Serbiyada tələbə hərəkatı seçkilərdə qalib gəldi Vuçiç məğlubiyyəti etiraf etdi
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Serbiya Prezidenti Aleksandar Vuçiç bazar günü keçirilən tarixi seçkilərdə tələbələrin rəhbərlik etdiyi hərəkatın (Tələbələrin siyahısı) qalib gəldiyini etiraf edib.
Yeniavaz.com xəbər verir ki, bununla da onun 12 illik hakimiyyətinə son qoyulub və Balkan ölkəsində yeni siyasi dövr başlayıb.
Qeyd edək ki, növbədənkənar seçkilər tələbələrin rəhbərlik etdiyi, təxminən iki il davam edən etiraz aksiyalarından sonra təyin olunub.
Etiraz hərəkatına 2024-cü ildə Novi-Sad şəhərində baş verən faciə təkan verib. Həmin vaxt dəmir yolu vağzalının dam örtüyünün uçması nəticəsində 16 nəfər həlak olub.
Etirazçılar ehtimal olunan korrupsiyaya və ölkədə avtoritar meyillərin güclənməsinə qarşı çıxıblar.
“Tələbələrin siyahısı” iki il davam edən kütləvi etirazlar zamanı nümayişçilər arasında aparılan müzakirələr nəticəsində yaradılıb. Etiraz hərəkatının liderləri özləri namizədlər siyahısına daxil olmayıblar. Namizədlər arasında alimlər, həkimlər, mədəniyyət xadimləri və vətəndaş cəmiyyəti təşkilatlarının fəalları var. Siyahıya kardioloq İliya Srdanoviç rəhbərlik edir.
Ölkə mətbuatı yazır ki, seçkilərdə seçici fəallığı təxminən 70 faiz təşkil edib. Bu, 1992-ci ildə Yuqoslaviyanın dağılmasından sonra qeydə alınan ən yüksək göstəricidir.
“Görünən odur ki, bu seçkiləri uduzmuşuq. “Tələbələrin siyahısı” qalib gəlib. Onların 135-140 deputat mandatı olacaq, bizim isə 105 mandatımız olacaq. Parlamentə başqa heç kim düşməyib”, – deyə Vuçiç ilkin nəticələr əsasında hazırlanmış proqnozları şərh edərkən bildirib.
Qeyd edək ki, Vuçiç Serbiya Tərəqqi Partiyasının (SNS) lideridir. O, növbədənkənar parlament seçkilərində partiyasına rəhbərlik edərək namizəd olmaq üçün sentyabrın 27-də prezident vəzifəsindən istefa verib. Qələbə qazanacağı təqdirdə Serbiyanın baş naziri olacaqdı. Ölkədə prezidentin rolu əsasən formal xarakter daşıyır, siyasi qərarların əksəriyyətini isə baş nazir qəbul edir.
CESID və IPSPS ictimai rəy araşdırma təşkilatlarının apardıqları hesablamalara görə, “Tələbələrin siyahısı” parlamentdə 138 mandat qazanacaq. Vuçiçin rəhbərlik etdiyi SNS isə 250 yerlik parlamentdə 104 mandat əldə edib. Qalan mandatlar etnik azlıqları təmsil edən partiyalar arasında bölüşdürüləcək.
Bu mövzuda digər xəbərlər:Vuçiç məğlub oldu Serbiyada tələbələr qalib gəldi
26 Oktyabr 2026 05:30
Serbiyada 14 illik hakimiyyət dəyişir Vuçiç seçkilərdə məğlubiyyətini etiraf edib
26 Oktyabr 2026 09:12
Vuçiç Serbiyada seçkilərin vaxtını açıqladı
23 İyul 2026 17:59
Oktyabrda Serbiyada seçki keçiriləcək Vuçiç
21 Avqust 2026 04:33
Vuçiç uduzdu, Serbiyada həbslər başladı
01 Noyabr 2026 16:06
Baxış sayı:159
Bu xəbər 26 Oktyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















