Icma.az
close
up
RU
Gürcüstan təhlükəli zolağa daxil olur: Vaşinqtonun daha sərt blokada addımları mümkündür

Gürcüstan təhlükəli zolağa daxil olur: Vaşinqtonun daha sərt blokada addımları mümkündür

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zəlimxan Məmmədli: ABŞ-nin Tbilisiyə sanksiya addımları Cənubi Qafqaz üçün arzuolunan deyil


Azərbaycan üçün Gürcüstanın sabitliyi milli və strateji maraqlara uyğundur


"Gürcü xalqına, dövlətimizə və milli maraqlarımıza qarşı yönəlmiş düşmənçilik aktı – “Megobari aktı”nın yekun nəticədə qəbulu baş tutmadı”.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan ABŞ ilə münasibətləri təmiz səhifədən başlamağa hazırdır.

“Bizim məqsədimiz ABŞ ilə münasibətləri, strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında bərpa etməkdən ibarətdir. Biz buna ümid edirik. Digər məsələlər ABŞ-nin yeni administrasiyasından asılıdır”, - Baş nazir söyləyib.

Qeyd edək ki, ötən gün ABŞ-nin Helsinki Komissiyasında Gürcüstanla bağlı keçirilən dinləmələrdə konqresmen Stiv Koen təəssüflə bildirib ki, Senat “Meqobari aktı”nı qəbul etməyib və etməyəcək. O, bunu bəzi problemlərlə əlaqələndirib.

Xatırladaq ki, Gürcüstan hakimiyyətinin əleyhinə olan “Megobari Act” (Dostluq aktı) adlı qanun layihəsi ABŞ Senatına bu ilin mayın 7-də təqdim olunub. Sənəddə Gürcüstanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar və viza məhdudiyyətlərinin tətbiqi nəzərdə tutulurdu.


"Borçalı" İctimai Birliyinin sabiq sədri, tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədli Sherg.az-a deyib ki, “Megobari Aktı” ABŞ tərəfindən Gürcüstandakı vəziyyətin təhlili və bu ölkə ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş bir sənəddir:


"Lakin sənəd müəyyən mərhələlərdə müzakirə olunsa da, Senatda qəbul edilmədi. Bu isə həmin orqanın səsvermə hüququndan irəli gələn bir məsələdir. Amma burada Gürcüstanın reaksiyası da müxtəlifdir. Müxalifət bu sənədi dəstəklədi, hökumət isə onu düşmənçilik aktı kimi qiymətləndirdi. Halbuki Gürcüstan Avropa İttifaqı (Aİ) istiqamətində yol aldığı bir mərhələdə Qərb, xüsusən də ABŞ və Aİ ilə münasibətləri zədələyəcək addımlar atdı. Bu məsələ ilə bağlı kifayət qədər müzakirələr aparılıb. Qafqaz regionunda yerləşən dövlətlərin vahid bir platforma üzərində dayanaraq dünyanın sivil qütblərinə inteqrasiya, əməkdaşlıq qurması, yeni texnologiyalar və idarəetmə sistemlərini öyrənib tətbiq etməsi olduqca önəmlidir. Bu baxımdan Türkiyənin istiqamət götürdüyü yol və can atdığı hədəflər həm də region üçün strateji əhəmiyyət daşıyır. Amma Gürcüstan bu xətti davam etdirməkdən imtina edir və nəticə etibarilə təhlükəli bir zolağa daxil olur. Rusiya xoşməramlı bir dövlət deyil. O, Gürcüstanın ərazilərinin bir hissəsini işğal edib və istənilən halda bu ölkəni cəzalandırmaq, təsir etmək imkanlarına sahibdir. Gürcü xalqı müqavimət göstərir və onları dəstəkləyən müəyyən dairələr də var.

Azərbaycanla ABŞ arasında da zaman-zaman münasibətlərdə soyuqluq müşahidə olunsa da, biz əməkdaşlığa can atmışıq. Gürcüstanda isə bu cür təşəbbüslər demək olar ki, yoxdur. ABŞ artıq Azərbaycan və Ermənistan arasındakı məsələlərin həlli ilə bağlı mühüm sənədlər qəbul edib, sülh sazişinin imzalanması istiqamətində ciddi səylər göstərir. İran və Rusiya bu prosesə qarşı çıxsalar da, ABŞ bölgədə separatizmin kökünü kəsmək niyyətini ortaya qoyub".


Müsahib əlavə edib ki, Kobaxidzenin mövqeyini ayrıca şərh etmək fikri yoxdur:

"Gürcü xalqı fəaldır, cəmiyyət daxilində ciddi mübarizə və qarşıdurma var. Bu proseslər Gürcüstanı daha da qütbləşdirib.  Təssüf ki, bunu aradan qaldıracaq təşəbbüslər ortaya qoyulmayıb. Halbuki dərin siyasi qütbləşmə istənilən an ciddi toqquşmalara gətirib çıxara bilər. Azərbaycan üçün Gürcüstanın sabit, demokratik dəyərlərə uyğun şəkildə inkişaf etməsi milli və strateji maraqlara tam uyğundur. Vaşinqtonun  sanksiyalar tətbiqi və daha sərt blokada addımları mümkündür. Bu da region, xüsusilə Qafqaz üçün arzuolunan nəticələr vəd etmir. Digər tərəfdə isə Rusiya dayanır. Onun revanş imkanlarının artması, Gürcüstanı uzun illərdir işğalda saxlayan Moskva üçün əlavə fürsətlər yarada bilər. Azərbaycan dövləti və xalqı isə Gürcüstanda yaranan böhranlı vəziyyətin sülh yolu ilə, dialoq əsasında aradan qaldırılmasını və ölkədə sabitliyin bərqərar olmasını arzulayır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Sentyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri