Icma.az
close
up
RU
​İCTİMAİ YERLƏRDƏ SİQARET QADAĞASI... Cərimələr artırılmalıdırmı? + RƏY

​İCTİMAİ YERLƏRDƏ SİQARET QADAĞASI... Cərimələr artırılmalıdırmı? + RƏY

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qapalı məkanlarda siqaret çəkilməsinə qoyulan qadağanın pozulması ictimai sağlamlıq və vətəndaşların tüstüsüz mühitdə olmaq hüququ baxımından aktual problemlərdən biri olaraq qalır. Türkiyənin İstanbul şəhərində son illər bu istiqamətdə nəzarət tədbirlərinin gücləndirilməsi və qayda pozuntularına görə yüksək məbləğdə cərimələrin tətbiqi diqqət çəkir. Bu təcrübə Azərbaycanda da qapalı məkanlarda siqaret qadağasının icrasına nəzarətin effektivliyi və mövcud cərimələrin yetərli olub-olmaması məsələsini gündəmə gətirir. Xüsusilə restoran, kafe və digər ictimai iaşə obyektlərində qadağanın nə dərəcədə gözlənildiyi müzakirə mövzusudur.

Azərbaycanda qapalı məkanlarda siqaret çəkilməsi ilə bağlı qadağaya hansı qurumlar nəzarət edir və qayda pozuntusuna görə hansı cərimələr nəzərdə tutulur? Türkiyənin təcrübəsi nəzərə alınmaqla, Azərbaycanda bu qadağanın daha effektiv icrası üçün nəzarət və cərimə mexanizmlərində hansı dəyişikliklərə ehtiyac var?

Bu barədə “AzPolitika”ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycanda bu qadağanın tətbiqi müəyyən çətinliklərlə müşayiət olunur.

Onun sözlərinə görə, bəzi vətəndaşlar ictimai iaşə obyektlərində belə bir qadağa ilə qarşılaşdıqda bunu anlayışla qarşılamaq əvəzinə, həmin müəssisəyə getməkdən imtina edir, hətta obyekt rəhbərliyini qınayırlar: “Halbuki məsələ yalnız ayrı-ayrı şəxslərin seçimi və davranışı ilə məhdudlaşmır, cəmiyyətin digər üzvlərinin sağlamlığının qorunması baxımından da mühüm əhəmiyyət daşıyır”.

Deputat qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işləri hələ də arzu olunan səviyyədə deyil: “İlk növbədə insanlara qadağanın mahiyyəti və məqsədi düzgün izah olunmalı, hər kəs başa düşməlidir ki, müəyyən qaydalara əməl etməmək təkcə öz sağlamlığına deyil, ətrafdakı insanların da vəziyyətinə mənfi təsir göstərə bilər. Bu səbəbdən cəmiyyətdə məsələyə daha həssas və məsuliyyətli yanaşmanın formalaşdırılması vacibdir”.

Fazil Mustafanın qənaətinə görə, qadağanın tətbiqi ilə bağlı mübahisə və müzakirələr hələ bir müddət davam edə bilər: “Bununla belə, ictimai narazılıqlar qanunun icrasına mane olmamalıdır. Qanunun tətbiqində kiməsə xüsusi güzəşt edilməsi və ya ayrı-ayrı şəxslərin qaydaları pozmasına göz yumulması yolverilməzdir. Qadağanın real nəticə verməsi üçün qanunun tələbləri ardıcıl şəkildə yerinə yetirilməli, bu istiqamətdə ciddi və prinsipial addımlar atılmalıdır”.

Oğuz Ayvaz 

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Noyabr 2026 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see379

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see322

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see317

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see289

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see288

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see272

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see271

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see266

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see261

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see254

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see251

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see250

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see242

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see237

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see236

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see231

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see231

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see224

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see206

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri