Icma.az
close
up
RU
Gürcüstan Trampın Dərin Dövləti məğlub edəcəyinə ümid edir

Gürcüstan Trampın Dərin Dövləti məğlub edəcəyinə ümid edir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze ümid etdiyini bildirib ki, ABŞ prezidenti Donald Tramp qondarma dərin dövləti məğlub edə biləcək, bundan sonra ölkələr arasında münasibətlər yaxşılaşacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə “Kaladze gürcü jurnalistlərə bildirib.

"Dərin dövlət hələ məğlub olmayıb. Biz ölkəmizin maraqlarını müdafiə edirik. Əgər Tramp onu məğlub edə bilsə, biz bunu alqışlayacağıq. Bu bizə də təsir edəcək. Biz heç kimə imkan verməyəcəyik, nə qədər böyük ölkə olursa olsun, ölkəmizin maraqlarını tapdalayıb, məsələn, Ukrayna kimi istifadə etsin”, - deyə o qeyd edib.

Siyasətçi bir daha bəyan edib ki, Gürcüstan ABŞ-la münasibətləri yaxşılaşdırmağa hazırdır. “ABŞ-ın əvvəlki administrasiyası qara ağ deyirdi, yalan təbliğatı gedirdi. Biz istəyirik ki, bütün bunlar bitsin, münasibətlər dostluq, tərəfdaşlıq əsaslı, ikitərəfli xarakter alsın. Amerika kimi böyük bir dövlətin böyük ənənələri və mədəniyyəti olan kiçik bir dövlətə yuxarıdan aşağı baxması qəbuledilməzdir”, - deyə Kaladze qeyd edib.

2024-cü il noyabrın 30-da Dövlət Departamenti Baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük danışıqları məsələsini gündəmdən çıxarmaq və Aİ-nin bütün qrantlarından imtina etmək qərarına gəldiyini elan etməsindən sonra ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığını dayandırdığını elan edib.

Hökumət başçısının sözlərinə görə, buna səbəb üzvlük dialoqunun başlanması ilə bağlı Aİ-nin daimi şantajı, parlamentin qəbul etdiyi bir sıra qanunların ləğvi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırışlar olub. O, bildirib ki, bu qərar Gürcüstanda bu günə qədər davam edən kütləvi etirazlara səbəb olub.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 May 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri