Icma.az
close
up
RU
Gürcü politoloqlar: Uğursuzluq müxalifəti ciddi böhrana salıb, etirazların genişlənməsi gözlənilmir

Gürcü politoloqlar: Uğursuzluq müxalifəti ciddi böhrana salıb, etirazların genişlənməsi gözlənilmir

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ötən gün Tbilisidə baş verənlər Gürcüstanda qütbləşmənin səviyyəsini bir daha üzə çıxardı. Lakin bu halda bütün məsuliyyət müxalifətin üzərində idi. Çünki müxalifətin bir hissəsi demokratik seçkilərdə iştirak etdi, digər bir qismi isə seçkiləri boykot edərək faktiki olaraq hakimiyyəti inqilab yolu ilə devirmək anonsunu verdi”.

Bunu APA-nın yerli bürosuna Tbilisidə baş vermiş son hadisələri şərh edən Gürcüstanın Əməkdar jurnalisti, professor, politoloq Badri Naçkebia deyib.

Badri Naçkebia

Onun sözlərinə görə, ötən gün bir qrup insan yalnız xuliqanlıq hərəkətləri törədib və polis əməkdaşları ilə toqquşmalardan sonra hər şey başa çatıb.

“Əhali arasında müxalifəti dəstəkləyənlər çox məyus qalıb. Məlum oldu ki, müxalifətdə nə yekdil fikir, nə də vahid plan var. Ötən gündən sonra müxalifət daxilində çox ciddi nifaq salınıb. Ayrı-ayrı müxalif liderlər artıq bir-birinə qarşı tənqidə dözümsüzlük nümayiş etdirirlər, aqressiv münasibət sərgiləyirlər. Bu da müxalifət daxilində parçalanmanı daha da artıracaq”, - ekspert söyləyib.

Politoloqun fikrincə, müxalifət hazırda seytnot vəziyyətədir və onun üçün bu mürəkkəb durumdan çıxmaq çox çətin olacaq.

“Müxalifət hakim partiya ilə normal qarşıdurma aparmaq və real müxalif qüvvəyə çevrilmək üçün çətinliklərlə üzləşəcək. Konsolidasiyanın və parlaq liderin olmaması göstərir ki, müxalifət ötən gündən ciddi böhrana girib və ondan çıxmaq çox çətin olacaq. Seçkilərin nəticələri göstərdi ki, heç bir bələdiyyədə müxalif namizədlər qalib gələ bilməyiblər. Hakim partiya isə əksinə böyük üstünlük əldə edib və yeni seçkilərə qədər tərəfdarlarını əminliklə arxasınca aparacaq”, - B.Naçkebia deyib.

Ekspert yaxın gələcəkdə hakimiyyət çevrilişinə ciddi cəhdlərin olmayacağını proqnoz edir. O bildirib ki, müxalifət parlçalanmış haldadır və ciddi lider meydana çıxmasa, vəziyyət dəyişməz qalacaq.

Gürcüstan paytaxtında yaranmış vəziyyəti APA-nın yerli bürosuna şərh edən digər ekspert Vaso Kapanadze isə bildirib ki, müxalifətin bir hissəsinin hakimiyyəti devirməklə bağlı planı real deyildi.

Vaso Kapanadze

O deyib ki, elan edilmiş dinc inqilab adı altında dövlət çevrilişi cəhdi həyata keçmədi və buna yol verilən ciddi səhvlər səbəb olub.

“Prezident sarayına soxulmağa çalışan etirazçı kütlə ciddi səhvlərə yol verdi. Onların planı real və konkret məqsədli deyildi. Vətəndaşlar arasında arxayın olduqları yetəri dəstəkləri də yox idi. Müxalifət də parçalanmış haldadır. Bütün bu faktlar onların uğursuzluğunu şərtləndirdi”, - siyasi şərhçi söyləyib.

V.Kapanadze dövlət çevrilişinə nail olmaq üçün yeni cəhdlərin olacağını az ehtimal edir.

“Yaxın vaxtlarda yeni cəhdlər gözlənilmir. Çünki həm müxalifət, həm də onun tərəfdarları fiaskoya uğrayıblar. Ötən gün müxalifətin radikal qolu siyasi intihara əl atıb. Yeni mitinqlər keçirilsə də, geniş miqyas alacağını gözləmirəm”, - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Oktyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri