Icma.az
close
up
RU
Putin danışıqları uzadır Trampın Ukraynadan imtina edəcəyinə ümid edir

Putin danışıqları uzadır Trampın Ukraynadan imtina edəcəyinə ümid edir

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Tribunainfo.az xəbər verir ki, The Wall Street Journal nəşrinin analitiki Emi Nayt yazır ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı danışıqları qəsdən uzadır. Onun əsas məqsədi isə ABŞ prezidenti Donald Trampın nəticədə Ukraynaya dəstəkdən imtina edəcəyinə ümid etməkdir.

Analitik xatırladır ki, Ukrayna prezidenti Volodimir Zelenskinin İstanbulda sülh danışıqları təklifinə Putin şəxsən cavab vermək əvəzinə, aşağı səviyyəli bir nümayəndə heyəti göndərib. Bu, onun həm Zelenskinin legitimliyini tanımamaq mövqeyinə, həm də zəif görünmək istəməməsinə bağlıdır.

“Putin özünü müharibə zamanı lider kimi görməkdən zövq alır və Ukraynanı ‘dost ölkə’ statusuna salana qədər bu münaqişəni davam etdirmək niyyətindədir,” – deyə Nayt qeyd edir.

Trampın mövqeyi və Rusiyanın ümidləri

Emi Nayt bildirir ki, əsas təhlükə Trampın bu vəziyyəti tam anlamaması və Putinin müharibəni dayandırmaq niyyətində olmadığını başa düşməməsidir. Putin, Trampın ABŞ-ın Ukraynaya silah və kəşfiyyat məlumatları göndərməsinə son qoyacağına ümid edir.

“Putin istəyir ki, Tramp sülh danışıqlarını tərk etsin və Ukrayna ilə bağlı məsələlərdən uzaqlaşsın. O, bu yolla Rusiyanın irəliləməsinə və yeni ərazilər işğal etməsinə şərait yaratmağa çalışır”, – deyə məqalədə vurğulanır.

30 günlük atəşkəs çağırışı

Naytın fikrincə, Tramp açıq şəkildə Putinə bəyan etməlidir ki, əgər Rusiya 30 günlük atəşkəsə razılaşmazsa və öz şərtlərindən əl çəkməzsə, ABŞ Ukraynaya hərbi dəstəyi davam etdirəcək.

İmran Kərimli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 May 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri