Icma.az
close
up
RU
Gürcüstan azərbaycanlıları intizarda: Altı ildir ki, qohumlarımızı görə bilmirik… FOTOLAR

Gürcüstan azərbaycanlıları intizarda: Altı ildir ki, qohumlarımızı görə bilmirik… FOTOLAR

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Məlum, artıq neçə ildir ki, quru sərhədlər bağlıdır və bu illər ərzində xeyli maddi və mənəvi problemlər yaşanıb.

Məsələn, xarici ölkələrə səfər prosedurları maddi cəhətdən çətinləşib.

Bu cür çətinliklərin maddi-sosial tərəfini ən çox yaşayanlardan biri də Gürcüstanda yaşayan azərbaycanlılarıdır.

Belə ki, sərhəd bölgəsi olan Qırmızı Körpü ərazisi Gürcüstanla Azərbaycanın quru sərhədlərinin bağlı qalması səbəbindən bölgədə yaşayanlar ciddi sosial problemlər yaradıb.

Qohum-əqrəbanın bir hissəsi Gürcüstanda, digər hissəsi Azərbaycanda yaşayan sakinlər illərdir ki, yaxınlarının toy-yas mərasimlərinə belə qatıla bilmir. Hazırda sərhədi yalnız yük maşınları keçir, sadə vətəndaşlar isə 2020-ci ildən bəri bağlanmış quru sərhədlərin açılmasını səbirsizliklə gözləyirlər.

Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı sözügedən sərhəd ərazilərinə gedərək reportaj hazırlayıb.

Problemləri elə məhz onların dilindən dinləyək:

“Altıncı ildir, heç bir toyda, yasda ola bilmirik”.

Bu sözləri saytımıza Kirəcmuğanlı kənd sakini Məmmədov Məsməli deyib.

Sərhəd onların kəndindən cəmi bir neçə yüz metr aralıda olsa da, quru yollar bağlı olduğundan o tərəfə keçmək mümkün deyil.

O, eyni zamanda deyib:

“Azərbaycan gömrüyü ilə aramız 500 metrdir. Əmim rəhmətə getdi, gedə bilmədik. Əmim qızı rəhmətə getdi, yenə gedə bilmədik. Qohum-əqrəbanın yarısı orada, yarısı buradadır. Altıncı ildir, artıq belə davam edir, nə toyda, nə də yasda iştirak edə bilirik. Ən azından sərhəddə yaşayanlar üçün güzəşt edilməli idi”.

Onun sözlərinə görə, sərhədlərin bağlı qalması həm də iqtisadi baxımdan insanları çıxılmaz vəziyyətə salıb:

“Ayda 300–400 lari maaş alırıq, amma təyyarə bileti 1200–2000 lariyə başa gəlir. Hələ aeroportda günlərlə gözləmək də lazım gəlir. Bu şərtlərdə necə gedək-gələk? Dövlət imkan versin, az-az da olsa sərhəd açılsın, gündə 100–200 nəfərin keçidinə şərait yaradılsın”.

Sakinlərin sözlərinə görə, dövlət sərhədin mərhələli şəkildə açılmasına qərar verə bilər:

“Ən azından gündə 100–200 nəfərin keçidi üçün şərait yaradılsın. Biz həm Gürcüstanda yaşayırıq, həm də Azərbaycan bizim vətənimizdir. Sadəcə, imkan versinlər ki, qohumlarımızı görməyə gedək, əvvəlki kimi əlaqələrimiz davam etsin”, – deyə onlar bildirib.

Kirəcmuğanlı kəndinin digər sakini, 71 yaşlı Gürcüstan vətəndaşı Famil Xəlilov Hacımuradoğlu da quru sərhədlərin bağlı qalmasından əziyyət çəkənlərdəndir. O deyir ki, ailəsinin böyük hissəsi Azərbaycan vətəndaşıdır, sərhədin bu cür bağlı qalması isə ailə birliyinə ciddi mane olur.

“Oğlum 44 günlük Vətən müharibəsində könüllü gedib vuruşdu, qazi oldu. Mənim özüm Gürcüstan vətəndaşıyam, amma ailəm Azərbaycan vətəndaşıdır. İmkanım çatmır ki, gedib təyyarəyə bilet alım, Azərbaycana keçim, ailəmi görüm. Pulum yoxdur, min manat, min iki yüz manat bilet pulunu hardan tapım? Mən artıq 71 yaşımdayam. Xahişimiz odur ki, yolu açsınlar”, –  deyə Famil Xəlilov Hacımuradoğlu bildirib.

Onun sözlərinə görə, quru sərhədlərin bağlı qalması ailə üzvləri, doğmaları ilə görüşü mümkünsüz edib:

“Kiçik oğlum Türkiyənin Zonguldak şəhərində universitetdə oxuyur. Tətilə gəlib, amma mən onunla görüşə bilmirəm, ayın axırı uçub gedəcək Türkiyəyə. Buradan cəmi 500 metr aralıda – Şıxlıda qohumlarımız yaşayır. Ana tərəfim Şıxlıdandır, atam isə Qazaxlıdır. Amma qohum-əqrəbaya nə xeyirdə, nə şərdə baş çəkə bilmirik. Təyyarətə pul da yoxdur ki, burdan bilet alım Bakıya gedim, oradan da Şıxlıya keçim. Dövlət məmurlarından xahişim odur ki, camaata imkan yaratsınlar”.

Azərbaycanın Qazax rayonunun Birinci Şıxlı kənd sakini Hüseynov Vidadi Mahmud oğlu da eyni problemlərdən danışır:

“Mən Qazaxın Birinci Şıxlı kəndindənəm. “Krasnı Mostla” aramız 6 kilometrdir. Qohum-əqrəbamız var, əlbəttə ki, bir-birimizlə doğma millətik. Amma gediş-gəliş yoxdur. 6 kilometr yola görə gərək təyyarə bileti alaq, uçaraq gedib-gələk?  Biz kasıb adamlarıq, başına dönüm, özgə nə deyə bilərəm? Yol açılsa, əlbəttə ki, yaxşı olar. Beş addımlıq məsafəyə görə minlərlə manat xərcləyirik”.

Kənd sakini deyir ki, hökumət heç olmasa, alternativ imkanlar yaratsın:

“Yolu açmırlarsa, heç olmasa, biletlərin qiymətini aşağı salsınlar. Qatar yolu açılsın ki, gəlib-getmək mümkün olsun. Mənim evimdən çıxanda 5 addımlıq yoldur, “Krasnı Most”un qapısı gözümün qabağındadır, amma getməyə imkan yoxdur. Ölümüz var, dirimiz var, qız alıb-verməmişik. Gedib-gələ bilmirik. Bizə köməklik lazımdır ki, ya yol açılsın, ya da biletlər ucuzlaşsın”.

Hüseynov Vidadi onu da deyir ki, ailə üzvləri ilə birgə gedib-gəlmək imkansızlaşıb:

“Dolanışığa görə şirkətdə sürücü işləyirəm, tır sürürəm, yük daşıyıram. Ancaq işlə bağlı gedib-gəlmək olur, ailəmi isə apara bilmirəm. Qohumlarımız toy edir, mən özüm tırla gedirəm, amma ailəmi apara bilmirəm. Bu da inciklik yaradır. Məsələn, bacım buradadır, qardaşım orada, qızım gəlin köçüb, amma görüşə bilmirik. Əgər ailə üzvlərimi aparmaq istəsəm, 5 nəfərə 1500–2000 manat xərcləmək lazım gəlir. Bu da bizim imkanımız xaricindədir”.- deyə Vidadi Hüseynov əlavə edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə COVID-19 pandemiyası səbəbindən ölkədə xüsusi karantin rejimi tətbiq olunub. Quru sərhədlərin bağlı qalması da həmin rejimin tələbləri çərçivəsində həyata keçirilir. Bir neçə dəfə uzadılan qərara əsasən, xüsusi karantin rejimi 2025-ci il 1 oktyabr, saat 06:00-dək qüvvədə olacaq.

Elmar Elnuroğlu

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:25
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Avqust 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyalı turistlər Çin otellərində kabus gördüklərini deyirlər...

24 Avqust 2025 18:14see238

Üz ifadəsindən insanın yalan danışdığını müəyyən etmək mümkündür? (TƏDQİQAT)

24 Avqust 2025 09:19see143

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see140

Badamdarda kişi quyuya düşdü

24 Avqust 2025 05:46see133

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see130

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see128

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see127

Bu idmançı tennis oynamaqla 1 milyard dollar qazandı

24 Avqust 2025 10:39see123

Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

24 Avqust 2025 23:08see122

Ət qiymətləri rekord səviyyəyə çatdı

24 Avqust 2025 17:33see121

TƏBİB: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar müraciət edən 4 nəfərdən 2 nin durumu orta ağırdır

24 Avqust 2025 16:03see121

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see121

Anton Krivotsyukun komandası iki dəfə hesabda irəli çıxıb, 72 ci dəqiqədə azlıqda qalıb

24 Avqust 2025 22:01see119

Rusiyalı idmançı Bosfor boğazını keçərkən yoxa çıxıb

25 Avqust 2025 00:58see117

Qalatasaray səfərdə Kayserispor u sökdü

25 Avqust 2025 00:32see115

SON DƏQİQƏ! “Sədərək” ticarət mərkəzində yanğın BAŞLADI

24 Avqust 2025 12:13see114

İsrail Yəmənə hücum etdi, prezident sarayı hədəf olub

24 Avqust 2025 17:18see113

Almeyda Türkiyəyə başş mıqçi kimi geri dönüb

25 Avqust 2025 00:24see112

Braqa nın hücumçusu Qarabağ a keçəcək?

24 Avqust 2025 17:58see111

Mançester Yunayted Fulhem lə heç heçə etdi Video

25 Avqust 2025 01:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri