Icma.az
close
up
RU
Gürcüstanda geopolitik partlayış təhlükəsi: Qərbə arxa çevirən Gürcü arzusu Kremlin qaranlıq tunel inə tuş gəlib

Gürcüstanda geopolitik partlayış təhlükəsi: Qərbə arxa çevirən Gürcü arzusu Kremlin qaranlıq tunel inə tuş gəlib

Olke.az saytına istinadən Icma.az xəbər verir.

İndi Gürcüstan cəmiyyəti Qərbə inteqrasiya, yoxsa Rusiyanin orbitinə qayıdış barədə prinsipial qərar verməyə məcburdur... Gürcüstan müxalifətinin "Gürcü arzusu" Partiyasını hakimiyyətdən devirmək niyyəti daha təhlükəli mərhələnin hələ irəlidə olduğunu göstərir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Gürcüstanda ölkədaxili siyasi situasiya yenidən gərginləşməyə başlayıb. Belə ki, bu qonşu ölkədə siyasi böhran dərinləşməkdə davam edir. Gürcüstanda keçiriləcək növbəti seçkilər hakimiyyət və müxalifət arasında qarşıdurmanı yenidən toqquşma həddinə çatdırıb. Və müşahidələr onu göstərir ki, Gürcüstan hazırda faktiki olaraq, Rusiya-Qərb qarşıdurmasının girovuna çevrilmiş durumdadır.

Onu da qeyd etmək lazımdır ki, Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər fonunda Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən qəbul edilən qətnamə ciddi siyasi diskussiyaya səbəb olub. Baş nazir İrakli Kobaxidzenin bu sənədi “gürcü xalqına qarşı ədalətsiz hücum” adlandırması Gürcüstan hakimiyyətinin Qərblə münasibətlərdə sərtləşən ritorikasını bir daha gündəmə gətirib. Paytaxt Tiflisdə keçirilən kütləvi etiraz aksiyaları və Daxili İşlər Nazirliyinin sərt bəyanatı isə onu göstərir ki, seçkilər yalnız daxili siyasi qarşıdurma deyil. Və bu, həm də geosiyasi kursun müəyyənləşdirilməsi uğrunda mübarizədir.

Məsələ ondadır ki, Gürcüstan hökuməti son illərdə Qərb təsisatlarının ölkənin daxili siyasətinə dair tənqidlərini “suverenliyə müdaxilə” kimi təqdim edir. Baş nazir İrakli Kobaxidzenin AŞPA qətnaməsini “məqsədsiz sənəd” və “bürokratik xaosun nəticəsi” adlandırması bu xəttin davamıdır. Gürcüstan hakimiyyəti Qərbin demokratiya və insan hüquqları ilə bağlı çağırışlarını nüfuzdan salmaqla, həm cəmiyyətdə “xarici düşmən obrazı” yaratmağa, həm də Rusiyanın “Qərbin ikili standartları” narrativini möhkəmləndirməyə cəhd edir.

Maraqlıdır ki, hakimiyyətdəki "Gürcü arzusu" Partiyasının Qərblə ziddiyyətlər içərisində olması Gürcüstanda və Cənubi Qafqazda geopolitik maraqları olan Rusiya üçün müəyyən strateji üstünlüklər qazandırır. Kreml uzun müddətdir ki, Gürcüstanı Qərbin təsir dairəsindən çıxarmağa çalışır. Ona görə də, Gürcüstan hökumətinin AŞPA və digər Avropa qurumlarına qarşı sərt reaksiyası Rusiyanın maraqlarına tamamilə uyğundur. Və bu, bir neçə istiqamət üzrə Rusiyaya müəyyən siyasi dividendlər qazandırır:

Belə ki, rəsmi Tiflisin bu sərt mövqeyi Gürcüstan cəmiyyətində Qərb təsisatlarına olan etimadı nisbətən azaldır. Bunun əksinə olaraq, Gürcüstanda Kremlin təsir imkanlarını artırır. Yəni, Gürcüstanın Avropa ilə münasibətləri gərginləşdikcə, Rusiya üçün ikitərəfli əlaqələri dərinləşdirmək imkanları da genişlənir. Və buna paralel olaraq, Gürcüstanın Qərblə inteqrasiya yolunda fəaliyyətinin zəifləyərək, məhdudlaşması Cənubi Qafqazda Rusiyanın mövqelərini nisbətən gücləndirir.

Ancaq bütün bunlara baxmayaraq, seçkilər ərəfəsində paytaxt Tiflisdə keçirilən kütləvi etiraz aksiyaları Gürcüstan cəmiyyətində dərin siyasi parçalanmanın mövcud olduğunu da üzə çıxarır. Gürcüstanda müxalifət qüvvələri hesab edirlər ki, mövcud hakimiyyət Qərbə inteqrasiya kursundan uzaqlaşaraq, ölkəni yenidən Rusiyanın təsir dairəsinə qaytarır. Və bu, əslində, Gürcüstan cəmiyyəti üçün “Avropa gələcəyi” ilə “Rusiyaya yaxın avtoritar model” arasında seçim məcburiyyəti ilə bağlı ciddi dilemmadır.

Ən önəmli məqamlardan biri odur ki, Gürcüstan cəmiyyətində xüsusilə də gənc nəsil Avropa Birliyinə və NATO-ya inteqrasiya kursunu dəstəkləyir. Ancaq hakimiyyətin dövlət nəzarətini gücləndirən və kütləvi etiraz dalğasını boğmağa çalışan siyasəti Qərbdə Gürcüstanın “demokratik geriləməsi” kimi qiymətləndirilir. Və bunun nəticəsində də Gürcüstan-Qərb münasibətlərində ziddiyyətlər artan xətt üzrə inkişaf edir.

Onu da qeyd etmək lazımdır ki, Daxili İşlər Nazirliyinin kütləvi etiraz aksiyaları ilə bağlı “qanunun sərt şəkildə tətbiq olunacağı” barədə bəyanatı Gürcüstan hakimiyyətinin mövcud mövqeyini açıq-aşkar ortaya çıxarır. Belə anlaşılır ki, Gürcüstan hakimiyyəti seçkilər fonunda kütləvi küçə etirazlarını potensial siyasi təhlükə kimi qiymətləndirdiyini gizlətməkdə çətinlik çəkir. Halbuki, hakim "Gürcü arzusu" Partiyasının bu yanaşması, Qərbin baxış bucağında Gürcüstan hökumətini “avtoritarizmə yönəlik rejim” statusuna yaxınlaşdırır. ABŞ-da və Avropa Birliyində Gürcüstan hakimiyyətinin bu siyasəti “demokratik geriləmə” və “Rusiyaya yaxınlaşma” kursu kimi qiymətləndirilir.

Maraqlıdır ki, Avropa Birliyi və ABŞ Gürcüstan hakimiyyətinə indiyə qədər dəfələrlə xəbərdarlıq edib ki, demokratik azadlıqların məhdudlaşdırılması ölkənin Qərbə inteqrasiya yolunu təhlükə altına salır. Qərb siyasi dairələri və Gürcüstan müxtəlifəti AŞPA-nın son qətnaməsini də məhz bu narahatlığın təzahürü kimi təqdim edir. Və indi rəsmi Tiflisə növbəti dəfə xəbərdarlıq edilir ki, əgər, Gürcüstan hökuməti bu xətti davam etdirərsə, Avropa Birliyi üzvlüyünə namizədlik statusu və maliyyə dəstəyi risk altına düşə bilər.

 Bununla yanaşı, Qərbin hazırda Gürcüstana təzyiq vasitələri də olduqca məhdud xarakter daşıyır. Çünki rəsmi Tiflisin indiki mərhələdə Rusiya ilə daha da yaxınlaşmaq məcburiyyətində buraxılması Qərb üçün olduqca arzuolunmaz nəticəyə çevrilərdi. Ona görə də indi həm Avropa Birliyi, həm də ABŞ Gürcüstanı tam itirməmək üçün hələlik mümkün qədər balanslı siyasət yürütməyə məcburdur. Və bu, hakim "Gürcü arzusu" Partiyasına əlavə siyasi manevr məkanı açmış olur.

Göründüyü kimi, növbəti seçkilər ərəfəsində Gürcüstanda AŞPA qətnaməsi ətrafında yaranan siyasi qalmaqal əslində, Rusiya-Qərb qarşıdurmasının Tiflisdəki açıq təzahürüdür. Hər halda, Gürcüstan hakimiyyətinin Qərb əleyhinə ritorikası və sərtləşən daxili siyasəti ölkəni Avropaya inteqrasiya yolundan uzaqlaşdırmağa başlayıb. Və bu, Gürcüstanı Rusiyanın təsirinə daha açıq vəziyyətə gətirmiş kimi görünür.

Belə anlaşılır ki, seçki prosesi fonunda kütləvi küçə etirazları, Qərbin təzyiqləri və Rusiyanın "propoqanda maşını" Gürcüstanı yeni geopolitik dilemmanın mərkəzinə çevirir. İndi Gürcüstan cəmiyyəti Qərbə inteqrasiya, yoxsa Rusiyanin orbitinə qayıdış barədə prinsipial qərar verməyə məcburdur. Bu dilemmadan necə çıxmaq barədə veriləcək yekun qərar yaxın gələcək üçün Gürcüstanın siyasi taleyini müəyyən edəcək.

Eyni zamanda, bu, hakim "Gürcü arzusu" Partiyasının həqiqətən də Gürcüstan vətəndaşlarının arzusu olub-olmadığına da aydınlıq gətirəcək. Gürcüstan müxalifətinin "Gürcü arzusu" Partiyasını hakimiyyətdən devirmək niyyətini açıq mətnlə bəyan etməsi isə daha təhlükəli mərhələnin hələ irəlidə olduğunu göstərir. Və deməli, Gürcüstanda hakimiyyətlə müxalifət qüvvələri arasında daha sərt toqquşmaların ola biləcəyi qətiyyən istisna deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Oktyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see181

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see180

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see164

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see150

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see136

Şimali Koreya Yapon dənizinə iki ballistik raket atıb

04 Yanvar 2026 06:22see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri