Gürcüstan Parlamenti: ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qanun Gürcüstana düşmənçilik ruhunda tərtib olunub
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tbilisi, 14 may, AZƏRTAC
“Dərin dövlət” və onun təsisatları Gürcüstanda demokratiyanı sarsıtmağa çalışıb. ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qanun da Gürcüstana və gürcü xalqına düşmənçilik ruhunda tərtib olunub”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstan parlamentinin ABŞ Nümayəndələr Palatasının dəstəklədiyi “Meqobari Aktı” adlı qanun layihəsi ilə bağlı qəbul etdiyi xüsusi bəyanatında əksini tapıb.
Sənəddə aktın saxta ittihamlara əsaslandığı, Gürcüstana və gürcü xalqına düşmənçilik ruhunda tərtib olunduğu xüsusi qeyd olunur. Vurğulanır ki, “Meqobari Aktı” Gürcüstanda əhəmiyyətli demokratik geriləmənin yaşanması, hökumətin avroatlantik inteqrasiyanın qarşısını alması, Gürcüstanın Rusiya, Çin və “digər avtoritar rejimlərlə” qeyri-münasib əlaqələr qurması kimi yalan iddialara əsaslanıb.
Bildirilir ki, Gürcüstan parlamenti ABŞ-nin yeni administrasiyası “dərin dövlət”i uğurla zəiflədəcək və bunun nəticəsində Konqres 200 ildən artıq fəaliyyəti ilə qazandığı əvvəlki şöhrətini və adını qaytaracağına ümid edir.
Parlament Gürcüstan və ABŞ arasında münasibətlərin yaxşılaşmasına töhfə verə biləcək bütün məsələlərdə ABŞ Konqresi ilə əməkdaşlığa hazır olduğunu bildirirb.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının dəstəklədiyi qanun layihəsində Gürcüstanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyaların və viza məhdudiyyətlərinin tətbiqi də nəzərdə tutulur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 14 May 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















