Icma.az
close
up
RU
Gürcüstanda aranı qatanlar kimlərdir?

Gürcüstanda aranı qatanlar kimlərdir?

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanda etiraz aksiyaları davam etməkdədir. Etirazçılar əsasən  bələdiyyə və parlament seçkilərinin nəticələrinə öz etirazlarını bildirirlər. Sonuncu dəfə oktyabrın 18-də etiraz aksiyaları keçirilib. Nəticədə, ümumilikdə  27 nəfər aksiya iştirakçısı müəyyən edilərək, onlardan 14-ü inzibati qaydada saxlanılıb, 13 nəfər barəsində isə inzibati icraat aparılır.

Mövzu ilə əlaqədar Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası İşçi Qrupunun sədri Arzu Nağıyevin sözlərinə görə, əvvəllər parlament seçkiləri ilə bağlı aksiyalar keçirirdilər ki, seçkilər düzgün keçirilməyib və qanun pozuntuları olub:

"Lakin birmənalı olaraq, sübuta yetirildi ki, bu belə deyil. Hazırda parlament öz fəaliyyətini davam etdirməkdədir. İkinci məsələ bələdiyyə seçkiləri ilə bağlıydı. 64 bölgədə bələdiyyə seçkiləri keçirilib. Bu zaman da qanun pozuntuları olduğunu iddia edib küçələrə axışdılar. Lakin Mərkəzi Seçki Komissiyası bir daha öz qərarını elan edərək bildirdi ki, "Gürcü Arzusu" partiyası 70% səs toplayaraq qalib gəlib. Bunun əleyhinə olaraq, Qərbin atdığı addımlar nəticəsində, əvvəlki prosesləri yenə də davam etdirirlər. Buna görə də Gürcüstan hökuməti bu qanunsuz etiraz aksiyalarına qarşı addımlar atır".

Komitə sədri sonda qeyd edib ki, burada əsas məsələ siyasidir:

"Avropa İttifaqı, istərsə də digər qurumların rəhbərlərinin mitinqlərdə iştirakı bunu göstərir ki, əsas məram-məqsəd siyasidir".

Gürcüstanda yaşayan azərbaycanlı fəal Elvin Tağıyev isə bildirib ki, etirazçılar Avropayönümlü fəallardan ibarətdir:

"Aksiyalarda iştirak edənlər Avropayönümlü siyasi partiyaların üzvləridir. Təbii ki, hər kəs hər hansı bir partiyanın dəstəkçisi olmaya bilər. Ancaq buna baxmayaraq, indiki “41” hökumətini("Gürcü Arzusu" Partiyası-red) dəstəkləmədikləri üçün etiraz edirlər.  2020-ci ildə etirazçılar  parlament seçkilərinin nəticələrini leqal saymadılar. 300 gündən artıq etirazlarını davam etdirirlər ki, yenidən növbədənkənar parlament seçkiləri keçirilsin. Demokratik bir seçkinini keçirilməsi tələbi ilə çıxış edirlər. Ölkədəki iqtsiadi, siyasi böhranın qarşısının alınması üçün hazırki rejimin dəyişməsini tələb edilir".

E.Tağıyev söyləyib ki, etirazçılar arasında azərbaycanlı gənclər də var: "Bu, kütləvi hal almasa da, proseslərlə fəal maraqlanan gənclərimiz də olur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri