Icma.az
close
up
RU
Gürcüstanda yenə etiraz aksiyaları başladı

Gürcüstanda yenə etiraz aksiyaları başladı

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Gürcüstan parlamenti qarşısında müxalifətin etiraz aksiyası başlayıb.
Yeniavaz.com
xəbər verir ki, aksiya iştirakçıları Gürcüstan parlamentinin binası qarşısında çadırlar qurublar.
Parlament seçkilərinin nəticələrinə etiraz aksiyası noyabrın 24-də axşam saatlarında qanunvericilik binası yaxınlığında başlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyi mitinqin keçirildiyi parlament binasına əlavə qüvvələr göndərib.
Bundan başqa, nazirlik parlamentdən bir qədər də uzaq olmayan Azadlıq meydanına su şırnaqları yerləşdirib. Avtobuslar və avtomobil evakuatorları da var.
Digər tərəfdən, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binasının xidməti girişlərinə gedən küçələri tamamilə bağlayıblar. O cümlədən xüsusi təyinatlılar parlament binasının hər iki tərəfində, eləcə də onun arxasındakı parkda yerləşdirilib. Media nümayəndələri hələlik binanın özünə buraxılmır.
Etiraz aksiyasının məqsədi yeni çağırış parlamentin ilk iclasına toplaşacaq hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının deputatları üçün diskomfort yaratmaqdır.
İclas saat 12:00-da başlayacaq. Noyabrın 25-də parlamentin spikeri və vitse-spikerlərinin, eləcə də komitə rəhbərlərinin təsdiqi planlaşdırılır.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun məlumatlarına görə, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gələrək qanunverici orqanda 150 yerdən 89-unu qazanıb. “Dəyişiklik Naminə Koalisiya” 11,03% səslə 19 mandat, “Birlik – Milli Hərəkat” 10,17% səslə 16 mandat, “Güclü Gürcüstan” 8,81% səslə 14 mandat, “Qaxariya Gürcüstan üçün” 7,78% səslə 12 mandat əıdə edib.
Parlamentə daxil olan bütün müxalifət partiyaları seçkilərin nəticələrini saxta hesab etdikləri üçün nəticələri tanımaqdan imtina ediblər. Noyabrın 4-dən müxalifət liderləri etiraz aksiyaları keçirir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 25 Noyabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri