Şirvan xalçası haqqında Azərbaycan əfsanəsi Astanadakı teatrın səhnəsində canlandırılıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Astana, 18 oktyabr, AZƏRTAC
“Astana Balet” Teatrının səhnəsində Şirvan xalçası haqqında qədim Azərbaycan əfsanəsi əsasında hazırlanmış irihəcmli bədii əsər olan ikipərdəli “İki xalça” baletinin premyerası olub.
AZƏRTAC xəbər verir ki, tədbir tamaşaçıları xalça naxışlarının həyat salnaməsinə çevrildiyi, hər bir sapın insanların talelərini, hisslərini qoruyub saxladığı bir aləmə aparır.
O, ruhun gücünün və sədaqətin həyatın ən çətin sınaqlarına necə qalib gəldiyindən bəhs edir.
Layihənin libretto müəllifi və ruhlandırıcısı Valeri Kopeykindir. Quruluşçu rejissor və xoreoqraf Aleksandr Mogilev epik povesti nəfis xoreoqrafik dildə canlandırmağa müvəffəq olub.
Musiqi partiturasını bəstəkar Arseni Smirnov bu balet üçün xüsusi olaraq yaradıb. Tamaşanın bədii obrazını Anastasiya Kapustina və geyim üzrə rəssam İqor Çapurin, rəqəmsal qrafika və animasiyanı isə Aleksandra Artamonova hazırlayıb.
Musiqi baş dirijor Arman Urazqaliyevin rəhbərliyi ilə “Astana Balet” Teatrının Simfonik Orkestrinin canlı ifasında səslənir.
“İki xalça” baleti sadəcə səhnə hekayəsi deyil, Şərqlə Qərbi, ənənə və müasirliyi, əbədi məhəbbət mövzusunu və insan yaddaşının hüdudsuz gücünü birləşdirən epik povestdir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 18 Oktyabr 2025 00:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















