Icma.az
close
up
RU
Статья не опубликована
Gürcüstan nə istəyir?

Gürcüstan nə istəyir?

Icma.az bildirir, Aznews.az portalına istinadən.

“Gürcüstanda hakim partiya müstəqil siyasət yeritmə taktikasını həyata keçirməkdədir. “Gürcü Arzusu” partiyasının bu cür siyasəti başda Birləşmiş Ştatlar olmaqla Qərbi qane etmir. Birləşmiş Ştatlar və Qərb açıq şəkildə Gürcüstanı öz təsirinə salıb Rusiya əleyhinə istifadə etmək istəyir. “Xarici agentlər” haqqında qanunun qəbul edilməsi prosesində də Gürcüstan müstəqil qərar qəbul etdi və bu qanunu qəbul etdi. Baxmayaraq ki, Birləşmiş Ştatların və Qərbin açıq təzyiqi var idi. Gürcüstan dövləti nə istəyir? Gürcüstan dövləti açıq şəkildə deyir ki, biz Avropaya inteqrasiya etmək istəyirik. Ancaq müstəqil şəkildə öz dövlət və milli maraqlarımızı qorumaq şərtilə. Qərb isə əksinə deyir ki, Avropa Birliyinə gəlmək istəyirsənsə, Avropanın və Qərbin, Amerikanın maraqlarına uyğun davranmalısan”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib.

Siyasi ekspert qeyd edib ki, bu isə gürcü xalqının dövlət və milli maraqlarına uyğun gəlmir.

“Təbii ki, Gürcüstanda demokratik bir seçki keçirildi və xalq “Gürcü Arzusu” partiyasına səs verdi. Gürcüstanın keçirilən bu seçkini Birləşmiş Ştatlar və Qərb tanımaq istəmir və açıq şəkildə Gürcüstanda keçirilən seçkiyə kölgə salmaq istəyir. Baxmayaraq ki, həmin seçkilər elektron qaydada keçirilmişdi. Həmçinin Azərbaycandan da deleqasiya var idi və seçkinin demokratik keçirilməsini bəyan etmişdi. Gürcüstanın bu seçkidə “Gürcü Arzusu” Partiyasının qələbəsini Birləşmiş Ştatlar və Qərb tanımadı və açıq şəkildə Gürcüstan rəhbərliyinə qarşı sanksiya ilə çıxış etdi. Bu cür davranış birbaşa Gürcüstanı təhdid etmək idi və Gürcüstanın baş naziri açıq şəkildə bəyan etdi ki, bizi şantaj edirlər. Eyni zamanda bu cür davranış nə beynəlxalq hüquqa uyğundur, nə də Gürcüstanın müstəqil dövlət olmasına birbaşa təhdiddir. Hazırda Gürcüstanda iki hakimiyyətlik meydana gəlib. Yəni Gürcüstanın prezidenti açıq şəkildə Gürcüstanın maraqlarına və xalqının marağına yox, Qərbin maraqlarına xidmət edir. Açıq şəkildə dövlət çevrilişinə çağırış səsləndirir. Gürcüstan müxalifətini Qərbin dəstəyi ilə üsyana çağırır və dövlətin strateji obyektlərin tutulmasına sövq edir. Bu da açıq şəkildə dövlət çevrilişidir. Gürcüstanda baş verən hadisələrin demokratik dəyərlərə heç bir aidiyyatı yoxdur. Çünki demokratiyanın təməl prinsipi nədir? Demokratiyanın tələbə prinsiplərindən biri azlığın çoxluğa tabe olması deməkdir. Gürcüstanın paytaxtı Tbilisidə 10 minə yaxın insanlar açıq şəkildə dövlət çevrilişi cəhdlərinə uyğun addımlar atır və ümumilikdə Gürcüstanda “Maydan” hərəkatını təkrarlamaq istəyirlər. Yəni Birləşmiş Ştatlar demokratiya ideyası altında ayrı-ayrı dövlətlərdə çevriliş edir və demokratiya ideyası altında Gürcüstanı işğal etmək istəyir. Təbii ki, hakim partiya Qərbin bu cür davranışını qəbul etmir və ona adekvat cavab verir. Gürcüstanı nə də ittiham edirlər? Guya “Gürcü Arzusu” partiyası Rusiya yönümlüdür və bunu da Gürcüstan kütləsinə sırımaq istəyirlər. Əslində isə “Gürcü Arzusu” partiyası nə MDB təşkilatında, nə Avrasiya İqtisadi Birliyində, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, nə də “3+3” formatı çərçivəsində Rusiya ilə əməkdaşlıq etmir. Sadəcə Qərb bu cür Gürcüstan üzərindən psixoloji müharibəni aparır. Gürcüstanın hakim partiyasını Rusiya meylli siyasət yeritməkdə ittiham edirlər ki, bununla da kütləni ayağa qaldırmaq istəyirlər”.

A.Məsiyev sonda vurğulayıb ki, Gürcüstanda baş verən hadisələr başda Birləşmiş Ştatlar olmaqla Qərbin Cənubi Qafqaza girməsinin bir elementidir:

“Çünki Birləşmiş Ştatlar və Qərb Cənubi Qafqaz respublikalarını öz təsirinə salmaq istəyirlər. Yəni Rusiyanın cənub cinahını bağlamaq istəyirlər. Həm Ermənistan, həm də Gürcüstan üzərindən bu siyasət həyata keçirilməkdədir. Azərbaycan da balanslaşdırıcı siyasət həyata keçirdiyinə görə Azərbaycana təzyiq olunur ki, Azərbaycan da Qərbin təsirinə düşsün. Gürcüstanda baş verən hadisələr dolayısı ilə Azərbaycana da bir mesajdır. Əgər ABŞ demokratiya ideyası altında dövlət çevrilişi edib Gürcüstanda özlərinə münasib bir hakimiyyət qurarsa, növbəti addım Azərbaycana olacaq. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir. Azərbaycan həm Rusiya ilə, həm İranla, həm də Gürcüstanla, Ermənistanla sərhəddir. Birləşmiş Ştatlar, Ermənistan və Gürcüstanı öz təsirinə alarsa, növbəti etap Azərbaycan olacaqdır. Ermənistanın da bu gün böyük sürətlə silahlanması buna hesablanılıb. Ümumilikdə Gürcüstanda baş verən xaos Qərbin Cənubi Qafqazda aparacağı xaosun başlanğıcıdır”.

Rəfiqə NAMAZƏLİYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 04 Dekabr 2024 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see158

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see138

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri