Gürcüstan Təhlükəsizlik Polisi dəmir yolu yüklərini və infrastrukturunu qoruyacaq
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gürcüstan Dəmir Yolunun istifadə etdiyi yüklər, dəmir yolu qurğuları və infrastrukturlarının mühafizəsi bundan sonra Gürcüstan Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Polisi İdarəsinin səlahiyyətinə veriləcək.
Moderator.az xəbər verir ki, bunu Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze açıqlayıb.
Onun sözlərinə görə, bu dəyişiklik müdafiəni daha effektiv həyata keçirmək məqsədi daşıyır:
"Ölkəmiz üçün Gürcüstan Dəmir Yolu strateji əhəmiyyətə malikdir. Buna uyğun olaraq, dəmir yolunun istifadəsində olan yük və obyektlər yüksək effektiv mühafizə tələb edir. Artıq bu funksiyanı özəl təhlükəsizlik şirkətləri deyil, Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Polisi Departamenti həyata keçirəcək".
Nazir müavini həmçinin bildirib ki, bu dəyişiklik qanuni tənzimləmə baxımından zəruridir və Təhlükəsizlik Polisinə yeni səlahiyyətin verilməsi ilə dəmir yolu obyektlərinin qorunması daha səmərəli olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 15 Dekabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















