Icma.az
close
up
RU
Gürcüstanda COP20la bağlı maarifləndirici aksiyalar davam edir AZƏRTAC

Gürcüstanda COP20la bağlı maarifləndirici aksiyalar davam edir AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 23 noyabr, AZƏRTAC

Rustavi şəhərində fəaliyyət göstərən Təhsil və Mədəniyyət Mərkəzində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına həsr olunmuş “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda məlumatlandırıcı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, məktəblilərin, tələbələrin və gənclərin iştirak etdiyi tədbirdə mərkəzin direktoru Raidə Dərziyeva iqlim dəyişmələri, qlobal istiləşmə, təhlükəsiz enerji mənbələri və s. məsələlər barədə ətraflı məlumat verib. Direktor Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizə sahəsindəki səylərini və COP29-un ölkəyə gətirdiyi iqtisadi, sosial və ekoloji faydaları qeyd edib.

Bildirilib ki, bu konfrans Azərbaycanın qlobal iqlim gündəliyindəki mövqeyini gücləndirib və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün yeni imkanlar yaradıb.

O, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, iqlim dəyişmələrinə uyğunlaşma və yumşaldılma sahəsində həyata keçirilən tədbirlər, Azərbaycanın işğaldan azad edilmiş ərazilər də daxil olmaqla bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində atılan addımlar, o cümlədən bu sahədə milli və regional səviyyədə əməkdaşlıqdan bəhs edib.

Tədbirdə şagirdlərlə enerjiyə və içməli suya qənaət etmək, həmçinin ətraf mühiti qorumaq üçün hansı şərtlərə riayət etmək barədə də ətraflı məlumat verilib. Şagirdlərin sualları cavablandırılıb.

Sonda iştirakçılara Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin layihəsi çərçivəsində Gürcüstanda Azərbaycan və gürcü dillərində çap olunmuş məlumatlandırıcı bukletlər paylanılıb.

Şagirdlər məlumatlandırıcı kitabçaları şəhər sakinlərinə və şəhər ətrafında azərbaycanlıların kompakt yaşadığı ərazilərdə yerləşən kənd məktəblərinə paylayıblar.

Daha bir məlumatlandırıcı aksiya Marneuli şəhərində fəaliyyət “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin (GAİM) tələbələri və gəncləri tərəfindən keçirilib. COP29 konfransı ilə bağlı Azərbaycan və gürcü dillərində çap olunmuş bukletlər GAİM tərəfindən Marneuli şəhərinin sakinlərinə, məktəb şagirdlərinə və gürcü ictimaiyyətinə paylanılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri