Gürcüstanda 2 kiloqram radioaktiv maddənin satışının qarşısı alınıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Tbilisi, 25 oktyabr, AZƏRTAC
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti Tbilisidə Rusiya vasitəsilə Çinə 2 kq radioaktiv uran daşımağı planlaşdıran üç nəfər Çin vətəndaşını saxlayıb.
AZƏRTAC xəbər verir ki, sövdələşmənin ümumi dəyəri 400 min ABŞ dolları olub. İstintaq çərçivəsində saxlanılanların Tbilisidəki və Batumidəki kirayə evlərində axtarışlar aparılıb.
Müstəntiqlərin sözlərinə görə, ölkəyə qanunsuz olaraq gələn həmin şəxslərdən biri uran almaqda maraqlı olan mütəxəssisləri gətirib və aktiv şəkildə satıcı axtarıb. Qrupun Çindən olan digər üzvləri hərəkətləri əlaqələndiriblər.
Saxlanılanları 10 ilə qədər həbs cəzası gözləyir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:Gürcüstanda radioaktiv maddələrin qanunsuz satışının qarşısı alınıb
19 Fevral 2026 12:09
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
07 Oktyabr 2026 12:32
Yararsız ət satışının qarşısı alınıb
13 Dekabr 2024 10:37
Gürcüstanda bir sıra təhdidlərin qarşısı alınıb Kobaxidze
01 Avqust 2026 16:37
Baxış sayı:98
Bu xəbər 25 Oktyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















