Icma.az
close
up
RU
Gürcüstanda Qərb Rusiya qarşıdurması şiddətlənir Kim qalib gələcək? Mühüm detallar açıqlandı

Gürcüstanda Qərb Rusiya qarşıdurması şiddətlənir Kim qalib gələcək? Mühüm detallar açıqlandı

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Oktyabrın 4-də Gürcüstanda keçirilən bələdiyyə seçkilərinin nəticələri ölkə daxilində siyasi qarşıdurmanı dərinləşdirib. Hakim “Gürcü Arzusu” Partiyasının qalib elan edilməsindən sonra müxalifət partiyaları nəticələri saxta adlandıraraq Tbilisidə kütləvi etirazlara başlayıblar.  Bu hadisələr Gürcüstanın siyasi kursunun – Qərbyönümlü, yoxsa Rusiyayönümlü istiqamətdə davam edəcəyi sualını yenidən gündəmə gətirib.

Tbilisdəki etirazların təşkilində əsasən hansı siyasi qüvvələr daha çox rol oynayır? 

Bu qarşıdurma Gürcüstanın xarici siyasət kursuna və regiondakı güc balansına necə təsir göstərə bilər?

Bu barədə Moderator.az-a açıqlama verən politoloq Abutalıb Səmədov  deyib ki,  Gürcüstanda keçirilən bələdiyyə seçkilərində əsas müxalifət partiyaları ilk növbədə Saakaşvilinin rəhbərlik etdiyi partiya iştirak etmədi və bu da hakim partiyaya seçkilərdə asanlıqla qalib gəlmək imkanı verdi:

 “Saxtalaşdırmalar olub-olmayıb, bu təbii ki, ciddi şəkildə müzakirə olunur. Ola bilsin ki, müəyyən saxtalaşdırmalara yol verildi.  Bütövlükdə seçkilərdə iştirak edən müxalifət partiyaları o qədər güclü olmadığına görə onların hakim partiyasına müqavimət göstərmək imkanları çox az idi. Prezident sarayı ələ keçirilməyə cəhd göstərildi, polisə qarşı güc nümayişi oldu və yaralanan polislər oldu. Bu da hakimiyyətə imkan verdi ki, etirazçılara qarşı kəskin tədbirlər görsün və həbslər davam edə bilər. Artıq aparıcı bir neçə şəxsin həbs olunması barədə məlumat var. Hakimiyyət nümayəndələri etirazların Avropa Birliyi ölkələrinin səfirləri tərəfindən təşkil olunduğunu bəyan etdilər. Bu isə göstərdi ki, Gürcüstan bələdiyyə seçkilərindən sonra Qərbdən bir az da uzaqlaşmaq xətti götürdü və Rusiyaya yaxınlaşmaq istiqaməti güclənə bilər. Bu  isə regionda hələ də Rusiyanın qalma şansını təbii ki, bir az artıracaq”. 

Politoloq əlavə edib ki, Gürcüstanın tutduğu mövqe bütövlükdə Cənubi Qafqaz bölgəsinə mənfi təsir göstərəcək:

“Hələ də Gürcüstan hakimiyyəti ümid edir ki, Rusiyaya yaxınlaşmaqla Abxaziyanı və Cənubi Osetiyanı geri qaytarmaq mümkün ola bilər. Digər tərəfdən, Ukrayna nümunəsi var və Gürcüstan Rusiyanın ona qarşı da eyni addımlar atacağından və onu heç kimin müdafiə etməyəcəyindən ehtiyat edir. Burada hakim partiyanın nümayəndələri haqsız da sayılmazlar. Son illərin təcrübəsi göstərdi ki, Rusiya kimi işğalçı dövlətlərin qarşısını almaq mexanizmi yoxdur. BMT gücsüzdür, Avropa ölkələri Rusiyanın qarşısında durmaq gücünə malik deyil və ABŞ-ın mövqeyini dəyişməsi Rusiyanın əlini bir az da açıb. Ancaq ümid edək ki, Qərb Ukraynaya zəruri yardımı göstərəcək və bu  da Rusiyanın digər qonşu dövlətlərə təcavüz etmək iştahını xeyli azaldacaq, yaxud heçə endirəcək”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri