Gürcüstan Konstitusiya Məhkəməsi üç müxalif partiyanın ləğvi üzrə iddianı qəbul edib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə parlamentinin üç müxalifət partiyasının qadağan olunması ilə bağlı iddiasını qəbul edib.
APA-nın yerli bürosu xəbər verir ki, sənəd məhkəmənin saytında dərc edilib.
Hakim “Gürcü Arzusu”, “Avropa Sosialistləri” və “Xalqın gücü” partiyalarının müəllifi olduğu iddiada 88 deputatın imzası yer alıb.
Konstitusiya məhkəməsi bunu əsaslandırılmış hesab edib və baxılması üçün plenuma göndərib.
İş üzrə dinləmələr 9 aya qədər davam edəcək.
Qeyd edək ki, iddiada keçmiş prezident Mixeil Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiya və “Lelo - Güclü Gürcüstan” partiyasının Gürcüstan Konstitusiyasına zidd elan edilərək ləğvi tələb olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 04 Noyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















