Icma.az
close
up
RU
Gürcüstanda qatar gecikirsə, sərnişinə pul ödənilir Azərbaycanda necədir?

Gürcüstanda qatar gecikirsə, sərnişinə pul ödənilir Azərbaycanda necədir?

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Gürcüstanda qatarların gecikməsinə görə sərnişinlərə kompensasiya ödənilir.

BAKU.WS-in məlumatına görə, bu yanaşma Azərbaycanda da sərnişin hüquqlarının qorunması məsələsini aktuallaşdırır.

Belə ki, qonşu ölkədə qatar dəmir yolu müəssisəsinin təqsiri üzündən gecikərsə və sərnişin təyinat məntəqəsinə 60 dəqiqə və ya daha çox gecikmə ilə çatarsa, müəyyən hallarda kompensasiya tələb etmək hüququ əldə edir.

Bu qayda sərnişinlərin vaxt itkisini yalnız texniki problem kimi deyil, göstərilən xidmətin keyfiyyəti və daşıyıcının məsuliyyəti çərçivəsində qiymətləndirir. Azərbaycanda da dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin sayının və dəmir yolu ilə səyahət imkanlarının artdığı bir vaxtda gecikmələr zamanı sərnişinlərin hüquqlarının necə qorunması məsələsi gündəmə gəlir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Gürcüstanda tətbiq olunan yanaşmanın mahiyyətinə diqqət çəkərək, dəmir yolu xidmətlərində sərnişin hüquqlarının qorunmasının vacibliyini vurğulayıb:

"Gürcüstan dəmir yollarında sərnişin hüquqlarının qorunması istiqamətində diqqətçəkən yeni yanaşma tətbiq olunur. Yeni qaydalara əsasən, qatar dəmir yolu müəssisəsinin təqsiri üzündən gecikərsə və sərnişin təyinat məntəqəsinə 60 dəqiqə və ya daha çox gecikmə ilə çatarsa, kompensasiya tələb etmək hüququ əldə edəcək.

60-120 dəqiqə gecikmə - bilet qiymətinin 25%-i;

120 dəqiqə və daha çox gecikmə - bilet qiymətinin 50%-i.

Bununla yanaşı, sərnişinə gecikmə barədə məlumat verilməsi, səfərin alternativ marşrutla davam etdirilməsi və ya bilet vəsaitinin geri qaytarılması kimi seçimlər də təqdim olunmalıdır. Bu yanaşma vacib bir prinsipi önə çıxarır: dəmir yolunda gecikmə yalnız texniki məsələ deyil, həm də xidmət keyfiyyəti və sərnişin hüquqları məsələsidir.

Qatarın gecikməsi zamanı sərnişinə sadəcə məlumat vermək deyil, həm də alternativ seçim, kompensasiya və xidmət standartlarının təmin edilməsi müasir dəmir yolu xidmətinin əsas elementlərindən biri olmalıdır. Dəmir yolu nəqliyyatının rəqabət qabiliyyəti yalnız qatarların sürəti və yeni vaqonlarla deyil, həm də sərnişinə qarşı məsuliyyətli münasibətlə ölçülür.

Sərnişin bilet alarkən yalnız bir yerdən digər yerə getmək üçün deyil, həm də müəyyən keyfiyyət və vaxt standartlarına uyğun xidmət almaq üçün ödəniş edir".

Maraqlıdır ki, oxşar praktika Azərbaycanda da tətbir oluna bilərmi? Bu istiqamətdə hansısa işlərin görülməsi nəzərdə tutulubmu?

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Gürcüstan Dəmir Yolu yalnız ölkədaxili istiqamətlər üzrə reyslər ləğv edildikdə kompensasiya ödəyir və bu qayda beynəlxalq daşımalara tətbiq olunmur:

"Rayonlararası (şəhərlərarası) istiqamətdə hərəkət edən qatar ADY-nin təqsirindən (nasazlıq və ya digər səbəblərdən) gecikmə ilə çatdıqda, bu zaman bilet üçün ödənilmiş məbləğ sərnişinin müraciəti əsasında aşağıdakı qaydada həyata keçirilir:

- gecikmə 1 saatdan 2 saatadək olduqda, biletin dəyərinin 25%-i;

- 2-4 saat olduqda 50%-i;

- 4 saatdan çox olduqda 100%-i tam olaraq sərnişinə qaytarılır.

Son vaxtlar ADY tərəfindən sərnişinlərə ödənilmiş kompensasiyalara gəldikdə isə Bakı-Balakən-Bakı marşrutu üzrə təbii fəalkət nəticəsində ləğv olunan reysləri misal göstərmək olar. Belə ki, Qax, Zaqatala və Balakən rayonlarında ötən ay baş vermiş təbii fəlakət nəticəsində Qax-Balakən dəmiryol sahəsində infrastruktura ciddi ziyan dəyib. Bu səbəbdən, avqustun 1-dən Bakı-Balakən-Bakı marşrutu üzrə reyslər müvəqqəti dayandırılıb. Həmin marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə ödənilmiş vəsaitin tam həcmdə - kəsintisiz geri qaytarılması ilə bağlı müvafiq qərar qəbul edilib.

Beynəlxalq istiqamətdə hərəkət edən qatar ADY-nin təqsirindən (nasazlıq və ya digər səbəblərdən) gecikmə ilə çatdıqda gediş sənədlərinin qaytarılması "Beynəlxalq sərnişin daşımaları haqqında" Sazişə uyğun həyata keçirilir.

Daşıma müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya müqaviləyə xitam verilməsi daşıyıcının təqsiri üzündən baş verdikdə, sərnişinə vəziyyətdən asılı olaraq aşağıdakı məbləğlər geri qaytarılır:

Səfərdən imtina etdikdə - biletin, plaskartanın, komissiya və digər rüsumların tam dəyəri;

Səfəri yolun hər hansı aralıq stansiyasında dayandırdıqda - qət edilməmiş məsafəyə düşən bilet və plaskartanın dəyəri;

Daha aşağı kateqoriyalı vaqonda səyahət etdikdə - ödənilmiş və faktiki təqdim edilmiş xidmət sinfi arasındakı qiymət fərqi;

Baqaj və yük baqajı üzrə - qət edilməmiş məsafəyə görə ödənilmiş daşınma haqqı".

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Avqust 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri