Husilər Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum ediblər
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Yəməndə fəaliyyət göstərən husi üsyançıları Səudiyyə Ərəbistanının neft infrastrukturuna pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini iddia edirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Husilərin hərbi sözçüsü Yəhya Sariya bildirib ki, ölkənin şərq və qərb istiqamətlərində xam neftin nəqli üçün istifadə olunan nasos stansiyaları dronlarla hədəfə alınıb. Onun sözlərinə görə, zərbələr dəqiq olub.
Husilər, həmçinin Yəmənin Ədən və Lahc əyalətlərində Ərəbistan koalisiyasının hərbi hədəflərinə ballistik raketlərlə zərbələr endirdiklərini açıqlayıblar.
Qeyd edək ki, Yəməndə husi üsyançıları ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı münaqişə 2014-cü ildən davam edir.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 26 Oktyabr 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















