Gürcüstan vətəndaşı ABŞ də 1,3 milyard dollarlıq dələduzluqda ittiham olunur
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-də 33 yaşlı Gürcüstan vətəndaşı Erekle Quqava 1,3 milyard dollarlıq çirkli pulların yuyulması ilə bağlı ittiham olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
İstintaqa görə, Quqava 2025-ci ilin fevralından iyul ayına qədər Pensilvaniyada tibbi avadanlıq şirkətinə sahib olub.
Şirkət “Medicare” və digər özəl sığorta şirkətlərinə 1,3 milyard dollarlıq saxta ödəniş tələbi göndərib. Bu tələblər üzrə təxminən 6,5 milyon dollar ödənilib.
İddialara görə, Quqava həmin pulları qəbul edib və xaricdəki hesablara köçürüb.
ABŞ Ədliyyə Nazirliyi fırıldaqçılığın beynəlxalq təşkilat tərəfindən həyata keçirildiyini bildirir.
Sxemdə yaşlı və əlilliyi olan amerikalıların oğurlanmış məlumatlarından istifadə edildiyi qeyd olunur. Bəzi şəxslər onların adından tibbi avadanlıq alınması ilə bağlı saxta sənədlər hazırlandığını sonradan öyrəniblər.
Quqava 2025-ci ilin iyulunda ABŞ-ni tərk edib. Təqsiri sübuta yetirilərsə, onu 20 ilədək həbs cəzası gözləyir.
Bu mövzuda digər xəbərlər:Ağ Ev erməniləri ABŞ də milyardlarla dollarlıq dələduzluqda ittiham edir
12 Yanvar 2026 16:28
BMT dən Suriyaya 1,3 milyard dollarlıq yardım
20 Aprel 2025 16:59
Azərbaycan 1,3 milyard dollarlıq avtomobil idxal etdi
16 Sentyabr 2025 17:38
Rusiya 1,3 milyard dollarlıq brilyantı sata bilmir
02 Mart 2025 00:35
7 milyon dollarlıq fırıldaqçılıq Türk iş adamı ABŞ da dələduzluqda ittiham olunur
01 Fevral 2026 21:31
Baxış sayı:94
Bu xəbər 06 Sentyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















