Gürcüstan və Türkiyənin hüquq mühafizə orqanları arasında səmərəli əməkdaşlıq məsələləri müzakirə edilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Tbilisi, 25 sentyabr, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Ali Yerlikaya sentyabrın 25-də gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşüb.
Görüşdə Gürcüstan və Türkiyənin hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq məsələləri müzakirə edilib. Müxtəlif istiqamətlərdə mövcud sıx tərəfdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
Geka Geladze qeyd edib ki, Gürcüstan tərəfi mövcud əməkdaşlıq mexanizmlərinin daha da çevik və effektiv olması üçün türk həmkarları ilə fəal şəkildə işi davam etdirməyə hazırdır.
Tərəflər, həmçinin qurumlar arasında təcrübə və qabaqcıl təcrübələrin mübadiləsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.
Görüşün sonunda Geka Geladze türkiyəli həmkarına polisin səmərəli əməkdaşlığına görə təşəkkür edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 25 Sentyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















