Icma.az
close
up
RU
Gürcüstanda prezident seçkilərinin vaxtı bəlli olub

Gürcüstanda prezident seçkilərinin vaxtı bəlli olub

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Gürcüstanda prezident seçkiləri dekabrın 14-də, inaqurasiya mərasimi isə dekabrın 29-da baş tutacaq, parlamentin spikeri Şalva Papuaşvili büro iclasında bildirib.

Bizimyol.info xəbər verir ki, Gürcüstanın qanunverici orqanının rəhbəri büroya prezident seçkilərinin tarixini və plenar iclasa çıxarılacaq müvafiq qərar layihəsini təklif edib.

“Belə olan halda mən prezident seçkilərinin vaxtı ilə bağlı təklif verirəm və bunu gündəliyə daxil edəcəyik, sonra parlamentin plenar iclası çərçivəsində onun 2024-cü il dekabrın 14-də, andiçmə mərasiminin isə dekabrın 29-da olacağını təsdiq edəcəyik”, - deyə Papuaşvili bildirib.

Salome Zurabişvili Gürcüstanın birbaşa seçilmiş sonuncu prezidentidir. Növbəti prezidenti Gürcüstan parlamentinin deputatları, Acarıstan və Abxaziya Muxtar Respublikalarının Ali Şuralarının üzvləri, eləcə də özünüidarəetmə orqanlarının nümayəndələrinin daxil olacağı 300 nəfərlik seçki kollegiyası seçəcək. Hakim komanda prezidentliyə namizədlərlə bağlı aktiv məsləhətləşmələr aparır. Hakim “Gürcü Arzusu” partiyasının bəyan etdiyi kimi, Gürcüstan prezidenti öz ölkəsinin maraqlarına uyğun hərəkət edəcək şəxs olmalıdır.

Konstitusiyaya görə, Gürcüstanda prezident seçkiləri oktyabrda səlahiyyət müddəti bitdikdən sonra keçirilir, seçki tarixi parlament seçkiləri ayına və ya ondan əvvəlki aya düşərsə, prezident seçkiləri yeni seçilmiş qanunverici orqanın ilk iclasından sonra 45 gün müddətində keçirilir.

Medianın bir versiyasına görə, Gürcüstanın gələcək prezidenti keçmiş baş nazir, hazırda “Gürcü arzusu” partiyasının sədri İrakli Qaribaşvili ola bilər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Noyabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri