Gürcüstan parlamentinin sədri: Almaniya və Fransa rəsmilərinin başqa ölkənin seçkilərinə müdaxilə ilə bağlı nəsə deməsi çox ironikdir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Tbilisi, 7 yanvar, AZƏRTAC
“Almaniyanın və Fransanın hökumət rəsmiləri - Maykl Rot və Natali Loiseaunun başqa ölkənin seçkilərinə müdaxilə ilə bağlı nəsə deməsi çox ironikdir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə hesabında yazıb.
O qeyd edib ki, Almaniya və Fransa hakimiyyətlərinin nümayəndələrinin İlon Maskın bəyanatlarından şikayətlənməsi və onu seçkilərə müdaxilə etməkdə ittiham etməsi ironikdir.
“Ümid edirəm ki, bir çox insanlar Gürcüstanda keçirilən seçkilərə bu cür kobud və qanunsuz müdaxilə ilə oturduqları demokratiyanın və suverenliyin qolunu kəsdiklərini tədricən anlayacaqlar”, - deyə Ş.Papuaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Yanvar 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















