Icma.az
close
up
RU
Gürcüstanda aksiyalar sona çatdı YENİLƏNİB3

Gürcüstanda aksiyalar sona çatdı YENİLƏNİB3

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xüsusi təyinatlılar Rustaveli prospektində keçirilən aksiyanı su şırnağı və gözyaşardıcı qazlarla dağıtdıqdan sonra nümayişçilər etiraz aksiyasını başa çatrıdmaq qərarına gəliblər.

Lent.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, polis xüsusi təyinatlı dəstələri yerli vaxtlar 00:35 radələrindən başlayaraq Rustaveli prospektində nümayişi dağıtmağa başlayıblar.

Az əvvəl hüquq mühafizə orqanları etiraz aksiyasının yatırılmasına nail olublar. Polisin aksiyada iştirak edən bir neçə nəfəri saxladığı bildirilir.

Xatırladaq ki, artıq doqquzuncu gündür Tbilisi və ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir.

***

02:22

Tbilisidə hüquq mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı vaxtaşırı su şırnaqlarından və gözyaşardıcı qazlardan istifadə edirlər.

Lent.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları mitinq iştirakçılarını dağılışmağa çağırıb.

Xüsusi təyinatlıların həm Rustaveli prospektində, həm də Respublika meydanında yerləşdirildiyi bildirilir.

Hazırda mitinq iştirakçıları parlament binasının qarşısındakı meydandan uzaqlaşdırılıb.

Hadisələr zamanı polisin bir neçə nəfəri saxladığı bildirilir.

***

01:08

Tbilisidə Gürcüstan Parlamentinin binası yaxınlığında, Çiçinadze və Çitadze küçələrində xüsusi təyinatlılar səfərbər olunub, xüsusi texnika yerləşdirilib.

Lent.az xəbər verir ki, bu haqda Gürcüstanın “Interpressnews” agentliyi məlumat yayıb.

Polis Azadlıq meydanında barrikada qurub və meydana xüsusi zirehli texnika, həmçinin su şırnağı texnikası yerləşdirilib.

Polis əməkdaşlarının metronun “Azadlıq meydanı” stansiyasında iki nəfəri həbs etdiyi bildirilir.

Rustaveli prospektində etiraz aksiyası davam edir.

***

21:37

Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyaları yenidən başlayıb.

APA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, parlament binasının yerləşdiyi Rustaveli prospektində avtomobillərin hərəkəti bağlanıb.

Çitadze və Çiçinadze küçələri də polis tərəfindən bağlanıb və sözügedən küçələrdə hərəkət məhdudlaşdırılıb.

Parlamentin qarşısına toplaşan mitinq iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirirlər.

Xatırladaq ki, Tbilisidə artıq doqquzuncu gündür ki, etiraz aksiyaları keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Dekabr 2024 06:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri