Gürcüstan DİN aksiyaçılara xəbərdarlıq edib
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) aksiya iştirakçılarına xəbərdarlıq edib.
Moderator.az xəbər verir ki, nazirlik Tbilisinin Melikişvili prospektində keçirilən aksiyanın iştirakçılarını polisin qanuni göstərişlərinə əməl etməyə çağırıb.
Qurumun açıqlamasında qeyd olunur ki, vəziyyətin süni şəkildə gərginləşdirilməsinə yol verilməməlidir, əks halda hüquq-mühafizə orqanları qanunla nəzərdə tutulmuş tədbirlər görəcək.
Nazirlik bildirib ki, vətəndaşlar arasında qarşıdurma başlayandan dərhal sonra polis vəziyyəti nəzarətə götürüb və münaqişənin böyüməsinin qarşısını alıb. Lakin bəzi şəxslərin hələ də ictimai asayişi pozmağa davam etdiyi vurğulanır.
Baxış sayı:100
Bu xəbər 08 Sentyabr 2025 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















