Icma.az
close
up
RU
Gürcüstan sanksiyalara tab gətirəcəkmi Azərbaycana yan təsirlər

Gürcüstan sanksiyalara tab gətirəcəkmi Azərbaycana yan təsirlər

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Sabiq nazir: “Yəqin, Qərb Gürcüstanda istehsal olunan “Barjomi” suyunun ixracına sanksiya tətbiq edəcək, Gürcüstan da suyu Şərqə satacaq”

Qərb Gürcüstanın “yaxasından” əl çəkmir. Avropa Parlamentinin məlum qızışdırıcı  qərarından sonra hakimiyyət çevrilişinin baş tutmadığını görən “demokratik dünya” ardınca ölkəni ağır sanksiyalarla hədələməyə başlayıb. Təbii ki, ön sırada ABŞ gəlir.         

Birləşmiş Ştatların səlahiyyətləri bitməkdə olan dövlət katibi Entoni Blinken ölkəsinin Tiflisdə və ölkənin digər şəhərlərində davam edən etiraz aksiyaları səbəbindən Gürcüstana qarşı yeni sanksiyalar hazırladığını bildirib.

“ABŞ ”Gürcü Arzusu" Partiyasının Gürcüstan vətəndaşlarına, etirazçılara, media nümayəndələrinə və müxalifət xadimlərinə qarşı qəddar və əsassız zorakılığını qətiyyətlə pisləyir. Biz “Gürcü Arzusu”nu tənqidçiləri susdurmağa yönəlmiş repressiv taktikalarına, o cümlədən əsassız həbslərə və fiziki zorakılığa son qoymağa çağırırıq. Demokratik proseslərə və ya institutlara xələl gətirənlər, o cümlədən Gürcüstan vətəndaşlarının dinc toplaşmaq və ifadə azadlığı hüquqlarını boğanlar məsuliyyətə cəlb olunacaqlar. İkitərəfli əməkdaşlığa dair əvvəllər elan etdiyimiz hərtərəfli təhlili davam etdirməklə yanaşı, Birləşmiş Ştatlar indi bizim sərəncamımızda olan vasitələrdən, o cümlədən əlavə sanksiyalardan istifadə etməyə hazırlaşır", - bəyanatda deyilir.

Analoji sanksiya hədələri “qoca qitə”nin bəzi digər dövlətlərinin rəsmiləri səviyyəsində də səslənməkdədir. 

Bu sanksiyalar Gürcüstan dövlətini nə dərəcədə silkələyə, sarsıda bilər? Hakimiyyət sanksiyalara tab gətirə biləcəkmi? Azərbaycana mümkün təsirləri ola bilər?

Fikrət Yusifov

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Amerika Birləşmiş Ştataları başda olmaqla Qərbin böyük güclərinin özlərindən kiçik ölkələrə, ilk növbədə isə inkişaf etməkdə olan ölkələrə qarşı münasibəti dəyişməz olaraq qalır. Qərb bu sırada olan ölkələri özündən asılı vəziyyətdə görmək istəyir. O, bu asılılığı təmin edə bilməyəndə həmin ölkələri öncə sanksiyalarla təhdid edir, bundan bir nəticə əldə olunmadıqda isə sanksiyalara əl atır. Qərbin “sözə baxmayan” ölkələrə qarşı son onilliklər ərzində formalaşdırdığı yanaşım budur: “Qərbin bu manevrləri onun orta əsrlərdə hərb maşınının köməyi ilə yürütdüyü müstəmləkəçilik siyasətinin müasir formasıdır desək, yanılmarıq. Yəni Qərbin özündən zəif gördüyü dövlətlərə baxışlarında məzmun etibarı ilə heç nə dəyişməyib. Dəyişən yanaşımın formasıdır. 

Bu gün Cənubi Qafqazda Azərbaycana və Gürcüstana da basqıların kökündə bu dediklərimiz dayanır. Qərb Cənubi Qafqazda özündən zəif bildiyi Rusiyanın təsirlərini həzm edə bilmir. Bunun üçün mümkün olan və olmayan bütün addımları atır. Bir sözlə, Qərb dairələrinin orta əsir müstəmləkə təfəkkürü dəyişmək bilmir, anlamaq istəmirlər ki, dünya gerçəkdən dəyişir - müasir dünyada heç kim artıq yeddilərdən asılı  vəziyyətdə yaşamaq istəmir. 

Bu gün Qərb demokratiya, söz azadlığı, insan azadlığı kimi alətlərdən yararlanaraq onlara tabe olmaq istəməyən ölkələrdə milyardlarla dollar pullar xərcləyib təbliğat maşınları yaradır. Bu yolla həmin ölkələrdə insanların və ilk növbədə gənclərin beynini yuyaraq, daxili sabitliyi pozmaqla hakimiyyət dəyişikliyi etməyə cəhd göstərirlər. Bu yolla öz məqsədlərinə  çatmağa çalışırlar. Gürcüstan son nümunədir. Qonşu ölkədə xalq öz səsini istədiyi partiyaya verib, parlament seçkiləri tam demokratik və şəffaf keçirilib. Lakin Qərb bununla barışa bilmir. Gürcüstanda hakimiyyəti dəyişmək üçün xərclənmiş pulların heç bir nəticəsinin olmaması onu rahatsız edir. Bu səbəbdən də son həmlələrini edərək qonşu ölkədə xalq narazılığı müstəvisində qanuni hakimiyyətin devrilməsinə cəhd edir, onu sanksiyalarla hədələyir. Qərbin Gürcüstana tətbiq edəcəyi hansı sanksiyalar səmərə verə bilər? Gürcüstanın enerji təminatı Rusiya və Azərbaycan üzərindən hər zaman mümkündür. Yəqin, Qərb Gürcüstanda istehsal olunan “Barjomi” suyunun ixracına sanksiya tətbiq edəcək. Etsin, bu halda Gürcüstan da həmin suyu Şərqə satacaq. Yəni indiyə qədər sanksiyalarla hansı ölkədə bir nəticə hasil etmək mümkün olub ki?

Qərb bir məsələni anlamalıdır ki, xalqların seçiminə bu şəkildə kobud müdaxilə ona qarşı həmin ölkələrdə ikrah hissi yaradır. İnsanlar başını demokratiya, insan və söz azadlığı qanqalının içinə salmış Qərbin əndamını kənardan çox yaxşı görürlər".

Bir sıra ekspertlər isə hesab edir ki, Avropa İttifaqının, ABŞ-ın Gürcüstana hər il ayırdığı vəsaitlərin verilməsi dayandırılarsa bu, Gürcüstanın iqtisadiyyatına mənfi təsirlərini göstərəcək. Eyni zamanda Avropa İttifaqı ölkələrinə vizasız gediş-gəliş rejiminin aradan qaldırılması da Gürcüstan vətəndaşlarının zərərinə olacaq. 

O ki qaldı Gürcüstana sanksiyalar tətbiq olunacağı halda bunun Azərbaycana da hansısa təsirlərinin olub-olmayacağına, sanksiyaların hansı sahələri əhatə etdiyi bəlli olmadan bu barədə indidən dəqiq fikir söyləmək çətindir. Böyük ehtimalla sanksiyalar əsasən Gürcüstana edilən maliyyə yardımlarını, hazırkı hakimiyyətin təmsilçilərini hədəfə alacaq. Bu halda həmin sanksiyaların Azərbaycana təsirləri olmayacaq. 
“Yeni Müsavat”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Dekabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri