Gürcüstanda həmyerlimizə ağzından atəş açdılar
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstanda Marneuli bələdiyyəsinin Candar kəndində güllələnmə hadisəsi baş verib.
Hurriyyet.media bildirir ki, hadisə ötən gün saat 22:30 radələrində baş verib.
31 yaşlı Rahib Abdullayev əvvəllər aralarında münaqişə yaşadığı tanışı tərəfindən güllələnib.
Belə ki, həmin şəxs Rahibin yaşadığı məhəlləyə gələrək onun ağız nahiyəsindən pnevmatik silahla atəş açıb və dərhal hadisə yerindən uzaqlaşıb. Atəş nəticəsində ağız və baş nahiyəsindən xəsarət alan Rahib Abdullayev dərhal xəstəxanaya çatdırılıb.
Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi fakt üzrə Cinayət Məcəlləsinin fiziki zorakılığı nəzərdə tutan 126-cı maddəsi ilə istintaq başladıb.
Baxış sayı:131
Bu xəbər 27 İyul 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















