Gürcüstanda türklərin tarixi irsi necə məhv edilir...
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Borçalı bölgəsi qədim dövrlərdən etibarən müxtəlif türk tayfalarının, o cümlədən xristianlığı qəbul etmiş qıpçaqların məskənlərindən biri olmuşdur. Bölgədəki bəzi qədim kilsələr memarlıq üslubuna görə Qafqaz Albaniyasına aiddir. Məlumdur ki, tarixən Alban Həvari Kilsəsi ilə Gürcü Pravoslav Kilsəsi arasında yaxınlıq olmuşdur.
Xüsusilə 1836-cı ildə Çar Rusiyasının fərmanı ilə Alban kilsəsi rəsmən ləğv edildikdən sonra indiki Gürcüstan və Ermənistan ərazilərində qalan bir çox alban-qıpçaq məbədləri zamanla gürcü və ya erməni kilsələri kimi qeydiyyata alınmış və ya restavrasiya adı altında erməni və ya gürcüləşdirilmişdir.
Gürcü dərsliklərində yer alan “Azərbaycanlılar bura XVII əsrdə Şah Abbas tərəfindən gətirilib” iddiası siyasi məqsəd daşıyır və elmi əsası yoxdur. Şah Abbas yalnız Borçalı sultanlığını yenidən təşkil edib, lakin buradakı türklər, qarapapaqlar, qıpçaqlar, xəzərlər, hunlar minilliklər boyu bu torpaqlarda yaşamış avtoxton əhalidir.
İndi sizlərə Gürcüstan tərəfindən - Rusiya imperiyası, Sovet Rusiyası və müasir dövr hakimiyyətləri tərəfindən - yox edilən Azərbaycan türklərinə məxsus abidələr, daş yazılar, kitabələr, xristian tarixə məxsus kilsələr, memarlıq üslubu və sairələrin bəzi siyahısını təqdim edirəm. Bunların sayı onlarladır, zamanla hamısını təqdim edəcəm.
Lakin görün Qaxda Alban kilsəsini gürcü mədəniyyəti və dininin bir hissəsi hesab edənlər bizlərə məxus tarixi mədəni irsmizi necə məhv ediblər:
1. Sarı kilsə. Sinə daşında qədim türkcə “Kəpənəkçi xaqanın oğlu gənc, Kəpənəkçi çayında boğulub öldü” yazısı mövcud olub. Yarımuçulmuş vəziyyətdə tədqiq edilib, lakin tapılan daş Tiflis muzeyinə aparılaraq sonradan gizlədilib.
2. Qoçdu kilsə, V əsrə aid abidədir. Ətrafında yüzlərlə qoç heykəlli qəbir daşları olub. Qoç heykəlləri maşınlarla daşınaraq yox edilib, kilsə isə təmir olunaraq gürcü kilsəsinə verilib.
3. Bolnisi Siyonu, V əsrə aid əzəmətli bazilika. Ətrafında qədim türk qoç heykəlləri yerləşib. Üzərindəki məşhur “Bolnisi xaçı” Albaniyanın erkən xristian xaçları ilə eynidir. Hazırda tam təmir edilib, gürcü monastırı kimi fəaliyyət göstərir, qoç heykəlləri isə təmizlənib.
4. Yazılı kilsə. Qədim epiqrafik yazılara və alban-qıpçaq memarlıq üslubuna malikdir. Yaxşı təmir edilib, içərisinə gürcü keşişi yerləşdirilib.
5. Kilsəli. Burada qədim kilsə və böyük türk-alban qəbiristanlığı yerləşir. Təmir edilərək gürcü kilsəsinə çevrilib.
6. Cinni binə. İçərisi bəzəkli kiçik kilsədir. Ətrafında əlləri çarpazlaşmış insan fiqurlu qəbir daşları var. Gürcü kilsəsi kimi istifadə olunur.
7. Port-port kilsəsi. Ətrafında əli çarpazlaşmış daş və qoç heykəlləri olub. Qoç heykəlləri yox edilib, içində gürcü keşişi fəaliyyət göstərir.
8. Saray yerindəki Yazılı kilsə. Qapısında gürcü dilində olmayan qədim kitabə mövcuddur. Ətrafı qəbiristanlıqdır və gürcüləşdirilməyə məruz qalır.
9. Abdal qalası. V-VI əsrlərə aiddir. Qapısının üstündə 2 metrlik qədim türk yazısı olan nəhəng kitabə olub. 1955-ci ildə Tiflisdən gələn briqada tərəfindən daş sökülərək gizli şəkildə aparılıb.
10. Dmanisi (Başkeçid) qalası. Tarixi qala daxilində qədim türk izləri daşıyan kitabə olub. Kitabə sonradan yoxa çıxarılıb.
11. Şəmşoğlu kənd kilsələri. Xaçların üzərində buta şəkilləri həkk olunub. Yararlı haldadır, lakin gürcü kilsəsi buta təsvirlərini məhv etməyə çalışır.
12. Səkkiz ayaq kilsəsi. Şəmşoğlu kilsəsinə bənzər memarlıq elementlərinə malikdir. Sağ-salamatdır, lakin gürcü irsi kimi təqdim olunur.
13. Darbiz və Gülöyür kilsəsi. Çar Rusiyasına qədər ətrafdakı yerli müsəlman/türk əhalinin and yeri, ziyarətgahı olub. Salamat qalıb, ətrafında yalnız azərbaycanlılar yaşayır.
14. Ağca qala. Qazan xan və Ağqoyunlu hökmdarlarının yurdu olub. İçində "Ağ Pir" adlı ərəb yazılı, çini saxsılı möhtəşəm türk türbəsi olub. 1935-ci ildə "Ağ Pir" sökülüb, daşları çaya tökülüb, yerində isə gürcü kilsəsi tikilib, monastır edilib.
15. Şeyx Sənan türbəsi. Hüseyn Cavidin ziyarət etdiyi, sufi şeyxi Sənana aid tarixi türbədir. Baxımsızlıqdan tamamilə dağıdılaraq xarabalığa çevrilib.
16. Yıl (Yel) baba dağı. Zirvəsində türk övliyası Zülqədərə aid qədim ziyarətgah olub. Yerli türklər və yunanlar buranı ziyarət edirdilər. Gürcüstan hökuməti qəbrin üstündə böyük gürcü kilsəsi tikib və abidəni ortaq ziyarətgaha çevirib.
17. Quzey kilsəsi meşəsi. 1980-ci ildə yol çəkilərkən tapılmış, 3 metrlik dördkünc və hər tərəfi yazılı qayadır. Tiflisdən gələn mütəxəssislərin əmri ilə buldozerçi tərəfindən basdırılaraq gizlədilib.
18. Lök dağı abidələri. Başkeçid (Dmanisi) rayonu ərazisində yerləşir. Qədim tunc və dəmir dövrünə aid kurqanlar, eləcə də orta əsrlərə aid türk tayfalarının izlərini daşıyan qəbiristanlıqlar mövcuddur. Zamanla təbii aşınmaya məruz qalıb, ətrafdakı qədim daş kitabələr və nişanələr tam qorunmasa da, arxeoloji baxımdan mühüm potensiala malikdir.
19. Sadaxlı qədim qəbiristanlığı və kurqanlar. Sadaxlı kəndi yaxınlığında yerləşir. Böyük bir qıpçaq-oğuz məzarlığı və qədim kurqan örtükləri olub. Üzərində qədim tamğalar və işarələr olan baş daşları qeydə alınıb. Tikinti və təsərrüfat işləri zamanı bir çox qədim daşlar dağıdılıb, bəzi hissələri isə baxımsız və tədqiq edilməmiş qalıb.
20. Qızılhacılı körpüsü və qədim yaşayış yeri. Marneuli rayonunun Qızılhacılı kəndində yerləşir. Orta əsr memarlıq üslubuna malik karvansara və körpü qalıqları mövcuddur ki, bunlar da bölgənin ticarət və köç yolunda mühüm məntəqə olduğunu göstərən türk-islam izləridir. Tarixi siması zamanla qismən dəyişdirilib, ətrafdakı bəzi qədim tikinti qalıqları isə məhv olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 01 Oktyabr 2026 07:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















