Icma.az
close
up
RU
Vato Şakarişvili: Gürcüstanda baş verənlərə görə Qərb dövlətləri məsuliyyət daşıyır AZƏRTAC

Vato Şakarişvili: Gürcüstanda baş verənlərə görə Qərb dövlətləri məsuliyyət daşıyır AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 3 dekabr, AZƏRTAC

Xarici qüvvələrin Gürcüstanın işlərinə kobud müdaxilələrindən qorunmaq lazımdır. Çünki biz dəfələrlə gördük ki, xaricdən gələn siyasətçilər və diplomatlar bütün beynəlxalq münasibətləri, diplomatik qaydaları pozaraq birbaşa müxalifətin tərəfini tuturlar. Onlar Gürcüstanda hakimiyyətin qeyri-demokratik yolla dəyişdirilməsi uğrunda mübarizə aparırlar. Çünki onlara məhz diktələri ilə işləyəcək qüvvələr lazımdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü ekspert, “Vahid neytral Gürcüstan” ictimai hərəkatının nümayəndəsi Vato Şakarişvili söyləyib.

Onun sözlərinə görə, Avropa İttifaqının səfiri Pavel Herçinski və digər diplomatlar Gürcüstanda açıq şəkildə yalan danışır, cəmiyyəti aldadırlar və baş verənlərə mənfi təsir göstərirlər. Artıq iki gündür Tbilisi küçələrində gördüyümüz hadisələrdə onlar məsuliyyət daşıyırlar. Onların əlləri gürcü xalqının qanına bulaşıb və mütləq gürcü xalqı qarşısında cavab verəcəklər.

Gürcüstan daxilində bu cür diplomatlara dəstək verən qüvvələrdən danışan politoloq deyib: “Salome Zurabişvili artıq uzun müddətdir ki, ölkədə fəaliyyət göstərən agentura şəbəkəsinin başında dayanır. O, antidövlətçi bir şəxsdir. O, Gürcüstanda qarışıqlıq yaratmağa və qeyri-seçki, qeyri-demokratik yollarla hakimiyyətin dəyişdirilməsinə yardım edir. Bu şəxs xarici ölkələrin və xarici qüvvələrin maraqlarına xidmət edir, onların məqsədi isə Gürcüstanda müharibə, qarışıqlıq yaratmaq və ölkəmizi onların maraqlarına qurban verməkdir.

Bu şəxs vəzifəyə seçildiyi ilk gündən antidövlətçi bəyanatları ilə fərqlənirdi. O, dəfələrlə bizə problemlər yaradıb. O, tamamilə qeyri-adekvat bəyanatlar verərək dost ölkələrlə müəyyən anlaşılmazlıqların yaranmasına səbəb olub. Bu şəxs öz antidövlətçi hərəkətləri ilə seçilir. Onun prezidentlikdə çox az vaxtı qalıb. Buna baxmayaraq o, prezidentliyinin son günlərində belə çalışır ki, ölkəmizə ağır miras qoysun, ölkəni qarışıqlığa və qeyri-sabitliyə sürükləsin və bununla öz sahiblərini razı salsın, onlara olan borcunu ödəsin”.

Politoloq deyir ki, Avropadan və ABŞ-dan asılı olan siyasi qruplar və qüvvələr öz sonlarına yaxınlaşıblar: “Qlobal müharibə partiyasının qalıqları çalışırlar ki, Gürcüstanda öz quyruqlarını son dəfə yelləsinlər. Bu, Gürcüstana qarşı ilk haqsız münasibət deyil. Rusiya-Ukrayna müharibəsi başlayandan bu münasibətlər birtərəfli və qeyri-sağlam forma aldı. Onlar hər cür çalışırlar ki, Gürcüstan sülh və sabitlik yolunda irəliləyə bilməsin. Onlar regionda qarışıqlıq yaratmağa və Gürcüstanda qarışıqlıq toxumu səpməyə cəhd edirlər. Hazırda biz bu proseslərin şahidiyik. Birləşmiş Ştatlarda administrasiya dəyişir, ciddi dəyişikliklər gedir, Avropada, o cümlədən Avropa İttifaqının daxilində də ciddi proseslər baş verir. Bu qüvvələr son çırpıntılarını edir, son resurslarını xərcləyirlər ki, Gürcüstanda qeyri-demokratik yollarla, inqilab vasitəsilə, meydanizasiyanı tətbiq edərək hakimiyyət dəyişikliyi etsinlər və Gürcüstanı öz maraqları üçün istifadə etsinlər”.

Gürcüstanın öz milli maraqları olduğunu diqqətə çatdıran Vato Şakarişvili əlavə edib: “İlk növbədə, bu, çox mürəkkəb və turbulent dünya reallığında sülhün və sabitliyin qorunmasıdır. İqtisadiyyatın davamlı və sabit inkişafını təmin etmək lazımdır ki, bu yolla əsas məqsədimizə çataq. Bu məqsəd Gürcüstanın ərazi bütövlüyünün bərpasıdır. Bu isə o qüvvələrin maraqlarına uyğun deyil. Onlar agentura şəbəkəsinin arxasında dayanaraq ölkədə qarışıqlıq və destabilizasiya yolu ilə hakimiyyətə qayıtmağa çalışırlar. Milli maraq məhz Gürcüstanda ərazi bütövlüyünün bərpası, uzunmüddətli sülhün təmin olunması və iqtisadi rifahın əldə edilməsidir, hansısa ittifaqa qoşulmaq deyil. Hər hansı ittifaqa qoşulmaq bir dinin, bir doktrinanın səviyyəsinə qaldırıla bilməz. İstənilən ittifaqa qoşulma bizim üçün bir vasitədir, milli məqsəd və ya özlüyündə bir hədəf deyil”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri