Icma.az
close
up
RU
Gürcüstan Azərbaycana məxsus yük maşınlarını niyə saxlayır? ”Siyasi tərəfi yoxdur...”

Gürcüstan Azərbaycana məxsus yük maşınlarını niyə saxlayır? ”Siyasi tərəfi yoxdur...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Azərbaycana məxsus tütün məmulatları daşıyan yük maşınları bir müddət əvvəl Gürcüstan sərhəd-keçid məntəqəsində heç bir səbəb göstərilmədən saxlanılıb.

Azərbaycanın Gürcüstandakı səfirliyi Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan yük avtomobilləri (TIR) ilə bağlı məsələnin qısa zamanda həll olunacağını bildirib.

Səfirliyin əməkdaşları Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüş keçiriblər və danışıqlar çərçivəsində qarşı tərəf məsələnin qısa zamanda həll olunacağına söz verib.

Bir sıra ekspertlər məsələyə siyasi tərəfdən baxır.

Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası İşçi Qrupunun sədri Arzu Nağıyev isə ”Modern.az”-a açıqlamasında məsələnin heç bir siyasi tərəfinin olmadığını bildirib: “Hər iki səfirliklə əlaqə saxlanılıb. Səfirliklər ortada hər hansı siyasi məsələnin olmasını inkar edir. Qeyd edirlər ki, yoxlama prosedurları uzun çəkidyinə görə belə bir mənzərə yaranıb. Məsələ tezliklə həllini tapacaq. Qeyd etmək lazımdır ki, Gürcüstanla Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Gürcüstan Azərbaycanın strateji müttəfiqidir. Bu baxımdan hər hansı siyasi problemin olması qeyri-mümkündür”.

A.Nağıyev yoxlama prosesinin uzanması ilə bağlı isə bunları deyib: “Maşınlarda daşınan məhsullar tütün məmulatları - siqaret və sair olmayıb. Daşınan məhsul xammal formasında olubdur. Məhz son günlər narkotik vasitələrinin qaçaqmalçılığı əleyhinə aparılan mübarizə gücləndiyindən məsələyə daha diqqətlə yanaşılır. Lakin hazırda heç bir problem yoxdur. Hər iki dövlətin səfirlikləri, gömrük orqanları, sərhəd qoşunları bütün proseslərə nəzarət edirlər. Yəqin ki, yaxın vaxtlarda maşınlar gömrükdən buraxılacaqlar”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri