Azərbaycanda bu ərazilərə güclü qar yağır
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Noyabrın 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir.
Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qar yağır. Elektronika məhsulları
Qar örtüyünün hündürlüyü Şahdağda 20, Qrızda 14, Xınalıqda 7, Kəlbəcərdə 5, Laçında 4, Qubadlıda 2, Qusarda (Laza) 3 sm-dir.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6 mm-dir.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı Qəbələdə 20, Oğuzda 17, Göygöldə 16, Daşkəsəndə 15, Astarada 14, Ağsuda 13, Şamaxı, Bərdə və Tərtərdə 11, Göyçayda 10, Beyləqanda 9, Lənkəran və Gədəbəydə 8, Goranboy, İmişli, Biləsuvar və Kişçayda (Şəki) 6, Lerik, Sabirabad, Şabran, Xaltan, Kürdəmir, Ağdam, Naftalan, Gəncə, Yevlax, Zərdab, Neftçala, Sarıbaş (Qax), Qobustan, Yardımlı, Naxçıvan, Xaçmaz, Mingəçevir, Şəmkir, Balakən, Cəbrayıl, Şahbuzda 1-5 mm-dək qeydə alınır.
Şuşa, Xankəndi, Füzuli rayonlarında da arabir leysan xarakterli yağış yağıb.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 25 m/s-dək güclənir.
Dənizdə dalğanın hündürlüyü 6.2 metrə çatır.
Baxış sayı:93
Bu xəbər 16 Noyabr 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















