Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Gürcüstandan daha bir Aslanı necə və niyə qovdular?..

Gürcüstandan daha bir Aslanı necə və niyə qovdular?..

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Bir şeyi bütün təfərrüatları, dəqiqliyilə bilməyəndə yazmağa çətinlik çəkirəm. Bəli, söhbət Gürcüstandakı, xüsusən də balaca Abxaziyadakı ən son proseslərdən gedir. 

Amma düşünürəm ki, bu məsələdə prezident xanım Salome Zurabişvilidən etibarlı mənbə ola bilməz. O isə belə dedi: "... işğal olunmuş Abxaziyada vətəndaşlarımız Rusiyanın Abxaziyanın növbəti anneksiyasına yönəlmiş addımlarına qarşı etiraz edirlər..."

Elə həbsdə olan keçmiş prezident Mixeil Saakaşvilinin də son bəyanatında oxşar notlar sezildi. Amma bununla belə nəticəylə tələsmirəm, fəqət, bir yazar kimi mən də qeyd edirəm k, abxazlar dolayı yolla olsa da, Rusiyaya və onun hakimiyyətinə qarşı etiraz edirlər. Amma bunun geosiyasi təfərrüatlarının aydınlaşmasına hələ çox var, çünki neçə illər bundan əvvəl Acarıstandan Aslan Abaşidze qovulan kimi, Abxaziyadan da daha bir Aslan - Aslan Bjaniya qovulsa da, Abxaziya mərkəzi Gürcüstan hakimiyyətilə münasibətlər quracaqmı, hansısa bir formada Gürcüstanın konstitusion fəzasına qayıdacaqmı kimi məsələlər, çox təəssüf, hələ böyük bir sualın predemtidir. Baxmayaraq ki, gürcüər çox şeyə, hətta Abxaziya və Cənubi Osetiya ilə konfedererativ münasibətlərə də ürəkdən hazırdılar və bu məsələdə hətta indi biri-birilə döyüşən gürcü hakimiyyətilə müxalifəti arasında ciddi fikir ayrılığı yoxdur...

Etiraf edim ki, Abxaziyaya heç vaxt xüsusi simpatiyam olmayıb, onlar da keçmiş "DQR”in bir tayıdır, baxmayaraq ki, bura da Fazil İsgəndərin vətənidir. Hərçənd, oxuduqlarıma görə, Fazil müəllimin anası abxazdır, atasısa guya fars (maraqlıdır, görən, fars Abxaziyada necə peyda olubdur!) mənşəlidir, ən əsası da, bu adam da çox istedadlı şair və yazıçı olsa da özünü rus ədibi hesab edir... 

Belədə isə indi hətta Gürcüstanın özündə, mərkəzində də vəziyyət heç də Abxaziyadakından mülayim deyil. Bəlkə də elə həm də buna görə insanlar bu hadisələrlə balaca Abxaziyadakı son proseslər arasında bir bağlılıq axtarmağa daha çox meyllidirlər. Amma həqiqətənmi belə bağlılıq var? Düşünürük ki, bunu hələ zaman göstərəcək...

Bəli, Gürcüstanın özündə də müxalifətin etirazları davam edir. Çox təəssüf ki, xanım prezident Zurabişvili Saakaşvilinin ona müraciətinə məhəl qoymadı, əfv etmədi onu, halbuki müxalifətin fəaliyyətini bir az da gücləndirərdi bu. Etiraf etmək lazımdır ki, gürcü hakimiyyəti Saakaşvilidən daha çox qorxur, nəinki xanım Zurabişvilidən! Məhz buna görə hakimiyyət təmsilçiləri dərhal belə dedi ki, hətta xanım Zurabişvili əfv etsə də, aakaşvili həbsdən azad edilməyəcək!..

Amma Zurabişvilinin özü də Saakaşvilidən incikdir və bunu hamı bilir, üstəlik, burada yəqin bir qısqanclıq da var. 

Əlbəttə, cavan olsa da, Saakaşvili çox mürəkkəb siyasi fiqurdur. Bu adam qərbçi olsa da, çoxu onu diktator hesab edir, hətta gürcü ziyalıları yazırdılar ki, onun vaxtında gecə evlərimizdə də rahat yata bilmirdik! Maraqlıdır, elə Qərbin özündə də belə düşünürdülər. Yadıma gəlir, bir vaxtlar "Azadlıq” radiosunda bir amerikalı ingilis dili müəllimi var idi və hətta bu adam deyirdi ki, Saakaşvili diktatordur! Onunla bu xüsusda hərdən mübahisə də edirdik. Amma, deyəsən, o, haqlı idi... 

Bilirsiniz, bir neçə il bundan da əvvəl özüm də bir çox gürcü ziyalılarının, hətta Çabua Amirecebi kimi bir ziyalı yazıçının ona qarşı çıxdığı haqqında oxumuş və xeyli təəccüblənmişdim, çünki Amirecebi elə - belə yazıçı deyildi, sovet dövründə represssiya olunmuş insan idi. Oxuculara da xatırladım ki, bir vaxtlar mərkəzi sovet televiziyasında yayınlanan "Sahil” (və yaxud "Sahillər” filmi - özümün də yadımdan çıxıb!) məhz onun əsəri və ssenarisi əsasında çəkilmişdi. Sözüm budur ki, Saakaşvili hətta belə adamlarla da dil tapa bilmədi, onları özünə qarşı qaldırdı, necə ki, birinci prezident Zviad Qamsaxurdia da bir il ərzində bütün Gürcüstanı özünə qarşı qaldımışdı - bəli, bu adamı hətta Merab Mamardaşvili kimi liberal bir FİLOSOF belə müdafiə etmirdi, halbuki sonuncuya hətta ruslar "gürcü Kantı” deyirdilər! Onu deyim ki, Saakaşvili Qamsaxudiyaya baxanda yola getməli idi, ən azı ona görə ki, İNQİLAB yox, SEÇKİ yolu ilə devrildi. Amma bütün hallarda, biz bu adamın həbsdə qalmasının tərəfdarı deyilik, ona görə ki, onun Gürcüstan qarşısında xidmətləri də var: məhz onun vaxtında Gürcüstanın Avropa siyasəti vüsət aldı, Acarıstan mərkəzin nəzarətinə qayıtdı və ən başlıcası isə bu adam SEÇKİDƏ uduzduğunu qəbul etdi, hələ onu demirəm ki, onun vaxtında Gürcüstanda korrupsiya da əməlli-başlı cilovlanmışdı...   

Qərəz, bir addımlığımızdakı qonşu Gürcüstan qazan kimi qaynamaqdadır, görək, bunun axırı necə olacaq? Ümid edirik ki, Putin bizim hamımızı radioaktiv külə çevirməsə, hər şey, inşallah, yaxşı olar. 

Gürcüstana marağımızın bir mühüm səbəbi də var. Bir az qibtə, hətta PAXILLIQ hissilə deyirəm ki, bu kiçik Cənubi Qafqaz ölkəsi çox məsələlərdə hər zaman öndə olub. İndi də biz bura Cənubi Qafqazdakı ən böyük Avropa ekspermentinin məkanı kimi baxırıq. 

Etiraf edək ki, oraları görməsək də, oralarda olmasaq da, çox maraqlanmışıq bu ölkə ilə - sovetin vaxtında hətta təsadüfən İlya Çavçavadzeni də oxumuşduq, Nodar Dumbadzenin isə "Mən, nənəm, İliko və İllarion”, "Odisseyin qayıtması” və b. əsərləri sevə-sevə oxuduqlarımızdan idi. 

Ədəbiyyatçı deyiləm, amma qeyd edim ki, hətta doxsanıncı illərdə də gürcü ictimai mühatində, eləcə də ədəbiyyatında qətiyyən pauza yaranmadı - bəli, Qoderzi Çoxelini və s. oxuduq. Amma mənim daha çox son illərdə oxuduğum bir əsər - Dato Turaşvilinin "Cins nəsli” kitabı daha çox xoşuma gəldi. Bəli, bunu sözgəlişi, sadəcə, bir oxucu kimi qeyd edirəm...

Gürcülərdə, uzaqdan-uzağa olsa da, ən çox xoşuma gələn, bilirsiniz, nədir? Əlbəttə, Gürcüstan mühiti həmişə daha liberal və avropaçı olub. Unutmayaq ki, hətta böyük Vaqif Mustafazadə də Azərbaycanda müəyyən qədər anlaşılmayanda bir müddət Gürcüstanda çalışmalı olub! 

Bu öz yerində! Di gəl, bir səbəb də var. Tələbəlik vaxtı, dördüncü kursdan sonra bizim hammızı SSRİ-nin əsas kosmik mərkəzlərinə, institutlarına və rəsədxanalarına təcrübəyə göndərirdilər. Doğrusu, mən onda Krımı seçdim, amma qrup yoldaşlarımızın bir hissəsi Gürcüstana, Abastuman Astrofizika Rəsədxanasına getdi. Onlar oradan çox böyük təəssüratlarla qayıtmışdılar. Bir detal məni xüsusilə tutdu. Yox, mən bəziləri kimi qəti demirəm ki, az qala, uşaqlıqdan azadlıq və istiqlalçılıq ideyaları ilə alışıb-yanırdım.Yox, belə bir şey yox idi, adi sovet gənci idim. Amma artıq tələbə idim, bəzi şeyləri qanırdım. Bəs Gürcüstanla bağlı hansı detal mənə çox maraqlı göründü? 

Qrup yoldaşlarım deyirdilər ki, bəs Abastuman Rəsədxanasının direktoru (o vaxt həm də Akademiyanın prezidenti idi!) akademik Y.Xaradzenin həyat yoldaşı gürcü knyazlarının nəslindəndir! Bəli, bu detal məni tutdu, çox maraqlı göründü, çünki biz azərbaycanlılar tamam başqa şey görmüşdük, hamımız kökümüzü daha çox fəhlə-kəndli sinfilə bağlayırdıq, bəziləri hətta hüquq fakültəsinə daxil olmaq üçün fəhlə-kolxozçu ailəsindən olması haqqında "spravka” - arayış da düzəldirdi, heç kim bəy-xan nəslindən olmasını gözə soxa bilməzdi! Elə sonralar da hansı gürcü ziyalısı, ictimai titullu şəxsilə maraqlanırdımsa, görürdüm, bunların da kökləri gedib daha çox keçmiş gürcü aristokratiyasına dayanır. Hətta bir dəfə rəhmətlik Vaxtanq Kikabidzenin müsahibəsindən oxudum ki, bəs bu adam gürcü monarxlarının nəslindəndir!.. 

Ona görə də mən də şəxsən bu balaca xalqın və ölkənin gələcəyinə çox ümidliyəm, bəli, inanıram ki, onlar da gec-tez harasa çıxacaq - əlbəttə, bir daha deyirəm ki, əgər o vaxta qədər Putin hamımızı radioaktiv külə döndərməsə...

Hüseynbala Səlimov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Noyabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see204

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri