafizə orqanları isə cavab olaraq su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.

Etirazlara səbəb baş nazir İrakli Kobaxidzenin verdiyi bəyanat olub. O, hakim “Gürcü Arzusu” partiyasının 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlüklə bağlı danışıqlardan və Avropa İttifaqının bütün qrantlarından imtina edəcəyini açıqlayıb. Kobaxidze Brüsseli “şantajda” ittiham edib.

MÜBARİZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 İyul 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see511

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see159

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see117

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see117

Çin “Tuencou 9” yük gəmisini orbitə göndərib

15 İyul 2025 07:50see114

Ukraynanın 55 PUA sı vurulub

15 İyul 2025 08:24see113

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see113

FİFA PSJ nin baş məşqçisi və futbolçusunu cəzalandıra bilər

15 İyul 2025 07:32see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see112

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see112

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see112

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see111

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see111

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see111

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see110

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see110

Meningitin müalicəsi də icbari tibbi sığorta hesabına həyata keçirilir

15 İyul 2025 10:54see110

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri