Icma.az
close
up
RU
Gürcüstan növbəti sınaq qarşısında

Gürcüstan növbəti sınaq qarşısında

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Daxildə artan qarşıdurma, beynəlxalq təzyiqlər və dəyişən geosiyasi reallıqlar

Gürcüstanda siyasi proseslər həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə mürəkkəb xarakter alıb. Hakim “Gürcü arzusu” partiyası ilə müxalif qüvvələr arasında davam edən qarşıdurma artıq parlament müzakirələri ilə məhdudlaşmır. Qarşılıqlı ittihamlar, hüquqi çəkişmələr, beynəlxalq təşkilatların tənqidləri və regionun geosiyasi əhəmiyyətinin artması Gürcüstanı yeni siyasi sınaq mərhələsinə gətirib çıxarıb.

Son hadisələr göstərir ki, Gürcüstanda siyasi mübarizə eyni vaxtda üç əsas istiqamətdə cərəyan edir: daxildə hakimiyyətlə müxalifət arasında qarşıdurmanın dərinləşməsi, siyasi mübarizənin hüquqi müstəviyə keçməsi və beynəlxalq arenada ölkənin siyasi legitimliyi ətrafında müzakirələrin intensivləşməsi. Bu proseslərin ilk və diqqətçəkən istiqaməti parlamentdən məhkəmə zallarına qədər uzanan daxili siyasi qarşıdurmadır. Hakim “Gürcü arzusu” partiyasının parlament fraksiyası sədrinin birinci müavini Levan Maçavariani insidenti əvvəlcədən planlaşdırılmış təxribat kimi qiymətləndirərək məsuliyyəti müxalifətin üzərinə qoydu.

Onun sözlərinə görə, parlamentdə yaranmış gərginlik məqsədli şəkildə təşkil edilib və sonradan ictimai rəyə təsir göstərmək üçün siyasi kampaniyanın tərkib hissəsinə çevrilib. Müxalifət isə hadisəyə fərqli yanaşaraq, baş verənlərə görə məsuliyyətin hakimiyyətin davranışında olduğunu bildirir.

Diqqəti cəlb edən məqam təkcə parlamentdə baş verən qarşıdurma deyil. Siyasi polemika getdikcə proqram və ideyalar müstəvisindən uzaqlaşaraq şəxsi ittihamlar, mənəvi dəyərlər və ictimai nüfuz üzərində qurulan sərt ritorikaya keçir. Bu isə Gürcüstan siyasətində kompromis imkanlarının getdikcə zəiflədiyini göstərir. Anakliya dərin dəniz limanı ilə bağlı müzakirələr bu mənzərəni tamamlayır. Müxalifətin limanın beynəlxalq konsorsium vasitəsilə idarə olunması təklifi hakimiyyət tərəfindən milli suverenliyə təhlükə kimi dəyərləndirilir. Müxalifət isə hesab edir ki, beynəlxalq tərəfdaşlığın genişləndirilməsi Gürcüstanın iqtisadi və geosiyasi imkanlarını artıracaq.

İkincisi, ölkədə siyasi mübarizə hüquqi müstəviyə keçib. Hakimiyyət bir sıra müxalif partiyaların fəaliyyətinin dayandırılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Bu, ölkədə siyasi proseslərin yeni mərhələyə keçdiyini göstərir. “Vahid Milli Hərəkat”, “Güclü Gürcüstan – Lelo”, “Dəyişikliklər Uğrunda Koalisiya” və s. partiyalara qarşı irəli sürülən ittihamlar artıq siyasi polemikadan hüquqi müstəviyə keçib. Hakimiyyət bu partiyaları konstitusiya quruluşuna qarşı fəaliyyət göstərməkdə, dövlət müstəqilliyini zəiflətməkdə və xarici maraqlara xidmət etməkdə ittiham edir. Müxalifət isə bu prosesi siyasi rəqiblərin hüquqi mexanizmlərlə sıradan çıxarılması cəhdi kimi qiymətləndirir.

Konstitusiya Məhkəməsinin verəcəyi qərar yalnız ayrı-ayrı partiyaların taleyini müəyyənləşdirməyəcək. Bu qərar Gürcüstanın siyasi sisteminin gələcək inkişaf istiqamətinə, demokratik institutların fəaliyyətinə və ölkənin beynəlxalq imicinə də ciddi təsir göstərəcək. İndi qalır Konstitusiya Məhkəməsinin qərarı.

Üçüncüsü, daxili mübarizə beynəlxalq gündəmə daşınır. Haaqada keçirilən ATƏT Parlament Assambleyasının 33-cü sessiyasında Gürcüstan üzrə qətnamə layihəsinin qəbul edilməsi rəsmi Tbilisinin sərt etirazı ilə qarşılanıb. Qətnamədə 2024-cü il parlament seçkiləri, “Xarici təsirin şəffaflığı haqqında” qanun, müxalifət nümayəndələrinin və jurnalistlərin saxlanılması ilə bağlı narahatlıqlar ifadə olunur. Hakimiyyət isə sənədi faktiki yanlışlıqlarla dolu, qərəzli siyasi sənəd adlandırıb.

Rəsmi Tbilisi bildirir ki, beynəlxalq təşkilatların bəzi hesabat və qətnamələrində seçkiləri müşahidə etmiş missiyaların təqdim etdiyi qiymətləndirmələr, eləcə də ölkədə sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində atılan addımlar lazımi səviyyədə nəzərə alınmır. Hakimiyyət hesab edir ki, bu sənədlərdə daha çox müxalif siyasi qüvvələrin və hökuməti tənqid edən qeyri-hökumət təşkilatlarının mövqelərinə istinad edilir ki, bu da yekun qiymətləndirmələrin balanslı olmasına kölgə salır.

Bu mövqe son illər Gürcüstanın Qərb institutları ilə münasibətlərində müşahidə olunan fikir ayrılıqlarını daha da dərinləşdirib. Xüsusilə “xarici təsirin şəffaflığı haqqında” qanun, seçkilərin legitimliyi, məhkəmə islahatları, media mühiti və insan hüquqları ilə bağlı məsələlər tərəflər arasında mübahisə mövzusu olaraq qalır. Hakimiyyət bu tənqidləri siyasi xarakterli hesab etsə də, Avropa və beynəlxalq təşkilatlar demokratik institutların fəaliyyətinin gücləndirilməsi və siyasi plüralizmin qorunmasının vacibliyini vurğulayırlar.

Mövcud vəziyyət Gürcüstanın xarici siyasətində balans yaratmağa çalışdığını göstərir. Bir tərəfdən rəsmi Tbilisi Avropa İttifaqı və NATO ilə inteqrasiya kursunu strateji prioritet kimi saxladığını bəyan edir, digər tərəfdən milli suverenlik və daxili qərarların qəbulunda xarici təsirlərin yolverilməz olduğunu bildirir. Sonda qarşılıqlı ittihamlar və fərqli yanaşmalar Gürcüstanla Qərb institutları arasında siyasi dialoqun daha həssas mərhələyə keçdiyini göstərir.

Mövzu ilə bağlı Gürcüstan parlamentinin sabiq deputatı İsak Novruzov XQ-yə bildirdi ki, Gürcüstanda baş verən son hadisələr göstərir ki, ölkə yalnız daxili siyasi rəqabətlə deyil, həm də geosiyasi seçimlərin yaratdığı mürəkkəb çağırışlarla üz-üzədir: “Hakimiyyət suverenlik, sabitlik və milli maraqların qorunmasını əsas prioritet kimi təqdim edir.

Müxalifət isə demokratik institutların zəiflədiyini, siyasi rəqabət imkanlarının məhdudlaşdırıldığını və beynəlxalq tərəfdaşlarla münasibətlərdə gərginliyin artdığını bildirir. Aydındır ki, qarşıdakı aylarda Konstitusiya Məhkəməsinin qərarları, ATƏT və digər beynəlxalq qurumların mövqeyi, eləcə də hakimiyyətlə müxalifət arasında dialoqun taleyi Gürcüstanın siyasi gələcəyini müəyyənləşdirəcək əsas amillər olacaq”.

Onun sözlərinə görə, Azərbaycan haqqında da qətnamə qəbul edilmişdi: “Sənəddə Azərbaycanda insan hüquqları, fundamental azadlıqlar, media mühiti və vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı narahatlıqlar ifadə olunub. Qətnamədə, həmçinin jurnalistlərin, hüquq müdafiəçilərinin və müxalif fəalların həbsi ilə bağlı iddialara yer verilib. Azərbaycan nümayəndə heyəti sənədi qərəzli və siyasi motivli qiymətləndirərək onun ölkədəki mövcud reallığı əks etdirmədiyini bəyan edib. Rəsmi Bakı bildirib ki, qətnamə hazırlanarkən Azərbaycanın mövqeyi və təqdim etdiyi arqumentlər nəzərə alınmayıb, sənəddə birtərəfli yanaşmaya üstünlük verilib.

Diqqətçəkən məqam ondan ibarətdir ki, həm Gürcüstan, həm də Azərbaycan ATƏT PA-da qəbul olunan sənədlərə oxşar arqumentlərlə etiraz edərək onların siyasi qərəz daşıdığını və daxili proseslərə birtərəfli yanaşmanı əks etdirdiyini bildiriblər. Hər iki ölkənin mövqeyində milli suverenlik, daxili işlərə müdaxilənin yolverilməzliyi və beynəlxalq təşkilatların daha balanslı yanaşma sərgiləməsi tələbi əsas yer tutur”.

İ.Novruzov sonda bildirdi ki, Cənubi Qafqazın geosiyasi əhəmiyyətinin sürətlə artdığı bir dövrdə Gürcüstanda daxili siyasi sabitliyin qorunması təkcə ölkənin özü üçün deyil, bütövlükdə regionun təhlükəsizlik və iqtisadi əməkdaşlıq gündəliyi baxımından da mühüm əhəmiyyət daşıyır. Buna görə də Tbilisidə baş verən siyasi proseslər artıq yalnız daxili siyasətin deyil, regional və beynəlxalq münasibətlər sisteminin də diqqət mərkəzindədir.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyul 2026 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri