Icma.az
close
up
RU
Gürcüstan Dəmir Yollarının genişmiqyaslı modernləşdirmə layihəsi başa çatıb

Gürcüstan Dəmir Yollarının genişmiqyaslı modernləşdirmə layihəsi başa çatıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tbilisi, 24 dekabr, AZƏRTAC

Gürcüstan Dəmir Yollarının genişmiqyaslı modernləşdirmə layihəsi dəmir yollarının tutumunu əhəmiyyətli dərəcədə artırıb, istismar xərclərini azaldıb, təhlükəsizliyi gücləndirib və sərnişinlərin rahatlığını yaxşılaşdırıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan Dəmir Yollarının modernləşdirmə layihəsinin başa çatmasına həsr olunmuş tədbirdə çıxışı zamanı söyləyib.

O bildirib ki, bu, sadəcə infrastrukturun modernləşdirilməsi deyil, Gürcüstanın öz gələcəyini, iqtisadi gücünü və qlobal proseslərdə layiqli yerini təmin etmək üçün etdiyi açıq siyasi və strateji seçimdir.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan Dəmir Yolları bu gün 21-ci əsrin çağırışlarına, texnoloji standartlara və qlobal ticarətin yeni reallığına cavab olaraq yeni bir mərhələyə qədəm qoyur.

"Dəmir yolu həmişə Gürcüstanın dövlətçiliyinin, iqtisadiyyatının və əlaqəsinin mühüm sütunu olub. 1872-ci ildə qurulan Gürcüstan Dəmir Yolları bu gün, 153 ildən sonra, yeni bir mərhələyə - 21-ci əsrin çağırışlarına, texnoloji standartlara və qlobal ticarətin yeni reallığına cavab verən bir mərhələyə qədəm qoyur", - deyə Baş nazir vurğulayıb.

Hökumət başçısının sözlərinə görə, layihə çərçivəsində yeni körpülər və tunellər, 100-dən çox mühəndislik qurğusu, təxminən 100 kilometr uzunluğunda yeni yollar tikilib, beynəlxalq standartlara uyğun təhlükəsizlik sistemləri quraşdırılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri