Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Gürcüstanın Gəlirlər Xidməti ölkədən avtomobillərin təkrar ixracına (re-export) 450 lari (təqribən 295 AZN) məbləğində rüsum müəyyən edib.
“Qafqazinfo” ölkənin yerli “Jnews” portalına istinadən xəbər verir ki, bu barədə qərar noyabrın 16-dan qüvvəyə minib.
Bildirilib ki, indiyədək təkrar ixrac prosedurunun gömrük rəsmiləşdirilməsi üçün ödəniş Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində həyata keçirilirdi və təxminən 600 lari (təqribən 394 AZN) təşkil edirdi. İndi isə bu məbləğdən əlavə olaraq 450 lari də ödənilməlidir.
Məlumata görə, hazırda Gürcüstandan avtomobillərin təkrar ixracında azalma müşahidə edilir. Belə ki, 2026-cı ilin ilk 9 ayı ərzində ümumi dəyəri 1,5 milyard dollar olan 63 141 avtomobil təkrar ixrac məqsədilə xarici ölkələrə göndərilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 475 milyon dollar və ya 24% azalıb. Avtomobil ixracının azalması əsas satış bazarlarına – Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Tacikistana avtomobil göndərilməsinin azalması ilə əlaqələndirilir.
Baxış sayı:32
Bu xəbər 17 Noyabr 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















