Icma.az
close
up
RU
Gürcüstanda media tənzimlənməsi

Gürcüstanda media tənzimlənməsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Gürcüstan parlamenti “Xarici agentlər haqqında” Qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib. Qanunun lehinə 86 deputat səs verib. Yeni qanun ABŞ-ın FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) modelinə əsaslanır. Artıq Prezident Mixeil Kavelaşvili “Xarici agentlər haqqında” Qanunu imzalayıb. Sənəd Gürcüstanın Qanunvericilik Bülleteninin rəsmi portalında dərc olunub. Bununla da qanun qüvvəyə minib.

Qeyd edək ki, “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyası tərəfindən hazırlanmış qanun layihəsi yayımçılara xaricdən maliyyələşməni qadağan edir. Qadağa sosial reklamlara da şamil edilir. Daha konkret desək, telekanallar və mətbuat orqanları xarici dövlətdən pul vəsaiti və ya əmlak dəyəri olan maddi dəstək ala bilməzlər. Eyni zamanda, xarici dövlət tərəfindən yayım xidmətlərinin alınması, o cümlədən proqramların hazırlanması, yayımın birbaşa və ya dolayısı yolla maliyyələşdirilməsi qadağan edilir. Bu sahənin birgə maliyyələşdirməsi də dayandırılır. Həmçinin, telekanallarda sosial reklamın yerləşdirilməsinə də ciddi nəzarət olunur.

Sənədə görə, “xarici agent” anlayışına aşağıdakılar daxildir: Xarici dövlət hakimiyyət sisteminin tərkib hissəsi olan subyekt; Gürcüstan vətəndaşı olmayan fiziki şəxs; Gürcüstan qanunvericiliyi əsasında qurulmamış hüquqi şəxs; Xarici dövlət və ya beynəlxalq hüquq əsasında yaradılmış hər hansı təşkilati qurum, o cümlədən fond, assosiasiya, korporasiya, birlik və ya digər növ təşkilat və şəxslərin birləşməsi.

"Xarici agenti" termini Gürcüstan qanunvericiliyi əsasında fəaliyyət göstərən, sahiblərinin və rəhbərliyinin azı 80 faizi Gürcüstan vətəndaşı olan xəbər yayımçılarına, mətbuat orqanlarına və ya birliklərə (Gürcüstanda təsis edilmiş və qeydiyyatdan keçmiş) tətbiq edilmir. Eyni zamanda, bu şərtlər daxilində fəaliyyət göstərən reklam axtarışında olan, alan, abunəçiləri olan və ya digər gəlir növlərini əldə edən KİV-lərə şamil edilmir.

Bundan başqa, Kommunikasiya Tənzimləmə Komissiyasına televiziya və radiolara xəbərdarlıq etmək, onları cərimələmək səlahiyyəti verilir. Əgər komissiya media qurumunun etik standartları pozduğunu müəyyən edərsə, əvvəlcə xəbərdarlıq göndərəcək və pozuntunun aradan qaldırılması üçün vaxt verəcək. Müvafiq addım atılmasa, media qurumu cərimələnəcək. Bu maddə 2025-ci il iyunun 1-dən sonra tətbiq ediləcək. Onadək yayımçılar tərəfindən qanunun tələblərinin pozulması halında, tənzimləyici komissiya tərəfindən tətbiq edilən sanksiyalar icra edilməyəcək.

Gürcüstandakı qanun, ABŞ qanunundan fərqli olaraq, fiziki şəxslərə şamil edilmir və yalnız illik gəlir vergisi bəyannaməsi təqdim edilməməsinə görə cərimə nəzərdə tutur. Beləliklə, qanuna əməl edilməməsi 5 min laridən 10 min lariyə qədər cərimə ilə cəzalandırılacaq. ABŞ qanunları isə 5 ilə qədər həbs cəzasını nəzərdə tutur.

“Xarici agentlər haqqında” Qanunu Qeyri-Hökumət Təşkilatlarından (QHT) yan keçməyəcək. Hakimiyyət ölkədə fəaliyyət göstərən QNT-lərin xaricdən maliyyələşmə cəhdləri ilə barışmaq niyyətində deyil. Qanunla QHT-lərin xaricdən maliyyələşməsinin qarşısı alınır. Parlamentin Prosedur məsələləri və qaydalar komitəsinin sədri Davit Matikaşvili, xüsusilə, xaricdən maliyyələşən bir çox QHT-lərin ölkənin milli mənafelərini deyil, maliyyə aldıqları dövlətlərin və təşkilatların maraqlarını müdafiə etdiklərini vurğulayıb. O, xarici maliyyə ilə fəaliyyət göstərən bəzi QHT-lərin milli dövlətçiliyə və demokratiyaya ziyan vurduqlarını qeyd edib. Komitə sədri bu məsələlərin “USAID qalmaqalı” fonunda ortaya çıxdığını bildirib: “Onlar fəaliyyətlərini maliyyələşdirən dövlətlərin və təşkilatların maraqlarını müdafiə edən təşkilatlardır. QHT-lərin ictimai qərarların qəbulu prosesində fəaliyyəti yerli cəmiyyətin maraqlarına əsaslanmır, əksinə, xarici qüvvələrin siyasi və iqtisadi maraqlarına xidmət edir. Baxmayaraq ki, QHT-lər ictimai proseslərdə iştirak edə, ideyalar irəli sürə bilsələr də, onların dövlət siyasətinin işlənib hazırlanmasında və ictimai qərarların qəbulunda məcburi iştirakı ölkədə şəffaflıq və şəffaflıq təhlükəsi yarada bilər”.

Bu arada Gürcüstanda QHT-lərin dövlət qərarlarının qəbulunda iştirakı da qadağan olunur. Artıq bu barədə Gürcüstan parlamentində qanun layihəsi qəbul edilib. 81 deputatın lehinə səs verdiyi yeni qanunda 14 müxtəlif normativ akta dəyişiklik edilməsi nəzərdə tutulub. Bununla da Gürcüstanda QHT-lərin dövlət idarəetmə prosesində məcburi iştirak prinsipi ləğv olunur. Xüsusilə, Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin, Prokurorlar Şurasının və Hakimlərin İntizam Kollegiyasının seçilməsi prosesində QHT-lərin rəyi artıq tələb edilməyəcək. Bildirilib ki, Gürcüstan parlamentinin reqlamentinə nəzərdə tutulan dəyişikliklərə əsasən, qanunvericilik orqanında ictimai qərarların qəbulunda qeyri-hökumət təşkilatlarının (QHT) iştirakının məcburiliyinə dair maddə ləğv edilir.

Yeni qanuna əsasən, QHT-lər parlamentdə yalnız özlərinin maraqlı olduqları məsələlərin müzakirəsində iştirak edə biləcəklər. Bundan əlavə, layihədə MSK üzvlərinin seçilmə prosedurana dəyişiklik də öz əksini tapıb. Dəyişikliyə görə, parlament üzvlərinin, ən azı, beşdə üçü tərəfindən dəstəklənmiş namizəd MSK-ya üzv seçilə bilər.

Növbə sosial şəbəkələrə də çatıb. İqtidar bu sahə ilə bağlı yeni qanun layihəsi hazırlayır. Əgər qanun layihəsi qəbul olunarsa, sosial şəbəkəyə nəzarət güclənəcək və ölkənin maraqlarına toxunan neqativ halların qarşısı alınacaq. Xarici təsir isə minimuma endiriləcək.

Gürcüstan hakimiyyəti həm də xarici yardımlardan maliyyələşən fondlara qarşı tədbirlər görür. Belə ki, martın 17-də Gürcüstanda avropayönlü etiraz aksiyalarının iştirakçılarına yardım göstərən bir neçə təşkilatın hesabları dondurulub və pul vəsaitlərinə həbs qoyulub. Onların arasında jurnalist Nanuka Jorjolianinin Xeyriyyə Fondu (“Nanuki Fond”), “Tbilisi İnsan Haqları evi” təşkilatı Nika Qilauri Fondu (“Prosperity Georgia”) var. Bu təşkilatlar Rustaveli prospektində yolun bağlanmasına görə, cərimələnən vətəndaşlara böyük məbləğdə vəsait ödəyiblər. Məsələn, “Nanuki Fondu” 2020-ci ildə təsis edilib və qeyri-kommersiya hüquqi təşkilat kimi qeydiyyatdan keçib. Fond Avropayönlü etirazlar zamanı, o cümlədən respirator, eynək, qaz maskaları, aksiya iştirakçıları üçün geyim alınması üçün pul toplayıb, həbslər zamanı isə inzibati cərimələri, vəkillərin xidmətlərini ödəyib. Bu vəsaitlərin auditi zamanı öz təsdiqini tapıb.

Vəsaitin auditi isə prokurorluq tərəfindən təxribat, ağırlaşdırıcı şəraitdə təxribata cəhd, xarici qurumların nəzarətində olan təşkilata düşmənçilik fəaliyyətində kömək göstərilməsi faktları üzrə aparılan istintaq çərçivəsində həyata keçirilib. Habelə Gürcüstanın konstitusiya quruluşuna və milli təhlükəsizliyinin əsaslarına qarşı yönəlmiş fəaliyyətin həyata keçirilməsi üçün vəsaitlərin səfərbər edilməsi diqqət mərkəzində olub.

Baş Prokurorluqdan bildirilib ki, istintaq 2024-cü il noyabrın 28-dən indiyədək Gürcüstan parlamentinin binası qarşısında və ölkənin müxtəlif yerlərində keçirilən etiraz aksiyalarının, “yürüşlər”in qısa müddət ərzində zorakılığa çevrildiyini və qanunla müəyyən edilmiş hədləri aşdığını təsdiqləyib. İstintaq müəyyən edib ki, bir çox hallarda qanunsuz və cinayətkar fəaliyyətin təşkili üçün maliyyə vəsaitlərinin toplanması və bölüşdürülməsi “fondlar” vasitəsilə həyata keçirilib: “Fondlar əldə edilən maliyyə vəsaitlərinin əsas hissəsini qanunsuz və cinayət əməllərinə yol verən şəxslərin mükafatlandırılmasına, habelə bu cinayətlərin törədilməsi üçün zəruri olan avadanlıq və vəsaitlərin alınmasına yönəldiblər”.

Dövlət belə hesab edir ki, bu addımlar Gürcüstanın dövlət maraqlarına zidd fəaliyyətlərdir. Milli dövlətçiliyə və demokratiyaya ziyan vurur. Bu səbəbdən də nəzarətə götürülməlidir.

Onu da xatırladaq ki, bu fondlara maliyyə dəstəyi göstərən şəxslər arasında “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyasının qurucusu Bidzina İvanişvilinin keçmiş ortağı Giorgi Baçiaşvili də var. Baçiaşvili Tbilisi Şəhər Məhkəməsi tərəfindən külli miqdarda kriptovalyuta mənimsəməkdə və qanunsuz gəlirlərin yuyulmasında ittiham olunaraq qiyabi 11 il müddətinə azadlıqdan məhrum edilib.

Gürcüstanda etiraz aksiyaları hakimiyyətin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxarmaq qərarına cavab olaraq başlayıb. Etirazçılar hökuməti avrointeqrasiyadan imtina etməkdə günahlandırır və bu qərarın ləğvini tələb edirlər.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri