Gürcüstan DTX da dindirilən keçmiş nazir ölkəni tərk edib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən gün Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindirilən Baş nazirin sabiq müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ölkəni tərk edib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
DTX keçmiş nazirin Gürcüstanda olmadığını təsdiqləyib.
Qeyd edək ki, Levan Davitaşvili və Gürcüstanın Neft və Qaz Korporasiyasının keçmiş Baş direktoru Giorgi Çikovani DTX-nın Korrupsiyaya Qarşı Mübarizə Agentliyi tərəfindən aparılan cinayət işi üzrə istintaq çərçivəsində dindiriliblər. Məsələ Gürcüstanın qaz tədarükü ilə bağlı imzalanmış müqavilənin şərtləri ilə bağlı olub.
Xatırladaq ki, Levan Davitaşvili 2022-ci ilin fevralından 2025-ci ilin iyununa qədər Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri vəzifəsini tutub, 2021-ci il iyulun 12-dən isə Baş nazirin müavini olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 18 Fevral 2026 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















