Icma.az
close
up
RU
Gürcüstanda cəhd etdilər, Azərbaycanda necədir? 15 il əvvəl...

Gürcüstanda cəhd etdilər, Azərbaycanda necədir? 15 il əvvəl...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hüquqi dövlət quruculuğu yalnız qanunların qəbul edilməsi və hüquq sisteminin möhkəmləndirilməsi ilə məhdudlaşmır. Bu proses həm də vətəndaş cəmiyyətinin fəal iştirakı ilə tamamlanmalıdır. Vətəndaş cəmiyyəti hüquqi dövlətin əsas dayaqlarından biridir, çünki o, fərdi hüquqların müdafiəsi, sosial ədalətin təmin olunması və demokratik prinsiplərin həyata keçirilməsində mühüm rol oynayır.

Hüquqi dövlət anlayışı yalnız qanunların mövcudluğu deyil, eyni zamanda onların insanların gündəlik həyatında ədalətli və bərabər şəkildə tətbiq olunması deməkdir. Vətəndaş cəmiyyəti bu mənada dövlətlə vətəndaşlar arasında körpü rolunu oynayır, ictimai nəzarətin təmin olunmasına, qanunların təkmilləşdirilməsinə və onların real tələblərə uyğunlaşdırılmasına yardım edir.

Bu sahədə vətəndaş cəmiyyətinin rolu təkcə hüquqların müdafiəsindən ibarət deyil, həm də sosial ədalətin bərqərar olunmasına yönəlib. O, müxtəlif sosial qrupların maraqlarını ifadə edir, onların hüquqlarının pozulmasının qarşısını alır və dövlətin fəaliyyəti ilə bağlı ictimai rəyi formalaşdırır. Beləliklə, vətəndaş cəmiyyəti hüquqi dövlətin davamlı inkişafı üçün vacib faktor sayılır, çünki demokratik prinsiplərin qorunması və qanunvericiliyin təkmilləşdirilməsi məhz onun fəallığı və iştirakçılığı ilə mümkün olur. Vətəndaş cəmiyyətinin bu rolu olmadan hüquqi dövlətin formalaşması və inkişafı tam şəkildə təmin edilə bilməz. Buna görə də, vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun ayrılmaz hissəsi kimi qəbul edilməlidir.

Müasir demokratik cəmiyyətlərin əsas dayaqlarından biri hüquqi dövlət və vətəndaş cəmiyyəti anlayışlarıdır. Bu iki konsepsiya qarşılıqlı əlaqədə olaraq bir-birini dəstəkləyir və inkişaf etdirir. Güclü hüquqi dövlətin qurulması üçün fəal vətəndaş cəmiyyətinin mövcudluğu zəruridir, eyni zamanda bu cəmiyyətlərin səmərəli fəaliyyət göstərməsi üçün şəffaf və qanunlara əsaslanan dövlət idarəçiliyi vacibdir.

Hüquqi dövlətin qurulmasında və inkişafında vətəndaş cəmiyyətinin rolu nədən ibarətdir? Onun sosial ədalətin təmin olunmasına və qanunvericiliyin təkmilləşdirilməsinə göstərdiyi təsiri necə izah etmək olar?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq Azərbaycan Respublikası Konstitusiyasının preambulasında ifadə olunmuş 6 ali niyyətdən biridir:

“Azərbaycan Respublikası dövlətçilik ənənələrinə sadiq qalaraq Konstitusiya quruluşunda demokratik quruluşa təminat verilməsi və xalqın iradə ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi-dünyəvi dövlət quruculuğunda vətəndaş cəmiyyəti institutlarının rolunu kifayət qədər aydın formada dərk edir və bu institutların inkişafına özünün milli hədəfləri çərçivəsində yanaşır. Lakin, sirr deyil ki, bir sıra hallarda vətəndaş cəmiyyəti institutları ayrı-ayrı güclər, xüsusən Azərbaycan kimi müstəqilliyini yaxın dövrlərdə bərqərar etmiş dövlətlər üzərində demokratiya və insan haqları pərdəsi altında nəzarət mühiti formalaşdırmaq istəyən imperialist dairələr tərəfindən alət kimi istifadə edilir”.

Həmçinin oxuyun:

Bakı Avrasiya Universitetində bu kitabın təqdimatı keçirildi – FOTOLAR


Bəhruz Məhərrəmov

Deputatın sözlərinə görə, yaxın dövr ərzində qonşu Gürcüstanda qeyri-hökumət təşkilatlarından istifadə edərək hökumət və parlament üzərində dövlətin suveren iradəsinin həyata keçirilməsi qarşısında ciddi əngəllər yaradılması cəhdlərinə şahidlik etdik:

“Lakin bilirsiniz ki, Azərbaycan Respublikası bu təhdidi qabaqcadan kifayət qədər korrekt şəkildə qiymətləndirərək hələ 2010-cu illərdə vətəndaş cəmiyyəti institutlarının şəffaf fəaliyyətinin təmin edilməsi istiqamətində istər normativ, istərsə də praktik addımların atılmasına və bu sahədə fəaliyyətin şəffaf və milli maraqlara uyğun şəkildə davam etməsinə nail oldu. Bu gün 44 günlük müharibə və antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının qələbəsi ilə yaranan yeni geosiyasi reallıq fonunda vətəndaş cəmiyyəti institutları yeni konfiqurasiyanın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış etməkdə, dövlətçilik fəaliyyətinin, demək olar ki, bütün sahələrində milli maraqları əminliklə qorumaqdadır. Bu mənada, qətiyyətlə deyə bilərik ki, Azərbaycan Respublikası 1995-ci ildə Konstitusiyasında ifadə etdiyi vətəndaş cəmiyyətinin bərqərar edilməsinə dair ali niyyətini çox uğurla növbəti mərhələyə daşıya bilib”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 İyul 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri