Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gürcüstan hakimiyyəti seçki qanunvericiliyini dəyişdirir

Gürcüstan hakimiyyəti seçki qanunvericiliyini dəyişdirir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Son vaxtlar Gürcüstanda yaşanan siyasi dəyişikliklər ölkənin həm daxili, həm də xarici siyasətində ciddi dönüş nöqtəsidir. Hakim “Gürcü Arzusu” partiyası seçki qanunvericiliyində və dövlət idarəçiliyində əsaslı dəyişikliklər həyata keçirir. Bu addımların məqsədi seçki prosesinə daha güclü nəzarət etmək, dövlət institutlarını xarici təsirlərdən qorumaq və siyasi sabitliyi təmin etməkdir. Lakin yeni təşəbbüslər həm ölkə daxilində, həm də beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olub.

Ən əsas dəyişikliklərdən biri xaricdə yaşayan gürcü vətəndaşlarının seçki məntəqələrində səsvermə hüququnun ləğv edilməsidir. İndiyə qədər belə vətəndaşlar yalnız parlament seçkilərində xarici məntəqələrdə səs verə bilirdilər. İndi isə hər bir seçici yalnız ölkə ərazisində, yaşadığı ünvan üzrə səs verəcək. Parlament sədri Şalva Papuaşvili hesab edir ki, əgər vətəndaş siyasi həyatda iştirak etməyə həqiqətən maraqlıdırsa, ölkəyə qayıdıb səs verməsi çətinlik yaratmamalıdır. Onun sözlərinə görə, bu, həm vətəndaşın məsuliyyətini artırır, həm də seçki prosesini xarici təsirlərdən qoruyur. 

Qeyd edək ki, xaricdə yaşayan gürcülərin sayı kifayət qədər böyükdür. Məlumata görə, Rusiyada təxminən 160 min, Avropa ölkələrində, xüsusilə Yunanıstan, İtaliya, İspaniya, Fransa və Almaniyada 350 min, ABŞ-da isə 100 min Gürcüstan vətəndaşı yaşayır. Ölkənin özü isə, təxminən, 3,9 milyon əhaliyə malikdir. Onların da əksəriyyəti seçkilərdə iştirak etmək yaşındadır. Əvvəlki qanunvericiliyə görə, parlament seçkilərindən əvvəl xarici ölkələrdə seçki dairələri yaradılırdı və bu dairələr əksər hallarda səfirlik və konsulluqlarda yerləşirdi. 

Son parlament seçkilərində xaricdə açılan 60-dan çox məntəqədə müxalifət üstünlük qazanmışdı. Səs verənlərin yalnız 13,49 faizi “Gürcü Arzusu”nu dəstəkləmişdi. Qalan səsləri isə müxalifət toplamışdı. Ona görə də bu fakt hakimiyyətin nəzərində seçki prosesinə xarici müdaxilə risklərini artıran amil kimi qiymətləndirilib. Bildirilib ki, xarici ölkələrdə yaşayan vətəndaşlar kənar siyasi mühitin təsiri altındadır və dövlət bu təsirin qarşısını tam şəkildə ala bilmir. Bu, seçkilərin sabitliyinə potensial təhlükə yaradır. Ona görə də, seçki prosesinin yalnız ölkə daxilində keçirilməsi həm xarici təsirləri azaldacaq, həm də seçicilərə daha şüurlu seçim imkanı yaradacaq. “Gürcü Arzusu”nun fkrincə, bu addım həm seçki prosesini etibarlı edər, həm də vətəndaşın siyasi məsuliyyətini gücləndirər. 

Müxalifətçilər isə məsələyə fərqli baxırlar. Onlar hesab edirlər ki, xaricdə yaşayan seçicilər ölkədəki təzyiq və nəzarətdən azad şəkildə öz səsini verir. Yeni dəyişiklik isə minlərlə insan üçün praktiki çətinlik yaradacaq və xaricdə yaşayan seçicilərin siyasi prosesdə iştirak imkanlarını məhdudlaşdıracaq. Gürcüstan parlamentinin sabiq deputatı İsak Novruzov isə bildirir ki, Seçki Məcəlləsindəki dəyişikliklər ölkənin siyasi və institusional təhlükəsizliyini gücləndirməyə, seçki azadlığını qorumağa və dövlət suverenliyini xarici təsirlərdən müdafiə etməyə xidmət edir. O vurğulayır ki, xarici məntəqələrdə səsvermə zamanı şəffaflıq və tam nəzarət təmin edilmir və bu, seçki prosesinə manipulyasiya üçün imkan yaradır: “Bu, hakimiyyət tərəfindən atılmış məntiqi və zəruri addımlardı. Ölkənin həm seçki sistemində, həm də idarəçilik modelində uzun illər davam edən boşluqlar xarici müdaxilə, təzyiq və manipulyasiya üçün əlverişli şərait yaradıb və bu risklər son illər daha da artıb”. 

Novruzov əlavə edir ki, xaricdə yaşayan seçicilərin çoxu real siyasi prosesdən uzaqdır, informasiya mənbələri qeyri-sabitdir və səsvermə davranışları asanlıqla təsirə açıqdır: “Buna görə də dövlət yalnız öz sərhədləri daxilində, institusional nəzarət altında keçirilən seçkiləri daha etibarlı hesab edir. Əgər vətəndaş həqiqətən siyasi həyatda iştirak etmək istəyirsə, 4 ildən bir ölkəyə qayıdıb səs verməsi həm normal, həm də vətənpərvərlik nümunəsidir. Bu dəyişikliklər Gürcüstanın demokratik institutlarını gücləndirmək, xarici təsirlərdən qorunmaq və seçki prosesində şəffaflığı təmin etmək baxımından önəmli addımdır. Gürcüstanın gələcək siyasi trayektoriyası və seçki sisteminin şəffaflığı üçün həlledici məsələlərdən biridir”. 

Yada salaq ki, Gürcüstan Parlamenti birinci oxunuşda parlament seçkiləri zamanı xaricdə səs verməyi qadağan edən yeni Seçki Məcəlləsini qəbul edib. Sənədin yekun təsdiqindən sonra xaricdə yaşayan vətəndaşlar yalnız ölkəyə qayıtdıqdan sonra yaşadıqları yerlərdə səs verə biləcəklər. 76 millət vəkili bu dəyişiklikləri dəstəkləyib, 9 nəfər əleyhinə səs verib. 

Hökumət yalnız seçki qanunvericiliyində dəyişikliklərlə kifayətlənməyib, dövlət idarəçiliyində də ciddi struktur islahatlarına başlayıb. 2022-ci ildə Avropa İttifaqının tövsiyəsi ilə yaradılmış Antikorrupsiya Bürosu 2026-cı ildən etibarən ləğv ediləcək. Bu qurum vəzifəli şəxslərin və siyasi təşkilatların maliyyə bəyannamələrinə nəzarət edirdi, lakin hakimiyyət onun funksiyalarını Dövlət Audit Xidmətinə qaytarmağın daha məqsədəuyğun olduğunu bildirir. Rəsmi açıqlamada vurğulanır ki, bu addım dövlət institutlarını konstitusiya çərçivəsinə qaytarmaq və xarici təsirləri azaltmaq məqsədi daşıyır. Korrupsiyaya qarşı mübarizə isə zəifləməyəcək, əksinə, daha səmərəli mexanizmlərlə davam etdiriləcək. 

Buna baxmayaraq, müxalifət iddia edir ki, guya, büronun səlahiyyətlərinin icra hakimiyyəti ilə sıx bağlı olan quruma verilməsini elita üzərində nəzarətin zəifləməsi və antikorrupsiya orqanının hakimiyyətlə birləşməsi təhlükəsini doğurur.

Sabiq deputat İsak Novruzov isə tamamamilə başqa fikirdədir. O qeyd edir ki, Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərinin son aylarda soyuması fonunda ölkə daha müstəqil siyasi kursa keçmək niyyətindədir: “Ukraynadakı nümunələr göstərir ki, bu cür qurumlar Aİ tərəfindən ciddi nəzarət alətinə çevrilir və bu, Gürcüstanda narahatlıq yaradıb. Ləğv prosesi həm dövlət institutlarının konstitusiya çərçivəsinə qaytarılması, həm də paralel strukturların aradan qaldırılması məqsədini daşıyır. Son illərdə bir sıra dövlət qurumları xarici donorların təsiri ilə yaradılmış, lakin klassik dövlət idarəçiliyi sisteminə inteqrasiya olunmamışdır. Dövlət Audit Xidməti isə daha müstəqil, professional və dövlətə hesabatlı qurumdur. Məqsəd korrupsiyaya qarşı mübarizəni zəiflətmək deyil, əksinə, bu sahəni daha effektiv və sabit dövlət institutu vasitəsilə idarə etməkdir”. 

O sonda bildirdi ki, bu addımlar Gürcüstan hökumətinin xarici təsirlərdən azad, daha suveren idarəçilik modelinə yönəldiyini göstərir: “Antikorrupsiya Bürosunun ləğvi yalnız bürokratik struktur dəyişiklik deyil, həm də ölkənin siyasi müstəqilliyini gücləndirmə niyyətidir. Onun uğuru birbaşa olaraq Dövlət Audit Xidmətinin real səmərəliliyi və şəffaflığı ilə bağlı olacaq. Gürcüstan üçün əsas məsələ, korrupsiyaya qarşı mübarizənin dayanıqlı və effektiv mexanizmlərlə davam etməsini təmin etməkdir. Belə ki, struktur dəyişiklikləri yalnız formal xarakter daşımamalıdır”. 

Beləliklə, hakimiyyət bu islahatları Gürcüstanın dövlətçilik modelinin modernləşdirilməsi, demokratik institutların gücləndirilməsi, xarici təsirlərin neytrallaşdırılması və milli maraqların qorunması istiqamətində atılmış zəruri addımlar kimi təqdim edir. Rəsmi mövqeyə görə, ölkənin uzunmüddətli təhlükəsizliyi və siyasi sabitliyi üçün qısamüddətli narazılıqlar qaçılmaz olsa da, nəticədə bu islahatlar Gürcüstanı daha güclü, daha müstəqil və daha funksional dövlətə çevirəcək. O da maraqlıdır ki, Gürcüstanın həm seçki, həm institusional sahədə bu cür radikal dəyişikliklərə getməsi ölkənin Aİ ilə münasibətlərinin kəskin soyuduğu dövrə təsadüf edir.

Pünhan ƏFƏNDİYEV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see392

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see306

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see261

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see239

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see233

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see232

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see231

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see229

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see226

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see224

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see224

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see218

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see216

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see215

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see204

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see203

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see199

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see191

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see165

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri