Hanoyda Tramp qülləsinin tikintisi planlaşdırılır
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vyetnamın tikinti şirkətləri ABŞ Prezidenti Donald Trampın ailə şirkəti olan The Trump Organization brendi altında Hanoyda göydələn inşa etməyi planlaşdırır.
525.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Tramp qülləsinin Hanoyda, paytaxtın əcnəbi rəhbər şəxslərin və diplomatların yaşadığı nüfuzlu rayonunda, Qərb gölünün (West Lake) yaxınlığında inşa edilməsi nəzərdə tutulur. Ən azı 60 mərtəbəli olacaq binanın layihəsi hələ may ayında hakimiyyət orqanlarına təqdim edilib və hazırda təsdiqini gözləyir. Tikintiyə 2027-ci ilin sonlarında və ya 2028-ci ildə başlanıla bilər.
Mənbələrin bildirdiyinə görə, noyabrın 26-da Vyetnam hökumətinin nümayəndələri Kinh Bac City Development şirkəti də daxil olmaqla, yerli tikinti şirkətlərinin nümayəndələri ilə görüşüblər. Danışıqlar Vaşinqtonun Vyetnam mallarına 35 faizə qədər yeni gömrük rüsumları tətbiq edə biləcəyi barədə açıqlamalarından qısa müddət sonra baş tutub. Ticarət sazişi imzalanacağı təqdirdə, rüsumların 20 faizə qədər azaldılması mümkündür.
Agentlik xatırladır ki, Hanoydakı göydələn Vyetnamda Tramp brendi altında həyata keçirilməsi planlaşdırılan üç layihədən biri olacaq. Hazırda Hanoy yaxınlığında 1,5 milyard dollar dəyərində qolf kompleksi inşa edilir. Bundan başqa, ölkənin cənubundakı ən böyük şəhər olan Hoşimin şəhərində daha bir Tramp qülləsinin tikilməsi planlaşdırılır.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 27 Noyabr 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















