Gürcüstanda rusiyalı turist boğularaq ölüb...
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Gürcüstanın cənubundakı Samtsxe-Cavaxeti bölgəsində Rusiya vətəndaşı Kür çayında boğulub.
SİA-nın məlumatına görə, bu barədə “Mtavari Arkhi” telekanalı bildirib.
...Hadisə Vardzia qədim monastır kompleksi yaxınlığında baş verib.
TASS telekanalı xəbər verir.
Rusiyalı turist Kür çayı ilə qayıqla gəzintiyə çıxıb. Bir anda həmin şəxs gözdən itib, bundan sonra aprelin 29-da axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
Axtarışlarda Gürcüstan Fövqəladə Halların İdarə Olunması Agentliyinin əməkdaşları iştirak ediblər.
Boğulan rusiyalının cəsədi aprelin 30-da yoxa çıxdığı yerdən bir qədər aralıda çay yatağında aşkar edilib.
Vardzia monastır kompleksi xüsusilə yaz və yay aylarında turistlər arasında populyar bir yerdir. Mütəxəssislər xatırladırlar ki, bu bölgədə Kür çayının çətin hissələri və güclü axınları var.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 30 Aprel 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















