Gürcüstan Prezidenti: Vaşinqton razılaşması region üçün yeni perspektivlər açır
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə edilmiş sülh razılaşması Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin təminatında irəliyə atılmış mühüm addımdır.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili erməni həmkarı Vaaqn Xaçaturyanla birgə mətbuata açıqlamasında deyib.
O, Gürcüstanın bu razılaşmanı yalnız alqışladığını qeyd edib.
“Bu tarixi razılaşma Cənubi Qafqazın gələcəyi və uzunmüddətli inkişafı üçün yeni perspektivlər açır. Sürətlə dəyişən geosiyasi mühitdə bölgədə sülh və sabitliyin dəstəklənməsi getdikcə daha çox əhəmiyyət kəsb edir”, - Kavelaşvili əlavə edib.
Prezident vurğulayıb ki, Gürcüstan həmişə olduğu kimi regionda sülh və sabitliyin möhkəmləndirilməsinə öz töhfəsini verməyə hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 19 Noyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















