Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Gürcüstanda azərbaycanlı hərbçinin həyatından bəhs edən film nümayiş etdirilib

Gürcüstanda azərbaycanlı hərbçinin həyatından bəhs edən film nümayiş etdirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Tbilisi, 11 oktyabr, AZƏRTAC

Tbilisidə əslən Gürcüstandan olan görkəmli azərbaycanlı hərbçi Vəli bəy Yadigarovun həyat və fəaliyyətinə həsr olunmuş “Polkovnik” sənədli filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Salnamə” sənədli filmlər studiyasının birgə təşkilatçılığı, SOCAR-ın Gürcüstan nümayəndəliyinin və Azərbaycan diasporunun dəstəyi, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin iştirakı ilə baş tutub.

Təqdimat mərasimi Azərbaycanın ictimai-siyasi və dövlət xadimi Həsən Həsənovun 85 illik yubileyi çərçivəsində təşkil olunub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, “Polkovnik” filmi təkcə bir qəhrəmanın həyatına deyil, həm də Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən tarixi və mənəvi bağlara işıq salır. Onun sözlərinə görə, bu ekran əsərini Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən sənət əsəri də adlandırmaq olar. Burada doğulub yaşayan soydaşlarımızın qəlbləri hər zaman Azərbaycanla döyünüb. Onların mənəvi bağları, vətənə olan sevgiləri daim güclü olub.

Səfir qeyd edib ki, yubiley tədbiri xalqlar arasında mədəni və mənəvi körpü rolunu oynayır.

“Filmin təqdimatının Tbilisidə təşkil edilməsi həm Azərbaycan-Gürcüstan dostluğunun daha da möhkəmlənməsinə xidmət edir, həm də Həsən Həsənovun yubileyi münasibətilə Gürcüstan tərəfinin ona göstərdiyi diqqət və qayğını nümayiş etdirir”, - deyə diplomat vurğulayıb.

Qeyd olunub ki Vəli bəy Yadigarovun həyatı və fəaliyyəti təkcə Azərbaycan üçün deyil, bütövlükdə Qafqaz regionunun hərb və dövlətçilik tarixinin parlaq səhifəsidir. Bu kimi filmlər xalqlarımız arasında dostluğun və qarşılıqlı hörmətin təcəssümüdür.”

Daha sonra filmin ideya müəllifi, Azərbaycanın ictimai-siyasi və dövlət xadimi Həsən Həsənov çıxış edərək bildirib ki, “Polkovnik”in ərsəyə gəlməsi Azərbaycan tarixində iz qoymuş şəxsiyyətlərin xatirəsini yaşatmaq, gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq məqsədi daşıyır.

“Bu film təkcə bir insanın həyat yoluna nəzər salmaq deyil, həm də müstəqil Azərbaycan dövlətçiliyinin inkişaf tarixinin mühüm bir mərhələsini xatırlamaq üçün əlamətdar hadisədir. Vəli bəy Yadigarovun həyat yolu Azərbaycan xalqının mübarizə, yenilənmə və yüksəliş tarixinin bir parçasıdır”, -deyə H.Həsənov vurğulayıb.

Filmin rejissoru Tahir Əliyev, ideya müəllifi ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri isə Nazim Hüseynovdur.

Çəkilişlər Azərbaycan, Gürcüstan və Polşada aparılıb. Film həm Vəli bəy Yadigarovun qəhrəmanlığını, həm də Azərbaycan hərb tarixində və Qafqaz regionunun hərbi-siyasi proseslərində onun oynadığı rolu tamaşaçılara təqdim edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri