Icma.az
close
up
RU
Gürcüstanda baş verənlərə görə Qərb dövlətləri məsuliyyət daşıyırlar

Gürcüstanda baş verənlərə görə Qərb dövlətləri məsuliyyət daşıyırlar

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xarici qüvvələrin Gürcüstanın işlərinə kobud müdaxilələrindən qorunmaq lazımdır. Çünki biz dəfələrlə gördük ki, xaricdən gələn siyasətçilər və diplomatlar bütün beynəlxalq münasibətləri, diplomatik qaydaları pozaraq birbaşa müxalifətin tərəfini tuturlar. Onlar Gürcüstanda hakimiyyətin qeyri-demokratik yolla dəyişdirilməsi uğrunda mübarizə aparırlar. Çünki onlara məhz diktələri ilə işləyəcək qüvvələr lazımdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri müsahibəsində gürcü ekspert, “Vahid neytral Gürcüstan” ictimai hərəkatının nümayəndəsi Vado Şakarişvili söyləyib.

Onun sözlərinə görə, Avropa İttifaqının səfiri Pavel Herçinski və digər diplomatlar Gürcüstanda açıq şəkildə yalan danışır, cəmiyyəti aldadırlar və baş verənlərə mənfi təsir göstərirlər. Artıq iki gündür Tbilisi küçələrində gördüyümüz hadisələrdə onlar məsuliyyət daşıyırlar. Onların əlləri gürcü xalqının qanına bulaşıb və mütləq gürcü xalqı qarşısında cavab verəcəklər.

Gürcüstan daxilində bu cür diplomatlara dəstək verən qüvvələrdən danışan politoloq deyib: “Salome Zurabişvili artıq uzun müddətdir ki, ölkədə fəaliyyət göstərən agentura şəbəkəsinin başında dayanır. O, antidövlətçi bir şəxsdir. O, Gürcüstanda qarışıqlıq yaratmağa və qeyri-seçki, qeyri-demokratik yollarla hakimiyyətin dəyişdirilməsinə yardım edir. Bu şəxs xarici ölkələrin və xarici qüvvələrin maraqlarına xidmət edir, onların məqsədi isə Gürcüstanda müharibə, qarışıqlıq yaratmaq və ölkəmizi onların maraqlarına qurban verməkdir.

Bu şəxs vəzifəyə seçildiyi ilk gündən antidövlətçi bəyanatları ilə fərqlənirdi. O, dəfələrlə bizə problemlər yaradıb. O, tamamilə qeyri-adekvat bəyanatlar verərək dost ölkələrlə müəyyən anlaşılmazlıqların yaranmasına səbəb olub. Bu şəxs öz antidövlətçi hərəkətləri ilə seçilir. Onun prezidentlikdə çox az vaxtı qalıb. Buna baxmayaraq o, prezidentliyinin son günlərində belə çalışır ki, ölkəmizə ağır miras qoysun, ölkəni qarışıqlığa və qeyri-sabitliyə sürükləsin və bununla öz sahiblərini razı salsın, onlara olan borcunu ödəsin”.

Politoloq deyir ki, Avropadan və ABŞ-dan asılı olan siyasi qruplar və qüvvələr öz sonlarına yaxınlaşıblar: “Qlobal müharibə partiyasının qalıqları çalışırlar ki, Gürcüstanda öz quyruqlarını son dəfə yelləsinlər. Bu, Gürcüstana qarşı ilk haqsız münasibət deyil. Rusiya-Ukrayna müharibəsi başlayandan bu münasibətlər birtərəfli və qeyri-sağlam forma aldı. Onlar hər cür çalışırlar ki, Gürcüstan sülh və sabitlik yolunda irəliləyə bilməsin. Onlar regionda qarışıqlıq yaratmağa və Gürcüstanda qarışıqlıq toxumu səpməyə cəhd edirlər. Hazırda biz bu proseslərin şahidiyik. Birləşmiş Ştatlarda administrasiya dəyişir, ciddi dəyişikliklər gedir, Avropada, o cümlədən Avropa İttifaqının daxilində də ciddi proseslər baş verir. Bu qüvvələr son çırpıntılarını edir, son resurslarını xərcləyirlər ki, Gürcüstanda qeyri-demokratik yollarla, inqilab vasitəsilə, meydanizasiyanı tətbiq edərək hakimiyyət dəyişikliyi etsinlər və Gürcüstanı öz maraqları üçün istifadə etsinlər”.

Gürcüstanın öz milli maraqları olduğunu diqqətə çatdıran Vado Şakarişvili əlavə edib: “İlk növbədə, bu, çox mürəkkəb və turbulent dünya reallığında sülhün və sabitliyin qorunmasıdır. İqtisadiyyatın davamlı və sabit inkişafını təmin etmək lazımdır ki, bu yolla əsas məqsədimizə çataq. Bu məqsəd Gürcüstanın ərazi bütövlüyünün bərpasıdır. Bu isə o qüvvələrin maraqlarına uyğun deyil. Onlar agentura şəbəkəsinin arxasında dayanaraq ölkədə qarışıqlıq və destabilizasiya yolu ilə hakimiyyətə qayıtmağa çalışırlar. Milli maraq məhz Gürcüstanda ərazi bütövlüyünün bərpası, uzunmüddətli sülhün təmin olunması və iqtisadi rifahın əldə edilməsidir, hansısa ittifaqa qoşulmaq deyil. Hər hansı ittifaqa qoşulmaq bir dinin, bir doktrinanın səviyyəsinə qaldırıla bilməz. İstənilən ittifaqa qoşulma bizim üçün bir vasitədir, milli məqsəd və ya özlüyündə bir hədəf deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Dekabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri